ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Namaz

1 Sual: Mən 30 yaşından sonra namaz qılmağa başlamışam. Bilmək istəyirəm ki, ondan qabaq qılmadığım namazların qəzasını qılmaq mənə vacibdirmi? Bir də qeyd edim ki, qəza olmuş namazların sayını dəqiq bilmirəm. Nə qədər namaz qılmalıyam? Qəza namazlarını qılanda tərtib vacibdirmi?
Cavab: Qılmadığınız namazların qəzası vacibdir. Əgər qəza olmuş namazların qədərində şəkkiniz varsa yəqininiz olduğu qədərin (qılmadığınızı dəqiq bildiyiniz az miqdarın) qəzasını qılın. Gündəlik namazların qəzasını qılmaq üçün tərtib (ardıcıllıq) vacib deyil. Yalnız tərtiblə qılınan namazlarda məsələn, bir günün zöhr və əsr namazları və yaxud bir günün şam və işa namazlarını qılarkən tərtib lazımdır.
sistani.org/25255
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français