ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Dəri

1 Sual: Xarici ölkələrdən idxal olunmuş dəri geyim və qayışla namaz qılmaq olarmı?
Cavab: Əgər dərinin təbii olmasına əmin deyilsinizsə, təharət hökmündədir (pak sayılır) və axtarış aparmaq lazım deyil. Onun təbii dəri olduğuna əminsinizsə, lakin müsəlman ölkəsindən gəldiyini ya da şəriət qaydası ilə kəsilmiş heyvanın dərisindən hazırlandığını ehtimal etmirsinizsə, belə bir dəri nəcasətə məhkumdur (murdar sayılır). (Belə dəridən olan paltarı) geyinib namaz qılmaq olmaz. Əks halda (əgər ehtimal edirsiniz ki, müsəlman ölkəsindən gətirilib ya da şəriət qaydası ilə kəsilib) pak sayılır və onu geyib namaz qılmaq olar.
sistani.org/25610
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français