ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Bəyanatlar » Qəzza zolağının müxtəlif bölgələrində davam edən bombardmanlarla bağlı Ayətullah Sistaninn ofisindən verilən açıqlama

11 oktyabr 2023


Bismillahir-Rəhmanir-Rəhim

Bu günlərdə Qəzza zolağı davamlı bombardman və misli görünməmiş hücumlar altındadır ki, bu da bu ana kimi altı mindən çox günahsız dinc sakinin şəhid olmasına və yaralanmasına, çoxlu sayda insanın didərgin düşməsinə, yaşayış məntəqələrinin geniş şəkildə dağıdılmasına səbəb olub; bu bombardman müxtəlif əraziləri elə hədəf alıb ki, artıq insanlara sığınacağ yeri qalmayıb.
Eyni zamanda, işğalçı ordu Qəzza zolağına hətta su, qida, dərman və digər həyati tələbatların daxil edilməsinin qarşısını alıb, onları ağır mühasirəyə salaraq günahsız insanlara bir çox problemlər yaradıb.
Bu əməllər bütün dünyanın gözü, qulağı qarşısında və heç bir maneə olmadan baş verir, bir halda ki, hətta bir qrup bu cinayət əməllərini dəstəkləyir və özünümüdafiə bəhanəsi ilə buna haqq qazandırır!.
Bütün dünya bu dəhşətli cinayətə qarşı durmalı və işğalçı qüvvələrin məzlum Fələstin xalqına daha artıq zülm etmək planlarını həyata keçirməsinə mane olmalıdır.
Bu əziz insanların 70 illik faciəsinə son qoyulması yalnız öz qanuni hüquqlarına çatdıqda reallaşa bilər və qəsb edilmiş torpaqlardan işğalın aradan qaldırılması bu bölgədə təhlükəsizliyin və əmin-amanlığın bərqərar olmasının yeganə yoludur.
Əks halda, təcavüzkarlara qarşı müqavimət davam edəcək və zorakılıq silsiləsi daha çox günahsız insanı ölümə sarı sürükləyəcək.
Hər bir hərəkət və güc, uca və böyük olan Allah tərəfindəndir.


25 rəbiul-əvvəl, 1445-ci hicri qəməri ili
11 oktyabr, 2023
Ayətullah Sistaninin (ömrü uzun olsun) ofisi, Nəcəf- Əşrəf

العربية فارسی اردو English Azərbaycan Türkçe Français