ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Yeməlilər və içməlilər

1 Sual: Dovşan əti yemək olar?
Cavab: Haramdır.
sistani.org/25562
2 Sual: Qaban əti yemək icazəlidir?
Cavab: Haramdır.
sistani.org/25563
3 Sual: Bəzi balıqların pulu olub-olmamasında şəkk edirik, belə balıqları yemək olarmı?
Cavab: Belə balıqları yemək icazəli deyil.
sistani.org/25564
4 Sual: Kenquru və zürafənin ətini yemək olarmı?
Cavab: Vacib ehtiyata görə yeyilməsi icazəli deyil.
sistani.org/25566
5 Sual: Enerji içkiləri halaldırmı?
Cavab: Əgər onu istehsal edərkən spirt yaranırsa və sonradan spirti alınırsa haramdır. Əks halda onu içməyin eybi yoxdur. Əgər onun necə istehsal olunması ilə bağlı şəkkiniz varsa, onu içməyin eybi yoxdur.
sistani.org/25966
6 Sual: Tərkibindəki spirt 0% olan arpa sularını içmək olarmı? Həmçinin müsəlman ölkələrindən gələn arpa sularını (spirtsiz pivələri) içmək icazəlidirmi?
Cavab: Arpadan çəkilən, yüngülvari sərxoşluq gətirən və foqqa (pivə) deyilən içkinin içilməsi haramdır və ehtiyat-vacibə görə bu içki nəcisdir. Bu içki növü adətən hər hansı bir sərxoşluğa səbəb olmur və insana nəşə verir ki, onu yüngülvari sərxoşluq adlandırmaq da olar. Zahirən bu nəşənin səbəbi tərkibindəki spirtin az olmasıdır. Əgər sualda adı çəkilən içki əvvəlcədən tamamilə spirtsiz düzəldilsə və ona foqqa (pivə) deyilməsə, içilməsinin eybi yoxdur. Əks təqdirdə isə - hətta istehsalından sonra spirt onun tərkibindən alınsa belə yenə də - haramdır.
sistani.org/25968
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français