Sual və Cavab » Qumar oyunlar
Axtarış:
1
Sual: Bilyard və domino oynamağın hökmü nədir?
Cavab: Mərc gəlməklə olsa, haramdır. Mərc gəlmək olmasa, ehtiyat vacibə əsasən icazəli deyil.
sistani.org/25574
2
Sual: Loto oynamaq olarmı? Biz axşamlar ailəvi ya da qonaq qohumlarla loto oynayırıq. Bu oyunun hökmü nədir?
Cavab: Mərc gəlməklə olsa, haramdır. Əgər bu oyun ürfdə (yerli camaatın nəzərində) qumar aləti sayılırsa, mərc gəlmək olmasa belə ehtiyat vacibə əsasən icazəli deyil.
sistani.org/25575
3
Sual: Kartla poker oynamaq və digər qumar oyunlarını oynamağın şəriət baxımından hökmü nədir?
Cavab: Mərc gəlməklə olsa, haramdır. Əgər bu oyunlar ürfdə (yerli camaatın nəzərində) qumar aləti sayılırsa, mərc gəlmək olmasa belə ehtiyat vacibə əsasən icazəli deyil.
sistani.org/25576