ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Bəyanatlar » Əllamə huccətul-islam vəl-muslimin Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı Ayətullah Sistaninin ofisindən verilən açıqlama

28-09-2024

 

Bismillahir-Rəhmanir-Rəhim


“Möminlərdən bəziləri əhdlərinə vəfa edib şəhid oldular, bəziləri isə intizardadırlar və öz əhd-peymanlarında heç bir dəyişiklik etmədilər”.
İsrail düşmən ordusunun dəhşətli cinayəti nəticəsində onlarla günahsız dinc sakinlə birlikdə əllamə huccətul-islam vəl-muslimin Seyid Həsən Nəsrullah və bir qrup qardaşının Livan müqavimətində şəhid olması xəbərini aldıq. Bu böyük şəhid son onilliklərdə Livan torpaqlarının azad edilməsində İsrail işğalçılarına qələbədə mühüm rol oynayan nadir liderlik nümunəsi və İraq xalqını bütün gücü ilə İŞİD terrorçularının pəncəsindən azad etməsində dəstəkləyən bir şəxsiyyət idi. Eləcə də o, məzlum Fələstin xalqına yardımda parlaq mövqelər nümayiş etdirərək nəhayət, bu yolda öz qiymətli həyatını fəda etdi.
Biz bu ağır müsibət və böyük itki ilə bağlı əziz Livan xalqına və digər məzlum xalqlara başsağlığı veririk və Uca Allahdan bu əziz şəhidə rəhmət diləyirik, Uca Allah onu əla-illiyyində Öz dostları həzrət Məhəmməd və onun pak Əhli-beyti ilə birgə etsin və ailəsinə və bütün əzalılara gözəl səbr və böyük mükafatlar əta etsin.
İnna lillah və ina iləyhi raciun


24 rəbiul-əvvəl, 1446-ci hicri qəməri ili
28 sentyabr, 2024
Ayətullah Sistaninin (ömrü uzun olsun) ofisi, Nəcəf- Əşrəf

العربية فارسی اردو English Azərbaycan Türkçe Français