Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild
Axtarış:
Unudulmuş səcdə və təşəhhüdün qəzası →
← Namazda şəkk halları
Səhv səcdəsi
Səhv səcdəsinin halları
Məsələ 1511.Namaz qılan iki halda namazın salamından sonra səhv səcdəsi etməlidir:
1) unudulmuş təşəhhüdə görə;
2) dörd və beş rükət arasında, yaxud onunla eyni hökmün şamil olunduğu şəkkə görə.
Həmçinin, namaz qılan üç halda namazın salamından sonra, vacib ehtiyata əsasən, gələcəkdə izah ediləcək qaydada səhv səcdəsi etməlidir:
1) yersiz danışıq görə;
2) yersiz salam görə;
3) namazın hərəkət və ya hissələrinin səhvən əskildilməsi, yaxud artırılmasına dair icmal məlumata görə.
Səhv səcdəsinin lazım olduğu hallar (fətvaya, yaxud vacib ehtiyata əsasən)
1) Unudulmuş təşəhhüdə görə
Məsələ 1512. Əgər namaz qılan namazın təşəhhüdünü unudarsa və bu unutma namazın şəriətə görə icrasına başladıqda geri qayıdaraq təşəhhüdü oxuya bilməyəcəyi bir hissəsiniyerinə yetirənədək davam edərsə, qarşıda izah ediləcək qaydada səhv səcdəsi etməlidir. Məsələn, əgər namaz qılan zöhr namazının ikinci rükətində təşəhhüdü oxumağı unudarsa və bunu üçüncü rükətin rükusunda, yaxud daha sonra xatırlayarsa, geri qayıdaraq təşəhhüdü oxuya bilməyəcəyinə görə namazın salamından sonra səhv səcdəsi etməsi vacibdir.
Lakin namazın şəriətə görə icrasına başladıqda geri qayıdaraq təşəhhüdü oxuya bilməyəcəyi bir hissəsini yerinə yetirməyə başlamadığı təqdirdə, məsələn, üçüncü rükətin təsbihat-i ərbəəsini oxuyarkən təşəhhüdü oxumadığını başa düşərsə, bu halda oturmalı və təşəhhüdü oxumalı, sonra üçüncü rükət üçün ayağa qalxmalı, təsbihat-i ərbəəni yenidən oxumalı və namaza davam etməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, bu halda yersiz qiyam üçün iki səhv səcdəsi etməlidir.
2) dörd və beş rükət arasında, yaxud onunla eyni hökmün şamil olunduğu şəkkə görə
Məsələ 1513. Əgər namaz qılan dördrəkətli namazda ikinci səcdənin başlamasından sonra dördüncü, yoxsa beşinci rükətdə olduğuna şəkk edərsə və ya dördüncü, yoxsa altıncı rükətdə olduğuna şəkk edərsə, dördüncü rükətdə olması ehtimalının üzərində dayanaraq namazını başa çatdırmalıdır və namazın salamından sonra səhv səcdəsi etməsi vacibdir.
3) Yersiz danışığa görə
Məsələ 1514.Əgər namaz qılan namaz əsnasında səhvən danışarsa və zikr sayılmayan bir söz söyləyərsə, məsələn, səhvən, yaxud namazın başa çatdığını zənn edərək kiminləsə danışarsa, yaxud bir söz deyərsə, namazın salamından sonra, vacib ehtiyata əsasən, qarşıda izah ediləcək qaydada səhv səcdəsi etməlidir. Məsələn, əgər mükəlləf məğrib namazı əsnasında səhvən, yaxud namazının başa çatdığını zənn edərək danışarsa və məsələn: “Ya Hüseyn!” – deyərsə, vacib ehtiyata əsasən, namazın salamından sonra səhv səcdəsi etməlidir.
Məsələ 1515. Əgər namaz qılan zikr, dua, yaxud Quran oxumaq istəyərsə, lakin səhvən onu yanlış surətdə oxuyarsa, oxuduğu şey zikr, dua, yaxud Quran sayılmayacaq şəkildə olmadığı təqdirdə səhv səcdəsi vacib deyil, əks təqdirdə isə, vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir. Əgər səhvən yanlış oxuduğu şey namazın vacibatından olarsa və hələ onu düzgün oxumaq imkanı olan yerdə olarsa, onu yenidən düzgün tərzdə oxumalıdır. Dil sürüşməsinə (insanın bir sözü demək istəyərkən qeyri-ixtiyari olaraq başqa bir sözün dilinə gəlməsi kimi bir növ danışıq xətası) də, vacib ehtiyata əsasən, səhv hökmü şamil olunur.
Məsələ 1516. Əgər namaz qılan namazda səhvən bir müddət danışarsa və danışdıqlarının hamısı bir səhvdən qaynaqlanarsa, namazın salamından sonra qarşıda izah ediləcək qaydada bir dəfə səhv səcdəsi etməsi kifayətdir.
Məsələ 1517.Öskürmə nəticəsində çıxan səs üçün səhv səcdəsi etmək vacib deyil. Lakin əgər səhvən nalə edərsə, yaxud ah çəkərsə və ya “ah” deyərsə, vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir.
4) Yersiz salama görə
Məsələ 1518.Əgər namaz qılan namazın salamını deməli olmadığı bir yerdə, məsələn, birinci rükətdə səhvən salamı deyərsə, namazdan sonra, vacib ehtiyata əsasən, yersiz salama görə səhv səcdəsi etməlidir.
Məsələ 1519.Əgər namaz qılan namazın salamını deməli olmadığı bir yerdə, səhvən: “Əs-səlamu əleyna və əla ibadillahis-salihin”, – deyərsə, yaxud: “Əs-səlamu əleykum”, - deyərsə, hərçənd “və rəhmətullahi və bərəkatuh”u deməsə belə, lazım ehtiyata əsasən, səhv səcdəsi etməlidir. Həmçinin, əgər salamın iki, yaxud daha artıq hərfini səhvən tələffüz edərsə, vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir. Lakin əgər səhvən: “Əs-səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh” - deyərsə, səhv səcdəsini etməsi müstəhəb ehtiyatın tələbidir.
Məsələ 1520.Əgər namaz qılan salamı deməməli olduğu bir yerdə səhvən üç salamın hamısını deyərsə, qarşıda izah ediləcək qaydada bir dəfə səhv səcdəsi etməsi kifayətdir.
5) Namazın hərəkət və ya hissələrinin səhvən əskildilməsi, yaxud artırılmasına dair icmal məlumata görə
Məsələ 1521.Əgər namaz qılan icmal surətdə namazda nəyisə səhvən əskiltdiyini, yaxud səhvən artırdığını bilirsə və namazın doğruluğuna hökm olunursa, məsələnin artıqlıq, yaxud əskiklik arasında tərəddüddən ibarət olduğu bu vəziyyətdə, vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir. Məsələn:
a) Əgər namaz qılan icmal surətdə zöhr namazında ya birinci rükətdə səhvən təşəhhüd oxuduğunu, ya da üçüncü rükətdə səhvən təsbihat-i ərbəəni oxumadığını bilirsə, vacib ehtiyat səhv səcdəsi etməsini tələb edir.(1)
b) Əgər namaz qılan icmal surətdə sübh namazında ya birinci rükətdə səhvən səcdələrin birini yerinə yetirmədiyini, ya da üçüncü rükətdə səhvən üç səcdə etdiyini bilirsə, bu halda namaz qılan ya namazından səhvən bir səcdə əskiltdiyinə, ya da namazına səhvən bir səcdə əlavə etdiyinə dair icmal məlumata sahibdir və bu halda vacib ehtiyat onun səhv səcdəsi etməsini tələb edir.(2)
Səhv səcdəsinin müstəhəb olduğu hallar (müstəhəb ehtiyata əsasən)
Məsələ 1522.Aşağıdakı hallarda səhv səcdəsi vacib deyil, lakin onun yerinə yetirilməsi müstəhəb ehtiyatın tələbidir:
1) Yersiz ayağa qalxmaq, yaxud oturmağa görə
Əgər namaz qılan ayaq üstə olmalı olduğu yerdə (məsələn, Həmd və surəni, yaxud təsbihatı oxuyarkən) səhvən oturarsa, yaxud oturmalı olduğu yerdə (məsələn, təşəhhüd zamanı) səhvən ayağa qalxarsa, müstəhəb ehtiyata əsasən, səhv səcdəsi etməlidir.
2) Unudulmuş səcdəyə görə
Əgər namaz qılan səcdəni unudarsa və bu unutma namazın şəriətə görə icrasına başladıqda geri qayıdaraq səcdə edə bilməyəcəyi bir hissəsini yerinə yetirənədək davam edərsə, məsələn, namaz qılan əsr namazında rükuda, yaxud rükudan sonra əvvəlki rükətin bir səcdəsini unutduğunu xatırlayarsa, namazın salamından sonra səcdənin qəzasını etməli və müstəhəb ehtiyata əsasən, səhv səcdəsi də etməlidir.
3) Səhvən edilən istənilən əlavəyə görə
Müstəhəb ehtiyata əsasən, namaz qılan namazda səhvən artıq yerinə yetirdiyi istənilən hərəkətə, məsələn, səhvən namaza bir səcdə, yaxud təşəhhüd əlavə etdiyinə, yaxud qunutu olmayan rükətdə qunut oxuduğuna və ya bir zikri öz yerindən başqa bir yerdə dediyinə görə səhv səcdəsi etməlidir.
4) Səhvən edilən istənilən ixtisara görə
Müstəhəb ehtiyata əsasən, namaz qılan namazda səhvən əskiltdiyi və icra edilmə yeri keçən istənilən hərəkətə görə, məsələn, səhvən Həmd surəsini, yaxud təsbihat-i ərbəəni oxumasa və rükuda, yaxud ondan sonra oxumadığını başa düşsə, səhv səcdəsi etməlidir.
Məsələ 1523. Əgər namaz qılan namazının birinci rükətində bir və ya hər iki səcdəni unudarsa, “bihövlillah” deyərək ayağa qalxarsa, Həmd və surəni, qunutu oxuyaraq rükudan öncəki təkbiri deyərsə və ikinci rükətin rükusuna getməzdən öncə xatırlayarsa, geri qayıtmalı, unudulmuş səcdəni yerinə yetirdikdən sonra namazına davam etməli və namazdan sonra, müstəhəb ehtiyata əsasən, altı dəfə səhv səcdəsi etməlidir: bir dəfə yersiz “bihövlillah” dediyinə, bir dəfə yersiz ayağa qalxdığına, bir dəfə yersiz Həmd surəsi oxuduğuna, bir dəfə ikinci surəni yersiz oxuduğuna, bir dəfə yersiz qunut oxuduğuna və bir dəfə də rükudan öncəki təkbiri yersiz dediyinə görə.
Əgər ikinci rükətdə təşəhhüdü unudarsa və sonrakı rükətin rükusundan öncə yadına düşərsə, geri qayıdaraq onu oxumalı və yersiz ayağa qalxdığına və artıq yerinə yetirdiyi digər hərəkətlərə görə, müstəhəb ehtiyata əsasən, səhv səcdəsi etməlidir.
Səhv səcdəsinin icra edilmə qaydası
Məsələ 1524.Səhv səcdəsinin qaydası belədir: Namaz qılan şəxs namazın salamından sonra dərhal səhv səcdəsinin niyyətini etməli və alnını, lazım ehtiyata əsasən, üzərinə səcdənin doğru olduğu bir şeyə qoymalıdır. Müstəhəb ehtiyata əsasən, digər səcdə üzvlərini də namazın səcdəsində izah edilən qaydada yerə qoymalıdır. Səhv səcdəsində zikr demək vacib deyil. Hərçənd, müstəhəb ehtiyata əsasən, zikr deməlidir və daha yaxşı olar ki, “Bismillahi və billahi, əs-səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh” desin, sonra alnını səcdədən qaldıraraq yenidən səcdəyə getsin və ikinci səcdədə də bu zikri desin, daha sonra otursun, təşəhhüd oxusun və təşəhhüddən sonra salam desin. Hər üç salamı deyə bilər. Hərçənd, sonuncu salamla kifayətlənərək təkcə “Əs-səlamu əleykum” deyə bilər və bu halda daha yaxşı olar ki, “və rəhmətullahi və bərəkatuh”u da ona əlavə etsin.
Məsələ 1525. Səhv səcdəsində birinci səcdədən öncə təkbir demək vacib deyil. Hərçənd bu, müstəhəb ehtiyata müvafiqdir. Həmçinin, insanın dəstəmazlı, yaxud qüsllü olması, üzü qibləyə olması, məhrəm yerlərini örtməsi, yaxud qadının saçını və bədənini örtməsi, insanın alnını qoyduğu yerin pak olması vacib deyil. Həmçinin, namaz qılanın geyimində şərt sayılan tələblər onun geyimi üçün şərt sayılmır. Habelə, iki səcdə arasında düz oturmaq vacib deyil, alnı möhürdən qaldırmaq kifayətdir. Bununla belə, sadalananlara riayət etmək müstəhəb ehtiyata müvafiqdir.
Səhv səcdəsi ilə əlaqədar digər hökmlər
Məsələ 1526. Əgər namaz qılan səhv səcdəsinə səbəb sayılan hərəkətlərdən birinə yol verib-vermədiyinə və bu səbəblə səhv səcdəsinin ona vacib olub-olmadığına şəkk edirsə, onu yerinə yetirməsi vacib deyil.
Məsələ 1527. Əgər səhv səcdəsinin ona vacib olduğunu bilirsə, lakin onu yerinə yetirib-yetirmədiyinə şəkk edirsə, yerində olduğu və onun dərhal (namazdan sonra) yerinə yetirilməsi üçün vaxt hələ ötüb keçmədiyi təqdirdə onu icra etməlidir. Hətta əgər fasilə yaransa və onun dərhal yerinə yetirilməsi üçün vaxt ötüb keçsə də, vacib ehtiyaya əsasən, hərçənd şəkki vaxtından sonra yaransa belə, onu yerinə yetirməlidir.
Məsələ 1528.Səhv səcdəsinin özünə vacib olduğunu bilən, lakin səhv səcdəsinin neçə dəfə icrasının ona vacib olmasında şəkkə düşən şəxsin ən az sayda səhv səcdəsi yerinə yetirməsi kifayətdir.
Məsələ 1529. Əgər namaz qılan səhv səcdəsini namazın salamından sonra qəsdən yerinə yetirməzsə, günah edir və lazım ehtiyata əsasən, onu mümkün qədər tez icra etməlidir. Səhvən yerinə yetirmədiyi təqdirdə isə nə vaxt xatırlayarsa, o zaman dərhal icra etməlidir. Hər iki halda namazı yenidən qılmasına gərək yoxdur.

(1) Baxmayaraq ki, bu iki halın (birinci rükətdə təşəhhüd oxumaq və üçüncü rükətdə təsbihat-i ərbəəni deməmək) hər ikisinin baş verməsi dəqiq olsaydı, səhv səcdəsi vacib olmazdı.
(2) Baxmayaraq ki, bu iki halın (birinci rükətdə təşəhhüd oxumaq və üçüncü rükətdə təsbihat-i ərbəəni deməmək) hər ikisinin baş verməsi dəqiq olsaydı, səhv səcdəsi vacib olmazdı.