ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Cinsi yaxınlıq

1 Sual: Suala görə üzr istəyirəm. Bilmək istəyirdim ki, cinsi yaxınlıq edərkən hansı əməllər bəyənilir və hansı əməllər məkruhdur (bəyənilmir) .
Cavab: İnsan yaxınlıq edərkən (xüsusilə də qadın hamilə olarkən) müstəhəbdir ki, “Bismillah...” desin, dəstəmazlı olsun. Allahdan ona pərhizkar, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyini diləsin. Ay tutulan gecə və Gün tutulan gün yaxınlıq etmək məkruhdur. Həmçinin zəval (zöhr) vaxtı (cümə axşamını çıxmaq şərtilə) , günbatan vaxtı havanın qızartısı itməzdən öncə, ay muhaqda olan zaman (qəməri ayının son üç gecəsi), fəcrdən (sübh azanından) günəş doğana qədər, ramazan ayını çıxmaqla ayların ilk gecəsi, ayın orta və son gecələri, zəlzələ, sarı və qırmızı küləklər baş verərkən yaxınlıq etmək məkruhdur. Habelə yaxınlıq edərkən kişi ilə qadının üzü və ya arxası qibləyə olmaları, gəmidə və çılpaq halda, möhtəlim olandan sonra qüsl almamış yaxınlıq etmələri məkruhdur. Amma cimadan (yaxınlıqdan) sonra qüsl almamış yenə cima etmək məkruh deyil. Eləcə də xanımın cinsi orqanına baxmaq, söhbət etmək (Allah zikrini istisna etməklə), başqasının hətta azyaşlı uşağın onu gördüyü halda cima etmək məkruhdur (söz yox ki, harama səbəb olmasa məkruhdur, əks halda icazəli deyil).
sistani.org/25260
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français