ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Həyat yoldanışın hüquqları

1 Sual: Həyat yoldaşım işləmək üçün xaricə gedib. Artıq iki ildir ki, aramızda cinsi yaxınlıq olmayıb. Sualım budur ki, mənim ona ehtiyacım ola-ola o bunu edə bilərmi? Bu müddət ərzində aramızda cinsi yaxınlıq olmayıbsa, nikahımız pozulurmu?
Cavab: Cavan xanımı ilə dörd aydan artıq cinsi yaxınlıq etməmək icazəli deyil. Yalnız məşəqqət, ziyan ya da həyat yoldaşının razı olduğu hallar istisna olunur (icazə verilir). Eləcə də həyat yoldaşı naşizə olarsa, yaxud əqd müddətində duxul (daxil olma) olmayacağını şərt edərsə, istisna olunur (icazə verilir). Ehtiyat lazıma əsasən bu hökm müvəqqəti həyat yoldaşına da aid edilir. Odur ki, ərin şəriət baxımından üzrlü səbəb olmadan (həyat yoldaşının haqqı tapdalanırsa) səfərini uzatmağa haqqı yoxdur. Lakin nikah öz qüvvəsindədir və əriniz şəriət qaydası ilə talaq verməmiş onun həyat yoldaşı sayılırsınız.
Əgər qadın dörd ay gözləyə bilmirsə, belə ki, əri onunla yaxınlıq etmədiyi təqdirdə xanımın günaha düşəcəyindən qorxarsa, ehtiyat vacibə əsasən ya yoldaşı ilə bu müddətdən qabaq yaxınlıq etməli ya da ona talaq verməlidir.
sistani.org/25616
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français