Sual və Cavab » Abort
Axtarış:
1
Sual: Uşağı saldırmağın (abort) şəriət baxımından hökmü nədir?
Cavab: Nütfə (rüşeym) bağlanandan sonra onu saldırmaq olmaz.
Amma əgər bətndə olan rüşeymin həyatına davam etməsi ananın həyatı üçün təhlükəli olsa və ya elə bir çətinlik yaradarsa ki, adətən dözülməzdir, bu halda əgər ruh daxil olmayıbsa, onu saldırmaq olar.
Bu çətinlik doğuşdan sonra uşağı saxlamaq və ona baxmağa da aiddir. Belə bir halda rüşeymə ruh verilməzdən öncə və rüşeym cana gəlməzdən öncə onu salmaq icazəlidir.
Amma ruh daxil olduqdan sonra – ehtiyat vacib – rüşeymi saldırmaq mütləq şəkildə (hətta həyatına təhlükə olsa ya da kəskin məşəqqəti olsa belə) icazəli deyildir.
sistani.org/25535

2
Sual: Sualımız budur ki, uşaq saldıran insanlara diyə və kəffarə vacib olurmu? Ata-ana nə qədər diyə və kəffarə verməlidir? Uşağı salan həkimə diyə vacib olurmu? Ümumiyyətlə diyə kimə verilməlidir?
Cavab: Bu işə görə tövbə etmək və Allahdan bağışlanmaq diləmək lazımdır. Əgər ana öz bətnində olanı saldırsa, diyə vermək ona vacib olur və diyəni uşağın atasına, yaxud digər vərəsələrinə verməlidir. Əgər ata uşağı saldırsa diyə vermək ona vacib olur və onu anasına və yaxud uşağın digər vərəsələrinə verməlidir. Əgər birbaşa həkimin vasitəsi ilə salınarsa ata və ananın istəyi ilə olmasına baxmayaraq diyə həkimə vacib olur, amma əgər vərəsələr ona güzəştə getsələr onda diyə götürülər. Rüşeymə ruh veriləndən sonra – oğlan olduğu təqdirdə - aborta görə 5250 misqal gümüş, əgər qız uşağı olarsa bunun yarsını diyə versələr kifayətdir. Ehtiyat-vacibə əsasən ana bətnində ölən rüşeymin də diyəsi bu qədərdir. Əgər rüşeymin ruhu olmasa və nütfə halında olsa 105 misqal gümüş, əgər qan bağlasa (laxta qan halında olsa) 210 misqal gümüş, əgər ət halında olsa 315 misqal gümüş, əgər sümüyü bağlanıbsa 420 misqal gümüş, əgər bədən üzvləri kamil olsa 525 misqal gümüş, diyə verilməlidir. Ehtiyat vacibə əsasən ruh verilməzdən öncə, oğlanla qızın arasında fərq yoxdur.
Uşağa dördüncü ayında ruh verilir. Yeni cihazlar vasitəsi ilə bunun qeyrisi sübut olunsa meyar dəyişməlidir.
Eləcə də uşağın salınmasını birbaşa həyata keçirən insana - uşağın bədəninə ruh verilməsə belə - kəffarə vacibdir. Kəffarəsi iki ay ardıcıl şəkildə oruc tutmaq, 60 fəqiri hər birinə 750 qram buğda ya un, ya çörək ya da makaron kimi qidalar verməklə doyuzdurmaqdır.
sistani.org/25536