ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Vasvasılıq

1 Sual: Vasvasılıq edən şəxsə məsləhətiniz nədir?
Cavab: Vasvasılıq edən şəxsə məsləhət görülür ki, bu xəstəlikdən qurtarmaq üçün özünü islah etsin. Bu, iki mərhələdə həyata keçirilir:
1) Yadda saxlamaq lazımdır ki, bu hal əqli cəhətdən və şəriət baxımından xoşagəlməz sayılır. Çünki insan normal halından çıxıb heç bir mənfəət əldə etmədən qabiliyyət və enerjisini hədər verir. Vasvasılıq əsla pərhizkarlığın bir növü deyil. Müqəddəs İslam şəriətində bu məsələ bəyənilmir. Əksinə, vasvasılıq bir növ insanın dərrakə və düşüncəsinin çatışmazlığı sayılır, çünki ruhiyyə və iradədə olan zəiflikdən (acizlikdən) qaynaqlanır. Hədislərdə deyildiyi kimi, vasvasılıq - xəbis şeytanın vəsvəsələrinə tabe olmaq deməkdir. Demək, insan bunu tam dərk edə bilsə, vasvasılığın həqiqəti onun üçün məlum olar və növbə ikinci mərhələyə yetişməz.
2) İnsan mümkün qədər cəhd etməlidir ki, öz nəfsinə qələbə çalsın, iradəsini öz əlinə alsın, şeytanın onu oynatmasına və aldatmasına imkan verməsin. Həmçinin Allah-taalanın onu vasvasılığı tərk etdiyinə görə qınamayacağına, əksinə, ehtimallara və vəsvəsələrə əhəmiyyət vermədiyinə görə təqdir edəcəyinə tam inansın. Əgər, məsələn, suyun bədən üzvlərindən hansınasa çatıb-çatmadığına şəkk etsə, öz şəkkinə əhəmiyyət verməməli və təharətin gerçəkləşdiyini qəbul etməlidir. Necə ki, adətən belə də olur. Onun belə şəklərə əhəmiyyət verməməsi çox təkrar olunsa, xəyal və vəsvəsələr tədricən öz qüvvəsini itirəcək. Bu gedişatla şeytan ondan ümidini kəsər. O, təharət və nəcasətə riayət etməkdə orta yol tutmuş (ifrat və təfrit etməyən) bir şəxsə çevrilər və əmin olar ki, bu istiqamətdə hərəkət etsə və bu vəsvəsələrlə mübarizə aparmaq qərarına gəlsə, mütləq qələbə çalacaqdır. Allah-taala da ona kömək edər və şeytanın hiyləsini zəiflədər. Kərim Allah buyurur: “Həqiqətən şeytanın hiyləsi zəifdir”.
sistani.org/25950
2 Sual: Vasvası insanın vəzifəsi nədir? Vasvası insan öz şübhələrinə əhəmiyyət verə bilərmi?
Cavab: Bütün müctəhidlərin şəriət dəlillərinə əsaslanaraq verdiyi tam aydın fətvası belədir: Vasvası şəxsin vəzifəsi budur ki, vasvasılığa əhəmiyyət verməməlidir və hər hansı bir yerdə bir əşyanın paklığı barədə şəkk etsə, onu pak hesab etməlidir və hətta hər hansı bir əşyanın nəcisliyinə əminlik əldə etsə, hansı ki, başqa insanlar adətən belə bir əşyanın nəcisliyinə əmin olmurlar, bu halda vasvası şəxsin yəqini etibarsız sayılır. Bu əsasla, əgər vasvası şəxs, şəriətin bu hökmünə əməl edib paklığa şəkki olan yerlərdə və hətta nəcisliyə yəqini olan yerlərdə də o əşyanı pak hesab edərsə, Allah yanında üzrlü sayılır, baxmayaraq ki, namaz qıldığı paltar və ya yediyi yemək həqiqətdə nəcisdir.
sistani.org/25951
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français