Sual və Cavab » Xüms
Axtarış:
1
Sual: Mən işləyirəm və qazancım var. İndiyə qədər xüms verməmişəm. Zəhmət olmasa izah edin ki, keçmiş illərin və bu ilin xümsünü necə hesablayım. Keçmiş illərdə nə qədər xüms verməli olduğumu bilmirəm.
Cavab: Birinci iş gününüz xüms ilinizin başlanğıcıdır (il başı). Hər il həmin gün artıq qalan nə varsa xümsünü ödəmək lazımdır. Buna il ərzində istifadə etmədiyiniz nağd pul, yaxud qida məhsulları məsələn, işlənməyən azuqə, həmçinin avadanlıq, libas və s. daxildir.
Xüms vermədiyiniz keçmiş illərlə bağlı da həmin hesablamanı aparmalısınız. Çünki il başında artıq qalan malın xümsünü vermədən istifadə edirdinizsə, onun xümsü sizin boynunuzda qalmaqdadır. Əgər boynunuzda qalan xümsün miqdarında şəkkiniz varsa, məlum olan miqdarda – hərçənd tədrici şəkildə olsa da - ödəmək lazımdır. Dəqiq məlum olmayan hissə ilə bağlı da ehtiyat vacib – müctəhidin vəkili ilə müsalihə etmək lazımdır (razılaşmaq lazımdır). Bu şəkildə ki, əgər müəyyən məbləğdə xüms verməli olduğunuzu 50 % ehtimal edirsinizsə, o məbləğin xümsünün yarısını ödəyəsiniz. Amma ev, avadanlıq, maşın və sair yaşayış ləvazimatını ilin gəliri ilə alıb istifadə etmişsinizsə, ona xüms düşmür.
sistani.org/25249

2
Sual: Mən tələbəyəm, işləmirəm. Bəzən atam kömək üçün mənə pul verir. Təhsil aldığım yerdən də az miqdarda aylıq təqaüd alıram. Sualım budur ki, bu pullara xüms düşürmü? Mənə xüms vermək vacibdirmi?
Cavab: Alınma tarixindən bir il keçən və yaşayışa sərf olunmayan hər şeyə xüms düşür.
sistani.org/25250
3
Sual: Mən bir neçə il bundan qabaq pul yığmışdım və xümsünü vermək mənə vacib olsa da xümsünü verməmişdim. Hazırda həmin illərin xümsünü verməyə imkanım yoxdur. Xüms mənim boynumdan götürülürmü?
Cavab: Xüms vacibdir. Amma xümsü nağd şəkildə ödəmək çox çətinliyə düşməyinizə səbəb olacaqsa, onun məbləğini və ödəniş müddətini bizə yaza, sonra bu sayt vasitəsilə dəstgərdan və ya müsalihə ilə onu boynunuza götürüb tədricən və səhlənkarlığa yol vermədən ödəyə bilərsiniz.
sistani.org/25251