ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Dəstəmazını saxlaya bilməyən şəxs

1 Sual: Xəstə bir şəxs sidiyinin, nəcisinin ya da mədə havasının qarşısını ala bilmirsə, dəstəmaz və namazlarını necə yerinə yetirməlidir?
Cavab: Sidiyi ya da nəcisi dalbadal çıxan şəxs əgər dəstəmaz və namazın bir hissəsini qılmaq üçün fürsət tapa bilmirsə, bir dəstəmazı onun bir neçə namazı üçün kifayətdir. Bu şərtlə ki, sözügedən şəxsin dəstəmazını başqa bir şey pozmasın, məsələn, yatmasın, yaxud təbii şəkildə ondan sidik və nəcis ifraz olmasın.
Əgər insandan dalbadal hava çıxırsa, belə ki, namaz vaxtının əvvəlindən sonuna qədər dəstəmaz alıb namaz qıla biləcək miqdarda imkan tapacağına yəqini varsa, namazı mütləq imkan tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın vacib əməllərinə yetəcək qədər olsa, həmin fürsətdə namazın yalnız vaciblərini yerinə yetirməli, azan, iqamə və qunut kimi müstəhəbb olan əməlləri tərk etməlidir. Yəqini olmadığı təqdirdə, əgər vaxt daxilində onun əksi məlum olsa, ehtiyat vacibə əsasən namazı yenidən qılmalıdır.
Əgər dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər fürsət taparsa və namaz əsnasında bir ya da bir neçə dəfə ondan mədə yeli çıxarsa, ehtiyat-lazım budur ki, həmin fürsətdə dəstəmaz alıb namazını qılsın. Namaz əsnasında xaric olan mədə yeli üçün dəstəmazını təzələməsi lazım deyil.
Əgər insandan dalbadal mədə yeli çıxırsa, belə ki, dəstəmaz və namazın bir hissəsi üçün belə imkan tapa bilmirsə, bir dəstəmaz alsa, bir neçə namaz üçün kifayətdir, bu şərtlə ki, ayrı bir səbəbdən dəstəmazı pozulmasın. Amma hər namaz üçün bir dəstəmaz alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası həmçinin ehtiyat namazı üçün ayrılıqda dəstəmaz alması lazım deyil.
sistani.org/25946
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français