ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Gecə namazı

1 Sual: Gecə namazı necə qılınır?
Cavab: Gecə namazı belə qılınır:
1) Səkkiz rükət sübh namazı kimi ( iki rükət-iki rükət) “gecə namazı” niyyəti ilə qılınır.
2) Sonra iki rükət namaz “Şəfı” niyyəti ilə (qunutsuz) qılınır.
3) Sonra daha bir rükət də “Vitr” namazı niyyəti ilə qılınır. Bəzi alimlərə görə müstəhəbdir ki, vitr namazının qunutunda insan qırx mömin üçün dua etsin və onların bağışlanmasını Allahdan istəsin və desin : ”Allahumməğfirli filan...”. Daha sonra öz istəyini Allah-taaladan istəsin və sonra yetmiş dəfə “əstəğfirullahi rəbbi və ətubu iləyh” desin.
Sonra da yeddi dəfə “Haza məqamul-aizi bikə minənnar” desin.
Daha sonra 300 dəfə “əl-əfv” desin.
Sonra rüku və səcdələr yerinə yetirilir və namaz tamam olur.
sistani.org/25940
2 Sual: Gecə namazını nə vaxt qılmaq lazımdır? Bu namazı gecə yarı olmamış qılmaq olarmı?
Cavab: Gecə namazının vaxtı gecənin əvvəlindən (məsələn, şam və işa namazlarından sonra) başlayaraq sübh namazına qədər davam edir. Baxmayaraq ki, sübh namazına nə qədər yaxın olsa, bir o qədər yaxşıdır.
sistani.org/25941
3 Sual: Boynunda qəza namazları olan insan gecə namazı qılarkən qəza namazının niyyətini edə bilərmi?
Cavab: Qəza namazının niyyətini etsə, gecə namazı sayılmır.
sistani.org/25942
4 Sual: Gecə namazı qılarkən yalnız axırıncı 3 rükəti qılmaq olarmı? Həmçinin 40 nəfərdən sayca az insan üçün dua etmək olarmı?
Cavab: Bəli, olar.
sistani.org/25943
5 Sual: Gecə namazını ən az və on çox neçə rükət qılmaq olar?
Cavab: Ən azı bir rükət, yəni Vitr namazıdır. Ən çoxu isə 11 rükətdir.
sistani.org/25944
6 Sual: Gecə namazını oturan halda qılmaq olarmı?
Cavab: Eybi yoxdur.
sistani.org/25945
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français