Hayatı
Ayətullah əl-uzma Seyid Əli Hüseyni SistaniHicri1349 -cu ilin Rəbiül-əvvəl ayında (1930, avqust) Məşhəd şəhərində dünyaya göz açmışdır. İbtidai və orta təhsilini (ərəb ədəbiyyatı, bəlağət, humanitar və dini elmləri) dəyərli ustadlardan almışdır.
Yüksək dərəcədə Üsul, Fiqh, əqli və ilahi elmlərini o müqəddəs şəhərdə mühəqqiq Mirzə Mehdi İsfahani (r.ə) kimi ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə Hicri 1368-ci ildə müqəddəs Qum şəhərinə, elm mərkəzinə hicrət etmişdir. O günlərdə bu müqəddəs elm mərkəzi təhsilini, Ayətullah əl-uzma Seyid Hüseyn Burucerdinin əməyi və mərcəiyyətinin kölgəsi altında davam etdirirdi.
Ayətullah Seyid Burucerdinin Üsul və Fiqh dərsləri xüsusi bir metodla, təhqiq və tətbiq üzrə bütün fiqhi hədisləri və İslami fikirləri əhatə edirdi və olduqca yüksək səviyyədə aparılırdı.
Seyid Əli Hüseyni Sistani bu şəxsiyyətdən Hədis və Rical elmlərini tam şəkildə öyrənmiş, Ayətullah Hüccət kimi fəzilətli və məşhur ustadlardan da yetərli şəkildə bəhrələnmişdir.
Seyid Əli Hüseyni Sistani 1371 (h.q)-ci ildə Nəcəf əl-əşrəf şəhərinin məşhur ustadlarından da bəhrələnmək, İlahi və Peyğəmbər (s) elminin pak qapısı Həzrəti Əmirəl-Mö’minin Əli (ə.s)–ın yaxınlığında ola bilmək üçün Qum şəhərindən ayrılaraq İraqa getmişdir. Onun Nəcəfə gəldiyi günlərdə orada yerləşən elm mərkəzlərinin dərsləri çox yüksək səviyyədə keçirilirdi. Seyid bütün gücünü elmi əsaslara və fəqihliyə vermiş və o diyarın böyük, məşhur, təcrübəli ustadlarından çox dəyərli elmi mə’lumatlar əldə etmişdir.
Bu dəyərli şəxsiyyət on ildən artıq müddətdə fəqih və müctəhidlərin ustadı Ayətullah əl-uzma SeyidXoyinin (quddisə sirruh) dərslərində iştirak etmiş və o günlərdə Nəcəf elm mərkəzinin müdrik ustadı və rəhbəri Həzrət Ayətullah əl-uzmaSeyid Həkimdən də böyük elmi istifadələr etmişdir.
Seyid, Ayətullah əl-uzma Şeyx Hüseyn Hillinin hüzurunda bütün Üsul dərslərini oxumuşdur.
O, Məşhəd, Qum və Nəcəf kimi müqəddəs elm mərkəzlərində illər boyunca elm öyrənərək Üsul və Fiqhdə, maarif və təhsil işlərində məşğul olmuş, həmçinin bir çox elmi ixtisaslarda dəyərli təcrübə kəsb etmiş və dərin elm sahibi olmuşdur.
Seyid Sistani Hicri 1381-ci ildə Şeyx Ənsarinin (r.ə) «Məkasib» kitabından ictihad dərslərinə başladı. Belə ki, bu əsasla illərlə ictihad dərsləri verdi. Daha sonra ictihad dərslərini «Şərh» ünvanı ilə Seyid Muhəmməd Kazım Təbatəbai Yəzdinin (r.ə) «Urvətul-Vusqa»sıyla davam etdirdi. Bununla yanaşı təharət, xums və namazla bağlı bir çox məsələlərdə geniş məzmunda dərslər verdi.
Bu dəyərli şəxsiyyət, hicri 1384-cü ilin şəban ayında yüksək ictihad dərəcəsində üsul dərsləri verməyə başladı. Bu dərslərin üçüncü dövrəsini 1411-ci ilin Şə’ban ayında tamamladı.
Elmi nailiyyətləri
Həzrət Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani (damə zilluh), ustadların yetişdiyi elmi mərkəzlərdəki dərslərdə sürətlə parladı.
O, dərs yoldaşları və ustadları arasında araşdırma, təhqiq, rə’y vermə mövzularınatam yiyələnməsi, elmi iradəsi, bir çox elmi mövzularda xüsusən də fiqh, üsul və rical elmindəki yüksək savadı və müvəffəqiyyətinə görə tanınırdı.
Onun üstünlüyü hər kəs tərəfindən açıq-aşkar şəkildə bilinməkdə idi. O, gənc yaşlarında ikən Ayətullahul-uzma SeyidXoyi(quddisə sirruh) tərəfindən yazılı olaraq ictihad izni alan nadir şəxsiyyətlərdəndir. Digər ustadı olan Həzrət Ayətullah Şeyx Hüseyn Hilli də Seyid Sistaniyə ictihad şəhadətnaməsini hicri 1380-cı ildə yazılı olaraq vermiş və onun fəzilətləri, elmi dərinliyi və üstünlüyü ilə fəxr etmişdir.
Yenə də həmin ildə görkəmli fəqih, mühəddis, rical elmi sahəsində ustad, böyük tədqiqatçı Əllamə Hacı Ağa Bozorg Tehrani yazılı olaraq verdiyi şəhadətində onun rical və hədis elmindəki biliyini xüsusilə qeyd edərək onun yüksək elmi məqamını mədh etmişdir.
Qeyd etmək lazımdır ki, cənab Sistanibu izn və şəhadətnamələri alıb yuxarıdakı mədhlərlə layiq görülərkən hələ onun otuz bir yaşı tamam olmamışdı.
Düşüncə və əsərləri
Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani (damə zilluh) otuz dörd yaşında fiqh, üsul və rical sahələrində yüksək səviyyəli tədrisləri ilə çox böyük xidmətlər göstərmişdir.
Onun fiqhi-ictihad və elmi tədqiqatlar sahəsində qələmə aldığı əsərlərin sayı olduqca çoxdur. Bunlardan bə’zilərinə işarə edirik.
Əvvəldə qeyd etdiyimiz kimi, SeyidSistani Şeyx Ənsarinin (r.ə) «Məkasib» kitabını yüksək səviyyədə tədris etmiş və onu sona yetirdikdən sonra təharət, qəza, xums, eləcə də fiqhin bə’zi qayda və bəhslərindən (faiz, təqiyyə, ilzam qaydası və s.) dərs vermişdir. Bu dərslərinin bir qismi məcmu şəklində nəşr olunmuşdur. Seyid Sistani üç dövrə kamil şəkildə üsul dərsi vermiş və dərslərindəki bə’zi bəhslər toplanıb kitab şəklində çap olunmuşdur.
Görkəmli ustad bir çox qiymətli əsərlər yazmışdır. Onlardan bir qismini burada qısaca olaraq sadalayırıq:
1- Şərhi – urvətul – vusqa
2- Əl – buhusul – usuliyyə
3- Kitabul – qəza
4- Kitabul – bəy’i vəl – xiyarat
5- Fil – libasil – məşkuki – fih
6- Fi qaidətil – yəd
7- Fi səlatil – musafir
8- Fi qaidətit – təcavuz vəl – furaq
9- Əl – qiblə
10- Ət – təqiyyə
11- Qaidətul – ilzam
12- Əl - ictihad vət – təqlid
13- Fəvaidul – qərəviyyə
14- Ər – riba
15- Hucciyyətu Mərasili ibn əbi – Umeyr
16- Nəqdi risalətu Təshihu – Əsanidil – Ərdəbili
17- Şərhi məşiətut – təhzibeyn.
18- Qaidətul – Qur’ə.
19- Tarixi tədvinil – hədis fil – İslam
20- Əl- Fəvaidul – fiqhiyyə.
21- Risalətun fi hukmi ma iza ixtələfəl – muctəhidan əl-mutə-saviyan fil – fətva.
Seyid Sistaninin şər’i hökmlərdən ibarət «Tovzihul-məsail» kitabı isə Azərbaycan dilinə və bir çox dillərə tərcümə olunub geniş oxucu kütləsinə təqdim olunmuşdur.
Elmi şəxsiyyəti və müəllimlik əxlaqı
Şübhəsiz ki, Seyid Sistanini tanıyan və onunla ünsiyyətdə olanlar, onun Əhli-Beyt (ə.s)-ın buyurduğu mə’nəviyyata sahib, nümunəvi bir şəxsiyyət olduğunu bilirlər. O, və onun kimi alimlər İmam Əlinın (ə) «İşlərin irəliləməsi Allahın halal və haramına əqidəsi olan alimlərin köməyi ilədir» - sözünün təcəllisidir.
Seyid Sistani daim elm və maarif eşqi ilə oxuyub araşdırır, çeşidli görüşləri, hətta elmi sahədə özü ilə eyni səviyyədə olanların fikirlərini də öyrənməyə can atır. Bə’zən dərslərində öz ustadı olmayan dahi şəxslərin sözlərini nəql edir.
Məsələn: Məhəmməd Rza Müzəffərin «Usulu-Fiqh» kitabındakı görüşlərini nəql edir. Onun bu əməli başqalarının fikirlərinə olan hörmətini göstərir.
Nəcəf şəhərinin ustadları ilə tələbələri arasındakı elmi bəhslərin çox ciddi olduğu məşhurdur.Seyidelmi bəhslərdəqarşı tərəfə hörmətlə yanaşır, ustadları və ya başqalarının fikirləri haqqında (hətta qarşı tərəfin fikirləri bariz bir şəkildə zəif olsa belə) hörmətini qoruyan ədəbli və xoş sözlər ifadə edir.Seyid hətta tələbəsinə cavab verərkən ona yol göstərici, irşad edici cavablar verir, əgər tələbə bir mövzuda mübahisə edərkən münaqişəyə doğru gedərsə, Seyid cavabı elmi bir şəkildə təkrarlayar, tələbənin israrı qarşısında isə susmağı danışmaqdan üstün görür.
O, tələbələrinə ustadlar, alimlər və fəqihlərə qarşı hörmət göstərmələrini öyrədir. Elmi bəhslərdə ustadları qarşısında vəziyyətlərinə diqqət edərək ehtiramlı olmalarını tövsiyə edir.Həmçinin öz ustadlarının mə’nəviyyatlarını, gözəl davranışlarını daim yad edir.
Görkəmli mərcəyi-təqlid
Nəcəfi-əşrəfin bə’zi ustadlarının nəql etdiyinə görə, Ayətullah Seyid Nəsrullah Mustənbitin vəfatından sonra bə’zi fəzilət sahibləri SeyidXoyi (r.ə)-nin mərcəliyinə rəy vermişlər. SeyidXoyidə (r) elmi fəzilətlərinə görəSeyid Sistanini seçdi.Seyid Sistani, imam Xoyinin (r.ə) mehrabında namaz qılmağa, onun mədrəsəsində dərs verməyə və onun kitablarına haşiyə yazmağa başladı.
SeyidXoyinin (r.ə) vəfatından sonra onun cənazəsini torpağa tapşıran altı şəxsdən biri olub, onun pak cənazəsinə namaz qılmışdır.
Daha sonra mərcəyi-təqlid vəzifəsini və elmi mərkəzlərin liderliyini öhdəsinə götürərək icazələr verməyə və «Xəzra» məscidində imam Xoyinin (r.ə) minbərində dərs verməyə başlamışdır.Onun mərcəliyi İraq, İran, Hindistan və digər Afrika, Avropa, Asiya ölkələrində sür’ətlə yayılmağa başlamışdır.Belə ki, Seyidhazırda bir neçə ə’ləm fəqihdən birisi sayılır.Buna həm Nəcəfi-əşrəf, həm də müqəddəs Qum şəhərinin bir çox elmi mərkəzlərindəki müəllim və ustadlar şahiddir.