Sual və Cavab » Müvəqqəti nikah
Axtarış:
1
Sual: Müvəqqəti kəbin necə oxunur? Hansı qadınlarla müvəqqəti nikah oxumaq olar?
Cavab: Əgər kişi və qadın özləri qeyri-daimi əqdin siğəsini oxumaq istəsələr, müddət və mehriyyəni təyin edəndən sonra, qadın desin:
زَوَّجْتُكَ نَفْسِى فِى الْمُدَّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُومِ
«Zəvvəctukə nəfsi fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum». Ondan sonra etina ediləcək fasilə olmadan kişi desin:
قَبِلْتُ
«Qəbiltu». Bununla da əqd səhihdir.
Həddi-büluğa çatmış və rəşidə, yəni öz məsləhətini tanıyan bir qız ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək atasından və ya ata tərəfdən olan babasından, icazə alsın. Ehtiyat-vacibə əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil.
Həmçinin kişi qadının əvəzində vəkil olaraq nikah oxumaq istədikdə - qadını müvəqqəti nikahın məzmunu ilə xülasə də olsa tanış etdikdən, mehriyyə və müddəti müəyyən etdikdən sonra – kişi desin:
زوجت موكلتي لنفسي في المدة المعلومة على المهر المعلوم .
“Zəvvəctu muvəkkiləti linəfsi fil-muddətil məluməti ələl-məhril məlum”.
Nikah müddəti ərlə arvadın və yaxud onların birinin ehtimalı ömründən çox olmamalıdır.
sistani.org/25261

2
Sual: Mən bir qızla gələcəkdə evlənmək fikrimiz var. Sualım budur ki, onunla ata-anasının xəbəri olmadan günaha düşməmək üçün müvəqqəti kəbin kəsə bilərikmi?
Cavab: Həddi-büluğa çatmış və rəşidə, yəni öz məsləhətini tanıyan bir qız həyatında özünə dair mühüm qərarları (məsələn işə girmək) və ya əmvalına dair qərarları (məsələn, alqı-satqı və malını bağışlamaq) verərkən ata-ananın nəzarətindən müstəqil deyilsə, vəlisinin (atası və ya ata babası) icazəsi olmadan nikah bağlaması icazəli deyil və nikah batildir. Ehtiyat-vacibə əsasən, əgər qız özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də nikah icazəli deyil. Lakin ikinci surətdə ələmlik sırasını gözləmək şərtilə digər (elmdə öz müctəhidindən sonra ən elmli) müctəhidin hökmünə əməl edə bilər .
sistani.org/25263
3
Sual: Əhli-kitabdan olan və olmayan kafir qadınlarla müvəqqəti nikah bağlamaq olarmı?
Cavab: Əhli-kitabdan olmayan kafir qadınlarla evlənmək (istər daimi, istərsə də müvəqqəti) olmaz.
Xristian və yəhudi qadınlarla daimi formada evlənmək ehtiyat vacibə əsasən icazəli deyil. Amma müsəlman arvadı olmayan kişiyə o qadınlarla müvəqqəti evlənmək olar. Söz yox ki, qadın müsəlmanlığı qəbul etsə (əslində hansı dində olursa olsun) onunla evlənmək – nikah şərtlərinə riayət etməklə - olar. Bunun üçün kifayətdir ki, qadın kəlmeyi-şəhadəti desin və onun mənasını başa düşsün, həmçinin başa düşsün ki, bu sözlərlə müsəlman olur. Amma qəlbən qəbul etməsi vacib deyil.
sistani.org/25559

4
Sual: Müsəlman həyat yoldaşı olan kişi xanımından icazəsiz qeyri-müsəlman qadınla müvəqqəti ya daimi evlənə bilərmi?
Cavab: Müsəlman həyat yoldaşı (istər müvəqqəti istərsə də daimi) olan kişi onun icazəsi olmadan qeyri-müsəlman (yəhudi və xristian) qadınla müvəqqəti və yaxud daimi şəkildə evlənə bilməz. Ehtiyat vacibə görə onların icazəsi ilə də caiz deyil. Amma kitab əhlindən olmayan kafir qadınlarla evlənmək qeydsiz-şərtsiz olaraq haramdır.
sistani.org/25561