Bəyanatlar » Pakistanın Paraçenar şəhərində günahsız müsafirlərə qarşı törədilən terror aktı ilə bağlı Ayətullah Sistaninin ofisindən verilən bəyanat
Bismillahir-Rəhmanir-Rəhim.
“Biz Allahınıq və Ona tərəf qayıdacağıq!".
Pakistanın Paraçenar şəhərindəki mömin bacı və qardaşlar (Allah taala izzətlərini artırsın)
Salam aleykum
Qatı terrorçular növbəti dəfə də dəhşətli cinayət törətdilər və Paraçenardan Pişəvərə gedən müsafirlərə silahlı hücum edərək çoxlu sayda günahsız dindarları şəhid etdilər və ya yaraladılar.
Bu acı hadisə ilə bağlı siz əzizlərimizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, hər kəsə səbirli olmağı və yaralananlara tezliklə şəfa və şəhidlərə ali dərəcələr diləyirik.
Nəcəf Əşrəf Elmi hövzəsi və Şiə Ali mərcəiyyəti müsəlmanların birliyini hədəf alan bu dəhşətli cinayəti pisləməklə yanaşı Pakistanın hörmətli hökumətindən müdafiəsiz insanları terror qruplarının cinayətlərindən qorumaq üçün tədbirlər haqqında düşünməyi, qabaqlayıcı və zəruri tədbirləri nəzərdən keçirməyi, günahsız dindarların zorakı hücumlara, ekstremist və sərt hücumlara məruz qalmasına imkan verməməyi qətiyyətlə xahiş edir.
Uca Allahdan Pakistanın şərəfli xalqının izzət və ləyaqətini davam etdirməsini diləyirik.
20 cəmadiyəl-ula, 1446-cı hicri qəməri ili
22 noyabr, 2024
Ayətullah Sistaninin (ömrü uzun olsun) ofisi, Nəcəf- Əşrəf