ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Orucu pozan işlər

1 Sual: Ramazan ayında istimna edənin hökmü necədir? Qəzasını tutmalıdır? Kəffarə vacibdirmi? Kəffarəsi nədir?
Cavab: Əgər bir kəs istimnanın orucu batil etdiyini bilmədən istimna etsə və üzrlü səbəbdən bunu bilmirdisə, orucu səhihdir. Həmçinin məninin (sperma) çıxmayacağına arxayın ola-ola özü ilə bir iş görsə və təsadüfən və ixtiyarsız məni çıxsa, oruc səhihdir. Amma bu işin orucu batil etdiyini bildiyi təqdirdə qəzadan əlavə kəffarə də ona vacib olur. Həmçinin – ehtiyat vacibə əsasən – hökmü bilməyən amma bilməməkdə üzrlü səbəbi olmayan (eyni zamanda arxayın olmayan, yəni batil olacağını ehtimal edən) insana da kəffarə vacib olur. Ramazan ayında orucu pozduğuna görə kəffarəsi boynuna vacib olan şəxs, kifayətdir ki, altmış fəqirə yemək, yəni, hər birisinə 750 qram buğda, un, çörək və bu kimi qida məhsulları versin. Əgər qəzasını bir il təxirə salsa və növbəti Ramazan ayı gəlib çatsa, hər günlə əlaqədar qəzadan əlavə bir fəqir şəxsə həmin miqdarda yemək verməlidir. Bir ildən artıq təxirə salarsa, kəffarə təkrar olunmur.
sistani.org/25264
2 Sual: Ramazan ayında oruc halında sperma çıxarmaq fikrim olmadan həyat yoldaşımla zarafatlaşdım və ixtiyarsız olaraq məndən sperma çıxdı. Orucum pozulurmu?
Cavab: Əgər insan spermanın çıxmayacağına arxayın ola-ola özü ilə bir iş görsə və təsadüfən və ixtiyarsız məni çıxsa, oruc səhihdir. Qəzası və kəffarəsi yoxdur .
sistani.org/25265
3 Sual: Bir şəxs orucu haram bir işlə və yaxud haram yeməklə pozarsa ona bütün kəffarələr vacib olurmu?
Cavab: Orucu pozmaq – haram yeməklə də olsa – cəm kəffarəsinə səbəb olmur. Əvvəlcə tövbə etməli və Allahdan bağışlanmasını diləməlidir. Sonra kifayətdir ki, həmin orucun qəzasından əlavə 60 fəqirə, hər birinə 750 qram çörək yaxud buğda və bu kimi yemək versin.
sistani.org/25947
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français