Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild
Axtarış:
AYAT NAMAZI →
← Camaat namazı
CÜMƏ NAMAZI
CÜMƏ NAMAZI
Məsələ 1784. Cümə namazı gündəlik namazların tərkib hissəsi hesab edilən bir ibadətdir və dövrün imamının (ə.f) qaib olduğu dövrdə təxyiri vacibdir, yəni mükəlləf cümə günü cümə namazını (şərtlərinə riayət edildiyi təqdirdə), yaxud zöhr namazı qılmaq arasında seçim etmək ixtiyarına sahibdir. Cümə namazının fəziləti daha artıqdır. Əgər cümə namazını qılarsa, zöhr namazını əvəz edir və onu qılmasına gərək yoxdur.
Cümə namazının qılınma qaydası
Məsələ 1785. Cümə namazı iki rükətdir və qaydası sübh namazı kimidir. Yalnız fərq bundadır ki, cümə namazında namazdan öncə iki xütbə oxunmalı və onun Həmd və surəsi, vacib ehtiyata əsasən, uca səslə oxunmalıdır.
Cümə namazının iki müstəhəb qunutu vardır. Birinci qunut birinci rükətin rükusundan öncə, ikinci qunut isə ikinci rükətin rükusundan sonra gəlir. Həmçinin, cümə namazının imamının birinci rükətdə Həmd surəsindən sonra Cümə, ikinci rükətdə isə Munafiqun surəsini oxuması müstəhəbdir.
Cümə namazının vacib olmasının şərtləri
Cümə namazının vacib olmasının(1) bir neçə şərti vardır. Bu şərtlər qarşıdakı məsələlərdə izah ediləcəkdir.
Birinci şərt: Cümə namazının vaxtı çatmalıdır
Məsələ 1786.Cümə namazının vaxtı günəşin zəvalından, yəni zöhr azanından başlayır və onun vaxtı yalnız ürfə görə zöhrün əvvəl çağıdır. Beləliklə, əgər cümə namazı bu vaxt ərzində qılınmayaraq təxirə salınarsa, vaxtı başa çatmışdır və zöhr namazı qılınmalıdır.(2)
Məsələ 1787. Xütbələrin zöhr azanından öncə oxunması, hərçənd sonu bu vaxtın başladığı zamana təsadüf etsə belə, vacib ehtiyata əsasən, düzgün deyil. Vacib ehtiyata əsasən, xütbələri zöhr azanından öncə oxunan cümə namazı ilə, hərçənd yalnız birinci xütbə zöhr azanından əvvəl oxunsa belə, kifayətlənmək olmaz.
İkinci şərt: İştirakçıların sayı minimum beş nəfər olmalıdır
Məsələ 1788.Biri imam olmaqla beş müsəlman toplaşmayınca cümə namazı vacib olmur.
Üçüncü şərt: Cümə namazının imamı imamlıq üçün şərtlərə cavab verməlidir
Məsələ 1789. Camaat namazının imamı üçün qeyd edilən şərtlər Cümə namazının imamı üçün də qüvvədədir. Fərq bundan ibarətdir ki, cümə namazında həddi-büluğa çatmayanların və qadınların imam olması heç bir vəchlə caiz deyil. Bu tələblərə cavab verən bir imam olmadığı təqdirdə cümə namazı vacib olmur.
Cümə namazının doğru olmasının şərtləri
Cümə namazının düzgün icra edilməsi üçün əvvəlki üç şərt (cümə namazının vacib olmasının şərtləri) ilə yanaşı qarşıdakı məsələdə izah ediləcək bir sıra digər şərtlərə də riayət edilməlidir.
Birinci şərt: Cümə namazı camaat namazı kimi qılınmalıdır
Məsələ 1790. Cümə namazının fərdi qaydada qılınması doğru deyil. Lakin əgər məmum cümə namazının ikinci rükətinin rükusundan öncə imama çatarsa, ona qoşula, digər bir rükəti isə fərdi qaydada qıla bilər və bu halda cümə namazı doğrudur. Əgər ikinci rükətin rükusunda imama çatarsa, vacib ehtiyata əsasən, bu cümə namazı ilə kifayətlənə bilməz və vacib ehtiyata zöhr namazını qılmasını tələb edir.
İkinci şərt: Cümə namazının imamı namazdan öncə iki xütbə oxumalıdır
Məsələ 1791. Cümə namazının imamının birinci xütbədə Allaha həmd-səna etməsi, təqvaya dair tövsiyələr verməsi və Qurandan kiçik bir surə oxuması vacibdir. İkinci xütbədə də Allaha həmd-səna etməsi, əziz Peyğəmbərimizə (s) və məsum imamlara (ə) salavat deməsi vacibdir və müstəhəb ehtiyat mömin kişi və qadınlar üçün Allahdan bağışlanma diləməsini tələb edir.
Məsələ 1792. Allaha həmd və sevimli Peyğəmbərimizə (s) və məsum imamlara (ə) salavat, vacib ehtiyata əsasən, ərəbcə deyilməlidir. Ancaq Allaha səna (mədh, təqdis), təqvaya çağırış kimi digər mətləblərin ərəbcə ifadəsinə gərək yoxdur. Lakin əgər iştirakçıların əksəriyyəti ərəb dilini bilmirlərsə, lazım ehtiyata əsasən, təqvaya dair tövsiyə onların dilində ifadə edilsin.
Məsələ 1793. Cümə namazının imamının xütbə əsnasında ayaq üstə olması vacibdir. Deməli, əgər xütbəni oturmuş vəziyyətdə oxuyarsa, düzgün olmayacaqdır. Həmçinin, iki xütbə arasında bir qədər oturması vacibdir və bu oturuş qısa və ötəri olmalıdır. Cümə namazının imamı xütbəni özü oxumalıdır.
Üçüncü şərt: İki cümə namazı arasındakı məsafə bir fərsəxdən az olmamalıdır
Məsələ 1794. Əgər bir cümə namazının qılındığı yerə bir fərsəxdən yaxın məsafədə başqa bir cümə namazı da təşkil olunarsa, eyni anda başladığı təqdirdə hər ikisi batil olur. Əgər biri digərindən daha tez başlayarsa (hərçənd təkbirət əl-ehramın daha öncə deyilməsi ilə olsa belə), birincisi doğru, ikincisi isə batil olacaqdır. Lakin əgər cümə namazı qılındıqdan sonra onunla eyni zamanda, yaxud ondan öncə bir fərsəxdən yaxın məsafədə başqa bir cümə namazının da qılındığı məlum olarsa, zöhr namazının qılınması vacib olmur.
Qeyd etmək lazımdır ki, bir cümə namazının təşkili yalnız doğru olduğu və bütün şərtlərə cavab verdiyi təqdirdə qeyd edilən məsafədə başqa bir cümə namazının təşkilinə əngəl sayılır. Əks təqdirdə isə əngəl sayılmır.
Dördüncü şərt: Cümə namazı camaat namazı üçün nəzərdə tutulmuş şərtlərə cavab verməlidir
Məsələ 1795.Cümə namazının doğru olmasının bir şərti də camaat namazında tələb olunan şərtlərə, məsələn, maneənin olmaması, imamın yerinin məmumdan hündür olmaması və digər şərtlərə cavab verməsidir.
Cümə namazı ilə əlaqədar hökmlər
Məsələ 1796. Şərtlərə cavab verən bir cümə namazı təşkil olunduğu təqdirdə əgər onu qıldıran İmam (ə), yaxud onun xüsusi nümayəndəsidirsə, sonrakı məsələdə qeyd ediləcək hallar istisna olmaqla bu namazda iştirak etmək vacibdir (yəni insanın cümə namazı ilə zöhr namazı arasında istəyinə uyğun seçim etmək ixtiyarı yoxdur, cümə namazında mütləq iştirak etməlidir, başqa təbirlə, cümə namazı belə bir dövrdə təyini vacibdir(3)). Ancaq əgər Həzrət Sahibəzzamanın (ə.f) qaiblik dövründə olduğu kimi namazı qıldıran İmam (ə), yaxud onun xüsusi nümayəndəsi olmazsa, cümə namazında iştirak etmək vacib (təyini) deyil.
Məsələ 1797. Şərtlərə cavab verən bir cümə namazı təşkil olunarsa və onu qıldıran İmam (ə), yaxud onu xüsusi nümayəndəsi olarsa, bu namazda iştirak etmək bir neçə qisim insanlara vacib deyil:
1) qadınlar; 2) qullar; 3) müsafirlər (hətta on gün qalmaq məqsədi olan müsafir kimi vəzifəsi namazı bütöv qılmaq olan müsafirlər də); 4) xəstələr, görmə qabiliyyətindən məhrum olanlar və qocalar; 5) cümə namazının qılındığı yerdən iki fərsəxdən artıq məsafədə olan şəxslər; 6) güclü yağış, yaxud külək və bu qəbildən olan səbəblərdən dolayı cümə namazında iştirak etməkdə çətinlik çəkən insanlar.
Məsələ 1798. Qadınlar və müsafirlər cümə namazında iştirak edə bilər və əgər cümə namazı şərtlərə uyğundursa, onların zöhr namazı qılmasına gərək yoxdur. Lakin onlar təklikdə (kişilərin, yaxud müsafir olmayan insanların iştirakı olmadan) cümə namazı təşkil edə bilməz və tələb olunan sayı tamamlayan şəxs (beş nəfərdən biri) ola bilməzlər. Qeyd etmək lazımdır ki, bu hökmün vəzifəsi namazı bütöv qılmaq olan müsafirə şamil olunması vacib ehtiyata əsaslanır. Buna əsasən, ehtiyatın tələbinə riayət etmək lazımdır.
Məsələ 1799. İmam xütbə oxuyarkən danışmaq məkruhdur. Ancaq əgər danışmaq xütbəyə qulaq asmağa mane olarsa, vacib ehtiyata əsasən, caiz deyil.
Məsələ 1800. İki xütbəyə qulaq asmaq, vacib ehtiyata əsasən, xütbənin mənasını başa düşənlər üçün vacibdir, xütbənin mənasını başa düşməyənlərin qulaq asması isə vacib deyil.
Məsələ 1801. Cümə namazının imamı xütbə oxuyarkən orada olmaq vacib deyil və əgər xütbələrdə iştirak etməyən namaz qılan özünü cümə namazının özünə çatdırarsa, cümə namazı doğrudur və zöhr namazını əvəz edir.
Məsələ 1802. Qeyd edilənlərə əsasən, dövrün imamının (ruhlarımız ona fəda olsun!) qaib olduğu dövrdə cümə namazı təyini vacib deyil. Buna əsasən, insanın şəri zöhr vaxtının başlanğıcında zöhr namazını qılması caizdir.

(1) Cümə namazının imamın (ə) insanların arasında və qaib olduğu dövrlərdə vacibliyi 1784 və 1796-cı məsələlərdə izah edilən mənada başa düşülməlidir.
(2) Ürfə görə zöhrün əvvəl çağının nə demək olduğu xüsusunda bir məqama diqqət yetirmək lazımdır: Əgər xütbələr maksimum 40 dəqiqə davam edərsə və sonra dərhal bütün şərtlərinə riayət edilən cümə namazı qılınarsa, kafidir və zöhr namazını qılmağa gərək yoxdur. Xütbələr 40 dəqiqədən artıq, təqribən 1 saat 15 dəqiqə davam etdiyi təqdirdə, ehtiyata əsasən, zöhr namazını da qılmaq lazımdır. Əgər xütbələr 75 dəqiqədən artıq davam edərsə, zahirən kafi sayılmır və zöhr namazını mütləq qılmaq lazımdır. Ürfün rəyi ilə bağlı tərəddüd hallarında vaxtla bağlı bu göstərişlərə uyğun hərəkət edilməsi kifayətdir.
(3) “Təyini vacib” – müəyən edilmiş, alternativi olmayan vacib ilahi göstəriş. Əksi: “təxyiri vacib” – iki və ya daha artıq alternativdən birini seçmək imkanı olan vacib ilahi göstəriş. Tərc.