Kitablar » Həccin hökmləri və əlavələr
Üçüncü fəsl » Ehram halında haram olan işlər
Məsələ 214. Mükəlləf muhrim olduğu zaman “ehramın turuku və muhərrəmatı” adlanan əməllər ona haram olur. Bu əməllərdən bəziləri həm qadın, həm də kişi muhrimə haramdır, digər qismi yalnız kişi muhrimlərə və onlardan bir qismi də yalnız qadın muhrimlərə haramdır.
Müştərək haramlar:
Məsələ 215. Qadın və kişi muhrimlərə haram olan əməllər aşağıdakılardan ibarətdir:
* Xoş ətirdən istifadə etmək
* Güzgüyə baxmaq
* Sürmə çəkmək
* Bəzənmək (zinətlənmək)
* Bədənə yağ sürtmək
* Dırnaq tutmaq
* Bədənin tükünü azaltmaq
* Bədəndən qan çıxarmaq
* Yalan danışmaq, söyüş söymək və fəxr etmək
* Cədəl etmək
* Əks cinsin paltarını geyinmək
* Əks cinsə bədənini sürtmək (cinsi yaxınlıq)
* Əks cinslə şəhvət gətirən şəkildə hərəkət etmək və ya baxmaq
* İstimna
* İzdivac əqdi
* İnsan bədəninə oturmuş (sakin olmuş) heyvanları öldürmək
* Səhra heyvanlarını ovlamaq
* Özü ilə silah gəzdirmək
Kişilərə məxsus olan haramlar:
Məsələ 216. Aşağıdakı əməllər ehram halında yalnız kişilərə haramdır:
* Kölgədə gəzmək
* Başı örtmək
* Ayaqqabı və corab geyinmək
* Tikilmiş paltar geyinmək
Qadınlara məxsus haramlar:
Məsələ 217. Ehram halında üzünü örtmək qadınlara haramdır.
Ehramın muhərrəmatının hökmləri:
Xoş ətirdən istifadə:
Məsələ 218. İstər iylənilən olsun, istər yeyilən, istərsə də bədənə sürtülən hər növ xoş iyli ətir muhrim üçün haramdır. Xoş iyli paltar geyinmək və ya (xoş iylə yanaşı olan) rəngləmək, həmçinin buxur vermək də (xüsusi maddələrlə ətirlənmək) haramdır.
Məsələ 219. Xoş ətirdən izi (və ya iyi) qalmış paltarın geyinilməsi muhrimə haramdır.
Məsələ 220. Xoş iyli ətir deyildiyi zaman nəzərdə tutulan şey bədəni, paltarı, xörəyi və bu kimi şeyləri ətirləndirən maddələrdir. Müşk, ənbər, zəfəran və “muhəmmədi, yas və razəqi” kimi tanınmış digər növ ətirlər, bu maddələrin nümunələridir.
Məsələ 221. Xoş iyli sabun, şampun və diş pastasından istifadə etmək ehtiyat-vacibə əsasən caiz deyildir.
Məsələ 222. Gülləri və xalqın xoş qoxu məqsədilə hazırladığı xoş iyli göyərtiləri iyləmək muhrimə haramdır. Göyərtilərin xoş qoxu alınan növləri ilə (yasəmən, muhəmmədi gülü və başqaları) digərləri arasında heç bir fərq yoxdur.
Məsələ 223. Yeməyin dadını dəyişən, lakin iyinə təsir qoymayan əlavə maddələrlə qarışmış yeməkdən istifadə etməyin muhrim üçün işkalı yoxdur. Amma yemək xoş iyli olmuşdursa, haramdır.
Məsələ 224. Əgər muhrim olan şəxs öz dişlərini xoş iyli pasta ilə yuması və ya xoş iyli yemək yeməsi nəticəsində ağzı xoş iyli olarsa, ehtiyat-vacibə əsasən imkan olan halda həmin xoş iyi aradan qaldırmalıdır. Həmçinin əgər əllərini xoş iyli sabun və ya digər maye ilə yuması nəticəsində o xoş qoxudan əllərində qalarsa, ehtiyata əsasən onu aradan aparması lazımdır.
Məsələ 225. Alma, heyva və nanə kimi xoş iyli meyvə və tərəvəzin yeyilməsi muhrim üçün işkallı deyil. Lakin ehtiyat-vacibə əsasən onu iyləmək olmaz. Xoş iyli meyvələrin suyunu içmək də eyni hökmdədir.
Məsələ 226. Yeyilməli olan xoş iyli yağlar xalqın nəzərində ətir hesab olunmazsa, onları yeməyin işkalı yoxdur. Lakin o yağlar ətir hesab olunsa, ehtiyat-vacibə əsasən onları yemək olmaz.
Məsələ 227. Ehram bağlayacağını bilən şəxs, muhrim olacağı zamana kimi qoxusu qalacaq xoş iyli ətirlərdən ehtiyat-vacibə əsasən istifadə etməməlidir.
Məsələ 228. Pis iydən burnunu tutmaq muhrimə haramdır, lakin bədənin pis iyindən uzaq olmaq üçün sürətli gəzməyin eybi yoxdur.
Xoş iydən istifadə etmənin kəffarəsi:
Məsələ 229. Əgər muhrim olan şəxs xoş iyli şeylərdən bir miqdar yeyərsə və ya üzərində öncədən xoş qoxu qalmış paltar geyinərsə, ehtiyat-vacibə əsasən bir qoyun kəffarə verməlidir. Lakin bu iki haldan başqa hallarda xoş iydən istifadə etmənin kəffarəsi yoxdur, lakin ehtiyati-müstəhəbdir.
Güzgüyə baxmaq:
Məsələ 230. Muhrim olan şəxsin özünü bəzəmək üçün güzgüyə nəzər etməsi haramdır, lakin başqa bir məqsəddən dolayı güzgüyə baxmağın eybi yoxdur. Məsələn, üzünün yarasını sağaltmaq üçün və ya suyun üzə çatmasına görə maniəni aradan qaldırmaqdan ötəri və yaxud da sürücünün öz arxasındakı maşınları görməsi üçün güzgüyə baxmağının işkalı yoxdur.
Məsələ 231. Güzgü xüsusiyyətinə sahib olan cilalanmış saf cismlərə baxmaq da güzgüyə baxmaq hökmündədir.
Məsələ 232. Tibbi eynəklə əşyalara baxmağın işkalı yoxdur, lakin eynək taxmaq xalqın nəzərində zinət hesab olunarsa, ehtiyat-vacibə əsasən caiz deyil.
Güzgüyə baxmağın kəffarəsi:
Məsələ 233. Güzgüyə baxmağın kəffarəsi yoxdur, lakin özünü bəzəməyə görə güzgüyə baxarsa təlbiyə desin.
Sürmə çəkmək:
Məsələ 234. Sürmə çəkməyin 2 forması vardır:
a) Xalqın nəzərində bəzənmək hesab olunan qara və ya hər hansı bir sürmə ilə sürmə çəkmək: əgər bəzənmək qəsdi olarsa haramdır. Hətta bəzənmək qəsdi olmasa belə ehtiyat-vacibə əsasən ondan istifadə olunmamalıdır.
b) Qara olmayan və bəzənmə hesab olunmayan sürmə ilə sürmə çəkmək: işkalı yoxdur, lakin onunla bəzənmək qəsdi olarsa, ehtiyata əsasən caiz deyildir.
Məsələ 235. Çarəsizlik halında müalicə məqsədi ilə qara və ya zinət hesab olunan sürmə ilə də gözlərə sürmə çəkməyin işkalı yoxdur.
Sürmə çəkmənin kəffarəsi:
Məsələ 236. Sürmə çəkmənin kəffarəsi yoxdur, lakin ehram halında haram olan sürmədən çəkilərsə, bri qoyun kəffarə vermək ehtiyati-müstəhəbdir.
Bəzənmək (zinətlənmək)
Məsələ 237. Ehtiyat-vacibə əsasən muhrim olan şəxs, xalqın nəzərində zinət (bəzənmə) hesab olunan hər bir şeydən (lak və həna kimi) özünü qorumalıdır. İstər özünü bəzəmək qəsdi olsun və ya olmasın, bu işdən qorunulmalıdır.
Məsələ 238. Tükə həna qoymaq və ya rəngləmək özünü bəzəmə hesab olunmazsa və dəri xəsətliyinin dərmanı kimi məqsədlər üzündən olarsa işkalı yoxdur.
Məsələ 239. Ehramdan öncə tükə həna qoymanın və ya rəngləmənin heç bir eybi yoxdur. Hətta ehram vaxtına kimi izi qalacağını bilsə də bu işin birişkalı yoxdur.
Məsələ 240. Ehram halında özünü bəzəmək qəsdi olmadan üzük taxmağın işkalı yoxdur. Məsələn, müstəhəbliyinə görə və ya üzüyü itirməmək üçün və yaxud da təvafın dövrlərini saymaq üçün üzük taxmanın eybi yoxdur. Lakin özünü bəzəmək qəsdi olarsa, ehtiyat-vacibə əsasən caiz deyil.
Məsələ 241. Zinət əşyası hesab olunmadığı halda muhrim şəxsin adi və ya günəş eynəyindən istifadə etməsində işkal yoxdur.
Məsələ 242. Əgər muhrim qadın özünü bəzəmək qəsdi ilə zinət geyinərsə haramdır, həmçinin ehtiyat-vacibə əsasən özünü bəzəmək qəsdi olmasa belə zinət geyinməməlidir. Lakin ehramdan öncə geyinməyə adət etdiyi zinətləri geyinməsinin eybi yoxdur, amma ərinə və ona məhrəm olan kişilərə öz zinətini göstərməməsi ehtiyati-müstəhəbdir.
Özünü bəzəmənin kəffarəsi:
Məsələ 243. Qeyd olunmuş bütün hallarda özünü bəzəmənin kəffarəsi yoxdur.
Bədənə yağ sürtmək:
Məsələ 244. Xoş iyli olmasa belə bədənə yağ sürtmək muhrim olan şəxsə haramdır.
Məsələ 245. Xoş iyli (təbii qoxuya sahib) yağın yeyilməsi, gözəl qoxu verən maddələrlə (ətirlərlə) birgə olmadığı təqdirdə işkalsızdır.
Məsələ 246. Çarəsizlik halında muhrimin xoş iyli və ya xoş qoxu verən maddələrlə qarışmış yağdan istifadə etməsi işkalsızdır. Əgər yağ xoş iyli olarsa, ehtiyat-vacibə əsasən kəffarə vardır.
Məsələ 247. Ehramdan öncə bədənə yağ sürtmənin eybi yoxdur. Əgər yağ xoş iyli deyilsə və ya xoş iyi ehrama qədər aradan gedəcəksə, o yağın izinin bədəndə qalmasının da bir eybi yoxdur.
Bədənə yağ sürtmənin kəffarəsi:
Məsələ 248. Əgər muhrim olan bir şəxs agah halda və bilərəkdən öz bədənini xoş iyli yağla yağlayarsa, ehtiyati-vacibə əsasən bir qoyun kəffarə verməlidir. İstər o yağ öz təbii halıyla xoş iyli olsun və ya istərsə də xoş iyli maddələrlə qarışdığına görə ətirli olsun, hökm eynidir. Əgər bu işi bilmədən edərsə, ehtiyati-vacibə əsasən bir fəqiri doydurmalıdır.
Dırnaq tutmaq:
Məsələ 249. Dırnağı və ya dırnaqdan bir hissəsini tutmaq muhrimə caiz deyil. İstər qayçı ilə tutsun və ya dırnaqtutan ilə və yaxud da başqa bir vasitə ilə tutsun, hökm eynidir. Lakin çarəsizlik və zərurət halı istisnadır. Məsələn, dırnağının bir hissəsi kəsilərsə və yerdə qalan hissəsi əziyyət verərsə, bu halda yerdə qalan hissəni tutmaq caizdir.
Məsələ 250. Muhrim şəxs başqasının dırnağını kəsə bilər. Həmin şəxsin muhrim olması ilə olmaması arasında fərq yoxdur, lakin muhrim olan digər şəxsin dırnağını kəsməmək ehtiyati-müstəhəbdir.
Dırnaq kəsmənin kəffarəsi:
Məsələ 251. Dırnaq tutmanın kəffarəsi bu qayda ilədir:
* Ayaq və ya əlin bir dırnağını tutmaq: bir mud (750 qram) təam.
* İki dırnağı tutmaq: iki mud təamdır. Bu qayda ilə doqquz dırnağa kimi davam edir və hər dırnağa görə bir mud təam düşür.
* Əl və ya ayaqların bütün dırnaqlarını tutmaq: bir qoyundur. Bu hökmdə bütün dırnaqları bir oturmada tutmaqla bir neçə oturmada tutmaq arasında heç bir fərq yoxdur.
* Əl və ayaqlarının bütün dırnaqlarını tutarsa: bir qoyun kifayətdir.
Məsələ 252. Muhrim insanın zərurət olmadan dırnağını tutmasının kəffarəsi öncəki məsələdə qeyd olunduğu kimidir.
Bədənin tükünü təmizləmək:
Məsələ 253. Muhrim olan şəxsə həm öz bədəninin tükünü, həm də muhrim olan və ya olmayan başqa birinin bədəninin tükünü təmizləmək haramdır.
Məsələ 254. Təraş etməklə və ya qayçı ilə tutmaqla və yaxud da hər hansısa başqa bir vasitə ilə tükü təmizləmək haramdır. İstər tük az olsun, istərsə də çox olsun fərqi yoxdur. Hətta tükün bir hissəsini qoparmaq belə caiz deyil.
Məsələ 255. Dəstəmaz, qusl, təyəmmüm və ya bədəni paklamaq zamanında və yaxud da bədənə yapışmış və suyun çatmasına əngəl olan maniəni aradan qaldıran zaman, istəmədən bədənin tükünü qopararsa işkalı yoxdur.
Məsələ 256. Zəruri olduğu təqdirdə bədənin tükünü təraş etmənin və ya qoparmanın işkalı yoxdur.
Məsələ 257. Tükün düşməsinə və ya qanın çıxmasına səbəb olmayacağı halda başı və ya bədəni qaşıtdırmağın ikalı yoxdur.
Məsələ 258. Muhrim bədənindən tükün qopacağını bildiyi halda belə müstəhəb dəstəmaz ala bilər. Dəstəmaz halında bədənindən tük ayrılarsa, kəffarəsi yoxdur.
Bədəndən tükü təmizləmənin kəffarəsi:
Məsələ 259. Bədəndən tükü təmizləmənin kəffarəsi bu qayda ilədir:
* Zəruri olmadan başını təraş etdirərsə: bir qoyundur.
* Zəruri olduğuna görə başını təraş etdirərsə: bir qoyun və ya üç gün oruc tutmaq və yaxud da hər biri üçün bir mud (beşdə bir kiloqram) təam olan altı nəfəri doyurmaq
* Əgər iki qolunun altındakı tükləri təmizləyərsə: bir qoyundur.
* Əgər bir qolunun altındakı tükləri təmizləyərsə: ehtiyat-vacibə əsasən bir qoyundur.
* Əgər saqqalının tükündən bir miqdarını və ya bədəninin digər yerindəki tükləri təmizləyərsə: bir ovuc təam fəqirə verilməlidir.
* Əgər səbəbsiz və heç bir ağıllı məqsəd olmadan əlini baş və ya saqqalına sürtmək nəticəsində bir, yaxud bir neçə tük ayrılarsa: bir ovuc təam sədəqə verməlidir.
Məsələ 260. Ehram bağlamış şəxs muhrim olan və ya olmayan digər şəxsin başını təraş edərsə, kəffarəsi yoxdur.
Bədəndən qan çıxarmaq:
Məsələ 261. Ehtiyata əsasən muhrim olan şəxsə bədəndən qan çıxarmaq caiz deyildir. İstər damardan qan çəkməklə, istər kəsməklə, istərsə bədəni qaşıtdırmaq və yaxud istərsə də bədəni həcamət etdirməklə (xüsusi şəkildə beldən qan aldırmaq) qan çıxarmaq caiz deyildir. Çarəsizlik halı isə istisnadır.
Məsələ 262. Ehram halında qan çıxmasına səbəb olsa da belə dişləri yumaq caizdir.
Məsələ 263. Ehtiyat-vacibə əsasən muhrim olan şəxs özünə bədəndən qan çıxmasına səbəb olan iynələr vurdurmamalıdır. Zərurət halı istisnadır.
Məsələ 264. Qan çıxmasına səbəb olan ampula iynəsini başqasına vurmağın muhrim şəxs üçün eybi yoxdur. Lakin digər şəxs də muhrim olarsa, qan çıxmasına səbəb olan ampula iynəsini vurmamaq ehtiyati-müstəhəbdir.
Məsələ 265. Ehram halında başqasına qan vermək, ehtiyati-vacibə əsasən caiz deyil. Çarəsizlik halı istisnadır.
Məsələ 266. Əgər muhrim olan şəxs zəruri səbəb olmadan bədənindən qan çıxararsa, ehtiyat-müstəhəbə əsasən bir qoyun kəffarə verməlidir.
Diş çəkdirmək:
Məsələ 267. Qan çıxmasına səbəb olmayacaqsa, diş çəkdirmənin və ya kəsmənin haramlığı və kəffarəsi yoxdur.
Yalan, söyüş və iftixar:
Məsələ 268. Yalan danışmaq, söyüş söymək və başqalarına nisbət özü ilə fəxr etmək hər bir halda haramdır, lakin ehram halında onların haramlığı daha artıqdır.
Məsələ 269. Əgər bir şəxs digərlərinin müqabilində öz nəsəbi, malı, məqamı və ya bu kimi şeylərlə fəxr edərsə və bununla da bir möminin təhqir və aşağılanmasına səbəb olarsa, haramdır və istər muhrim şəxs olsun, istərsə də olmasın, hökm eynidir. Bundan başqa hallarda nə muhrim, nə də muhrim olmayan şəxsə haram deyil.
Yalan, söyüş və iftixarın kəffarəsi:
Məsələ 270. Əgər muhrim olan şəxs yalan danışarsa və başqasını söyərsə və yaxud da başqaları qarşısında fəxr edərsə, istiğfardan başqa kəffarəsi yoxdur. Lakin ehtiyati-müstəhəbə əsasən bir qoyun kəffarə verməlidir.
Cədəl etmək:
Məsələ 271. Ehramın muhərramatından biri də cədəldir. Cədəl, müəyyən bir mətləbi isbat və ya inkar etmək üçün Allahın müqəddəs zatına and içməkdir.
Məsələ 272. Cədəlin haramlığı yalnız “Allah” kəlməsi və ərəbcə olması ilə bitmir, əksinə başqa bir dildə də Allaha and içərsə eyni hökmdədir və andından öncə “bəli” və ya “xeyr” kəlmələrini işlədib-işlətməməsi arasında heç bir fərq yoxdur. Yəni “bəli vallah” və ya “xeyr vallah” deməsi şərt deyildir.
Məsələ 273. Allahdan başqa digər müqəddəslərə and içmənin heç bir təsiri yoxdur. İstər bu şəkildə olsun: “Yox öz canıma and olsun” və ya “Bəli öz canıma and olsun”. Həmçinin hər hansısa bir şeyi xəbər vermək üçün olmadığı halda da andın təsiri yoxdur. Məsələn, başqasından bir şeyi almaq üçün bu cür and içsə eybi yoxdur: “Səni Allaha and verirəm, onu mənə ver”. Həmçinin, müəyyən işi gələcəkdə edəcəyinə və ya etməyəcəyinə dair öz iradə və əzminə təkid etməkdən ötəri and içərsə, eybi yoxdur. Məsələn, belə and içsə eybi yoxdur: “Vallah bu işi edəcəm”.
Cədəlin kəffarəsi:
Məsələ 274. Cədəlin kəffarəsi bu qayda ilədir:
* 3 dəfə və ya daha çox ardıcıl şəkildə and içərsə: bir qoyundur
* Bir dəfə yalandan and içərsə: bir qoyundur.
* İki dəfə yalandan and içərsə: iki qoyundur.
* Üç dəfə yalandan and içərsə: bir inəkdir.
Məsələ 275. Kəffarə verdikdən sonra and içməyi təkrar etmənin izahlı hökmləri vardır ki, müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.
Cima (yaxınlıq):
Məsələ 276. Ehramın muhərramatından biri də cimadır. Müfrəd və təməttö ümrəsində ehram bağlanandan əməllər qurtarana kimi, həcdə isə nisa təvafına kimi cima etmək muhrimə haramdır.
Məsələ 277. Ehram halında cima etmək bəzi hallarda ümrə və ya həccin batil olmasına səbəb olur və bu haqda izahlı hökmlər müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.
Məsələ 278. Muhrim olan şəxs məsələni bilmədiyinə görə və ya unutqanlıq üzündən öz zövcəsi ilə yaxınlıq edərsə, həcc və ya ümrəsi batil olmur və kəffarə də ona vacib deyil.
Cimanın kəffarəsi:
Məsələ 279. Ehram halında cima etmənin kəffarəsi bu qayda ilədir:
* Təməttö ümrəsinin ehramında cima edərsə: ehtiyat-vacibə əsasən bir dəvə və ya bir inək kəffarə verrməlidir.
* “Məşərul-həramda” vüquf etməmişdən öncə həcc ehramında: bir dəvə kəffarə verəcək. Həccini həmin tamamlayacaq və qəzasını da həyata keçirdəcək.
* Həcc ehramında, “Məşərul-həramda” vüquf etdikdən sonra nisa təvafının 4-cü dövrəsinə kimi cima edərsə: bir dəvə kəffarə verməlidir, lakin həcci batil deyil.
* Müfrəd ümrənin ehramında: bir dəvədir və əgər səydən qabaq olarsa, ümrəsi də batildir və növbəti aya kimi Məkkədə qalması, növbəti ayda beş miqatdan birinə gedib orada yenidən müfrəd ümrə üçün muhrim olması vacibdir. Ehtiyat-vacibə əsasən həmin fasid (batil olmuş) ümrəni də sona çatdırması lazımdır.
Zövcəsini öpmək:
Məsələ 280. Muhrim olan şəxsin öz zövcəsini şəhvətlə öpməsi caiz deyildir.
Zövcəsini öpmənin kəffarəsi:
Məsələ 281. Zövcəsini öpmənin kəffarəsi bu qayda ilədir:
* Şəhvətlə öpərsə və məni gələrsə: bir dəvədir.
* Şəhvətlə öpərsə, lakin məni gəlməzsə: bir qoyundur.
* Şəhvətsiz öpərsə: ehtiyati-vacibə görə bir qoyundur.
* Muhrim olmayan şəxs öz muhrim zövcəsini öpərsə: ehtiyat-vacibə əsasən bir qoyundur.
Zövcəsinin bədəninə toxunmaq:
Məsələ 282. Muhrim olan şəxsə öz zövcəsinə şəhvətlə toxunması və ya onu qucaqlaması və yaxud da qaldırması (uzatması) caiz deyildir, lakin çəhvət üzündən olmazsa haram deyildir.
Bədənə toxunmanın kəffarəsi:
Məsələ 283. Əgər şəhvət üzündən zövcəsinin bədəninə toxunarsa bir qoyun kəffarə verməlidir, lakin şəhvətsiz olmuşdursa kəffarəsi yoxdur.
Şəhvətlə baxmaq və ya mazaqlaşma:
Məsələ 284. Muhrim olan şəxsə öz məhrəmi ilə şəhvət üzündən mazaqlaşması caiz deyildir.
Məsələ 285. Əgər muhrim olan şəxs öz zövcəsinə şəhvətlə baxmaq nəticəsində məninin gələcəyini bilərsə, ona şəhvətlə baxmamalıdır. Hətta məninin gəlməsinə səbəb olmayacaqsa belə bu cür baxışla ona baxmaması ehtiyati-müstəhəbdir.
Şəhvətlə mazaqlaşmanın və baxmağın kəffarəsi:
Məsələ 286. Şəhvətlə baxmağın və ya mazaqlaşmanın kəffarəsi bu qayda ilədir:
* Əgər öz zövcəsi ilə şəhvət üzündən mazaqlaşarsa və məni gələrsə: bir dəvə kəffarə verməlidir. Əgər gücü çatmazsa, bir qoyun kəffarə verməlidir.
* Əgər öz zövcəsinə şəhvətlə baxarsa və məni gələrsə: ehtiyati-vacibə əsasən bir dəvə kəffarə verməlidir.
* Əgər zövcəsindən başqasına caiz olmayan nəzərlə baxarsa və məni gələrsə: ehtiyat-vacibə əsasən maddi durmu yaxşı olduğu təqdirdə bir dəvə kəffarə verməlidir. Əgər maddi durumu normal olarsa bir qoyun və əgər kasıb olarsa, bir qoyun kəffarə verməlidir
* Əgər öz zövcəsinə şəhvətlə baxarsa və məni gəlməzsə: və ya öz zövcəsinə şəhvətsiz baxarsa və məni gələrsə, kəffarə vacib deyil.
İstimna:
Məsələ 287. Məninin xaric olması məqsədilə bir iş görmək hər bir halda haramdır, lakin ehram halında onun günahı daha çoxdur və bəzi hallarda həcc və ümrənin də batil olmasına gətirib çıxarır.
Məsələ 288. Ehram halında istimna etmək bir çox yerdə kəffarəyə səbəb olur və barədə müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.
İzdivac əqdi:
Məsələ 289. Muhrim olan şəxsin özü və ya başqası üçün bir qadının əqdini oxuması caiz deyildir. Digər şəxsin muhrim olub-olmaması və yaxud əqdin daimi və ya müvəqqəti olması arasında heç bir fərq yoxdur. Bütün bu hallarda izdivac əqdi də batildir.
Məsələ 290. Ehtiyat-vacibə əsasən izdivac əqdi oxunan məclisdə iştirak etmək də muhrim olan şəxsə caiz deyildir. Həmçinin vaxtilə oxunulmuş əqdə şahidlik etməməsi də ehtiyati-müstəhəbdir.
Məsələ 291. Ehram halında başqasının izdivacına görə elçiliyə getməmək ehtiyati-müstəhəbdir.
İzdivac əqdinin kəffarəsi:
Məsələ 292. Əgər muhrim bir kişi üçün bir qadının əqdi oxunarsavə onlar da yaxınlıq edərsə, əqdi oxuyan şəxsin şəri hökmü bildiyi və o kişinin də muhrim olmasından agah olduğu təqdirdə hər üç şəxs, bir dəvə kəffarə verməlidir. Lakin hökmü bilən və agah olmasa, kəffarə vacib deyil. Bu hökmdə əqdi oxuyan şəxsin və qadının muhrim olması ilə olmaması arasında heç bir fərq yoxdur.
Bədənin canlılarını öldürmək:
Məsələ 293. Muhrim olan şəxsin (bədənindəki) biti öldürməsi caiz deyildir. Ehtiyati-vacibə əsasən biti bədəndən atmaq da caiz deyildir, lakin onu bir yerdən başqa yerə çəkmənin işkaı yoxdur.
Məsələ 294. Ehtiyati-vacibə əsasən muhrim olan şəxsə bir zərər yetirmədikləri halda milçək, qarışqa, ağcaqanad və birəni öldürmək caiz deyildir. Amma onları qovmaq caizdir və bu işi etməməsi də ehtiyati-müstəhəbdir.
Bədəndəki canlıları öldürmənin kəffarəsi:
Məsələ 295. Əgər biti öldürərsə və yaxud onu bədən və ya paltarından atarsa, bir ovuc təam kəffarə vermək ehtiyati-müstəhəbdir.
Səhra heyvanını ovlamaq:
Məsələ 296. Səhra heyvanları ilə əlaqədar olan bu işlər muhrimə haramdır:
1) Onları ovlamaq.
2) Onları öldürmək və ya yaralamaq və yaxud da bədən üzvlərindən birini əzmək.
3) Onlara hər hansı bir şəkildə əziyyət vermək və ya çətinlik yaratmaq.
4) Ovçuluq edən şəxsə kömək etmək, hətta işarə etməkvə ya göstərməklə belə olsa, haramdır.
5) Ovlanmış heyvanı öz yanında saxlamaq. Hətta ehramdan öncə ovlanmış olsa da və istər hərəmdə ovlanılsın, istərsə də hərəmdən xaricdə fərqi yoxdur və hökm eynidir.
6) Heyvanı ovlamış şəxs muhrim olmasa da və hərəmdən xaricdə ovlasa da belə o heyvanın ətindən yemək olmaz.
7)İstənilən səhra heyvanını öldürmək. Lakin öncə əhliləşmiş və vəhşi olmuş heyvan istisnadır.
8) Muhrimin qorxduğu və öz canına görə çəkindiyi heyvanlar, məsələn, yırtıcılar, hərəmin göyərçinlərinə əziyyət edən yırtıcıquşlar, zəhərli və zərərli ilanlar, əqrəb və siçan.
Məsələ 297. Səhra heyvanı əsli olaraq (sinif olaraq) vəhşi və qaçaq heyvanlara deyilir. Müəyyən bir səbəblə əhliləşmənin təsiri yoxdur və bu məsələdə əti halal olan heyvanla haram olanının hökmü eynidir.
Məsələ 298. Çəyirtkə də səhra heyvanlarından hesab olunur və ehram halında onu ovlamaq caiz deyildir. Lakin yalnız suda yaşayan balıq və krevet (xırda dəniz xərçəngi) kimi dəniz heyvanlarını ovlamağın işkalı yoxdur.
Məsələ 299. Muhrim olan şəxs çəyirtkələrin ölməsinə səbəb olacaqsa, onların çox olduğu yolla getməməlidir. Əgər başqa yolla getməyi bacarmasa və çəyitkə ölərsə, işkalı yoxdur.
Ovun kəffarəsi:
Məsələ 300. Müqəddəs islam şəriətində səhra heyvanlarından hər birinin ovu və ya öldürülməsinin kəffarəsi haqqında özünə məxsus hökmlər vardır və bu barədə müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.
Silah gəzdirmək:
Məsələ 301. Muhrim olan şəxsə silah gəzdirmək caiz deyildir. Əgər silahı öz əlində tutmaqla və ya çantasında daşımaqla və yaxud da özü ilə apararsa və xalqın nəzərində silahlanmış hesab olunarsa, ehtiyat-vacibə əsasən caiz deyildir.
Məsələ 302. Şəri cəhətdən silah deyiləndə məqsəd, xalqın nəzərində silah hesab olunanlardır. Məsələn, qılınc, nizə, tüfəng və tapança kimi. Lakin özünü qorumaq üçün istifadə olunan zireh, qalxan və bu kimi alətlər silah deyildir.
Məsələ 303. Silahı daşımadan onun muhrimin yanında olmasının işkalı yoxdur. Həmçinin onu daşımaq xalqın nəzərində silahlanmış hesab olunmaqla nəticələnmirsə də eybi yoxdur, lakin bu halda da onu tərk etmək ehtiyat-müstəhəbdir.
Məsələ 304. Muhrim olan şəxsin çarəsizlik halında silahlanmasının işkalı yoxdur. Məsələn, düşmən və oğurluqdan qorxduğu halda muhrimin silah gəzdirməsinin eybi yoxdur.
Silah gəzdirmənin kəffarəsi:
Məsələ 305. Çarəsizlik halı olmadan silah gəzdirmənin kəffarəsi, ehtiyat-vacibə əsasən bir qoyundur.
Kişilərə məxsus haramlar:
Başının üstünü örtmək (kölgələnmək):
Məsələ 306. Başın örtülməsi(kölgələnmə) iki cürdür:
a) Üstü bağlı olan mütəhərrik vasitələrlə: çətir (zontik), maşının tavanı və təyyarə kimi vasitələrlə haramdır. İstər süvari olsun, istərsə də piyada hökm eynidir.
b) Sabit əşyalar vasitəsilə: divarlar, tunellər, ağaclar və dağlar kimi vasitələrlə olarsa, işkalı yoxdur. İstər süvari olsun, istərsə də piyada eybi yoxdur.
Məsələ 307. Mütəhərrik vasitələrlə başın örtülməsi, örtüyün başın üstündə olduğu halda haramdır. Buna görə də muhrim olan şəxs aram şəkildə öz yolunu getdiyi zaman maşının divarı onun üzərinə kölgə salarsa, işkalı yoxdur. Lakin süvari olarsa və süvari olduğu maşının divarı onun üzərinə kölgə salarsa, ehtiyat-vacibə əsasən bu kölgədən qorunmaq lazımdır. Amma xalqın nəzərində günəş işığı altında qərarlaşmağa əngəl olmayan şəkildə kölgəlik onun üzərinə düşərsə, işkalı yoxdur. Məsələn, muhrimin ətrafında olan şeylər onun sinə və başını örtə bilməyən miqdara kiçik olarsa, eybi yoxdur.
Məsələ 308. Mütəhərrik olan buludun altında hərəkət etmənin bir eybi yoxdur.
Gecə vaxtı örtük:
Məsələ 309. Yağışlı olmayan gecədə üstü bağlı maşın və ya təyyarə ilə hərəkət etmənin işkalı yoxdur.
Məsələ 310. Sübh azanından gün çıxan vaxta kimi və həmçinin yağıntı olmayan buludlu gündə üstü olan maşına və ya təyyarəyə minməyin və yaxud da çətirdən istifadə etməyin işkalı yoxdur.
Məsələ 311. Əgər muhrim bir kişi üstü açıq olan maşına minərsə və həmin maşının divarları onun sinə və başına kölgə salacaq miqdarda böyük olmazsa, işkalı yoxdur.
Məsələ 312. Günəş işığının parıltısının qarşısını almaq üçün əli başa qoymağın eybi yoxdur, lakin bu işi görməmək də ehtiyat-müstəhəbdir.
Məsələ 313. Muhrimin kölgədə hərəkət etməsi deyildiyi zaman nəzərdə tutulan məqsəd, özünü günəş şüasından qorumasıdır. Lakin özünü külək, isti və soyuqdan qorumasının işkalı yoxdur. Amma yağışın günəş işığı ilə eyni hökmə malik olması ehtiyat-vacibdir. Buna görə də yağış yağmayan gecədə üstü bağlı maşınla və ya bu kimi şeylərlə süvari olmağın işkalı yoxdur.
Sabit (tərpənməz) məkanda örtük:
Məsələ 314. Başı örtmənin (kölgələnmə) haram olması yalnız hərəkət halına məxsusdur.Buna görə də bir yerdə dayanarsa, işkalı yoxdur. İstər həmin yer öz evi olsun, istərsə də olmasın hökm dəyişməz. Yol boyunca namaz və ya yemək üçün dayanmaq da eyni hökmdədir.
Məsələ 315. Muhrim olan şəxs bir yerdə dayandıqdan sonra o tərəf bu tərəfə getmək istəyərsə, ehtiyat-vacibə əsasən gündüz vaxtı və ya buludlu havada başına kölgə salmamalıdır. Buna görə də muhrim olan şəxs Məkkədə qərarlaşdıqdan sonra təvaf və ya digər əməllər üçün Məscidul-hərama getmək istəyərsə, ehtiyat-vacibə əsasən çətir və ya üstü bağlı maşınla hərəkət etməməlidir. Həmçinin muhrim olan şəxs Minada dayandıqdan sonra cəmərata və ya qurbangaha getmək istəsə, bu halda da eyni hökmə əməl etməlidir.
Məsələ 316. Çarəsizlik halında özünü kölgəliyə salmağın qadın və uşaqlar, həmçinin muhrim kişilər üçün də işkalı yoxdur.
Kölgələnmənin kəffarəsi:
Məsələ 317. Başı kölgələmənin və ya özünü yağışdan qorumağın kəffarəsi bir qoyundur. İstər ixtiyari şəkildə olsun, istərsə də çarəsizlik üzündən baş versin, hökm eynidir
Məsələ 318. Bir ehramda bir neçə dəfə başını kölgəliyə salarsa, bir qoyun kəffarə vermək kifayətdir, lakin hər bir gün üçün kəffarə vermək ehtiyat-müstəhəbdir.
Başı örtmək:
Məsələ 319. Muhrim olan şəxsin papaq, çalma, paltar və ya bu kimi şeylərlə başını örtməsi caiz deyildir.
Məsələ 320. Ehtiyat-vacibə əsasən muhrim olan şəxs başını ot və daşınılan yüklə örtməməlidir, lakin çantanın ipini başa keçirmənin eybi yoxdur.
Məsələ 321. Başı dəsmalla və bu kimi şeylərlə xəstəlik üzündən (başağrısı kimi) bağlamağın işkalı yoxdur.
Məsələ 322. Başın hamısını və ya bir hissəsini əllə örtmənin işkalı yoxdur, lakin bu işi görməmək daha yaxşı olar.
Məsələ 323. Bu məsələdə baş deyiləndə nəzərdə tutlan miqdar, tüklərin bitdiyi təbbi yerlərdir və qulaqlar da başın bir hissəsi hesab olunur.
Məsələ 324. Əgər muhrimi bir kişinin başı islanarsa və dəstəmaz almaq istədiyi zaman başının qurumasını gözləməyə imkanı olmazsa, dəsmalın bir tərəfi və ya digər bir parça ilə məsh çəkəcəyi yerin miqdarında quruda bilər. Lakin əli ilə onu qurutması mümkün olsa, başqa bir şeydən istifadə etməməlidir.
Məsələ 325. Ehram halında telefonla danışmağın eybi yoxdur, lakin ehtiyat-vacibə əsasən muhrim kişi telefonun dəstəyini qulağına qoymamalıdır. Əgər qulağın az bir hissəsini tutarsa və ya dəstəyi qulağından aralıda saxlayarsa, işkalı yoxdur.
Məsələ 326. Başı balışa, divara və ya stula qoymağın işkalı yoxdur.
Məsələ 327. Muhrim olan həm qadına, həm də kişiyə başını bütünlüklə suya batırmaq caiz deyildir. Bu məsələdə baş deyiləndə boyundan yuxarı hissə nəzərdə tutulur. Amma hamamda suyun başa töküldüyü şəkildə duşun altında durmağın eybi yoxdur.
Başı örtmənin kəffarəsi:
Məsələ 328. Muhrim olan kişi öz başını örtərsə, kəffarəsi bir qoyundur.
Məsələ 329. Başı örtmənin caiz olduğu və çarəsizlik hesab olunan yerlərdə başını örtərsə, kəffarə vacib deyildir.
Məsələ 330. Əgər muhrim kişi bir ehramda (məs...ümrə və ya həcc ehramında) bir neçə dəfə öz başını örtərsə, bir kəffarə onların hamısı üçün kifayətdir.
Məsələ 331. Əgər muhrim kişi başını tikilmiş bir papaqla örtərsə, ehtiyati-vacibə əsasən iki kəffarə verməlidir. Amma tikilmiş bir şeyi başına atmış olsa, bir kəffarə kifayətdir.
Çəkmə və corab geyinmək:
Məsələ 332. Muhrim kişiyə ayağının üstünü bütünlüklə örtən bir şeyi geyinmək (çəkmə və corab kimi) haramdır.
Məsələ 333. Ayağın üstünü bütünlüklə örtməyən və ya onun bir hissəsini örtən ayaqqabıları və ev ayaqqabısını geyinməyin işkalı yoxdur.
Məsələ 334. Corab, çəkmə və bu kimi şeyləri geyinmədən ayağın üstünü bütünlüklə örtməyin bir işkalı yoxdur. Məsələn, ehram paltarını və ya ədyalı və yaxud da başqa bir şeyi ayaqlarının üstünə atmasının eybi yoxdur.
Məsələ 335. Qadınlar üçün çəkmə, corab və bu kimi ayağın üstünü bütünlüklə örtən şeyləri geyinməyin işkalı yoxdur.
Corab və çəkmə geyinmənin kəffarəsi:
Məsələ 336. Çəkmə və bu kimi şeyləri geyinmənin kəffarəsi yoxdur.
Məsələ 337. Corab və bu kimi şeyləri geyinməyə görə bir qoyunun kəffarə verilməsi ehtiyata uyğundur.
Tikilmiş paltar geyinmək:
Məsələ 338. Muhrim bir kişi düyməli paltar geyinərsə və ya düymənin funksiyasına sahib bir şeyi olan paltarı əyninə keçirib onun düyməsini bağlayarsa, caiz deyildir.
Məsələ 339. Muhrim kişinin zirehi, yaxası və qolu olan paltarı geyinməsi və başının onun yaxasından, əllərini isə qol yerindən çıxarması caiz deyildir.
Məsələ 340. Muhrim kişinin şalvar və şalvar kimi övrəteyni örtən paltarı geyinməsi caiz deyildir. Lakin fitənin tapılmadığı hal istisnadır.
Məsələ 341. Ehtiyat-vacibə əsasən muhrim kişi köynək, qəba, palto və ərəb köynəkləri kimi xalqın arasında yayılmış paltarları geyinməkdən özünü qorumalıdır. Bu cür paltarların düyməli libaslar kimi geyinilməməsi hökmü dəyişmir.
Məsələ 342. Ehram paltarının yalnız çıxıntılarının (kənarlarının) tikili olmasının eybi yoxdur.
Məsələ 343. Kişinin ehram paltarının bir-birinə tikilmiş iki parçadan ibarət olmasının işkalı yoxdur, lakin ehram libasının belə olmaması ehtiyat-müstəhəbdir.
Tikilmiş həməyan (uzun toqqa):
Məsələ 344. Muhrim kişi üçün tikili olmasına baxmayaraq pul kisəsini (həməyanı) belinə bağlaması caizdir.
Məsələ 345. Tikilmiş çantanı və ya rəmy daşlarını daşıyan kisəni boyundan sallamağın işkalı yoxdur.
Yuxu örtüyü:
Məsələ 346. Muhrim üçün başından başqa bədəninin digər yerlərini yatdığı halda və yaxud digər hallarda yorğan və bu kimi tikili şeylərlə örtməsi caizdir.
Ayaqqabı və ya tikilmiş ev ayaqqabısı:
Məsələ 347. Ayağın üstünü bütünlüklə örtməyəcəyi təqdirdə tikilmiş ayaqqabı və ya ev ayaqqabısını geyinməyin işkalı yoxdur.
Ehram libasını düyünləmək:
Məsələ 348. Ehtiyat-vacibə əsasən muhrim kişi öz fitəsinə düyün vurmamalıdır və həmçinin onun bir hissəsinini digərinə düyünləməməlidir. Hətta ona bir iynə belə batırmamalıdır.
Məsələ 349. Ehtiyat-vacibə əsasən muhrim kişi rədasına düyün vurmamalıdır, lakin ona iynə batırmaq və ya bu kimi şeylər etmək işkalı yoxdur.
Məsələ 350. Qadın muhrimlərə istənilən keyfiyyətə malik tikili paltar geyinməyin işkalı yoxdur, lakin əlcək geyinmək onlara caiz deyildir.
Tikilmiş paltar geymənin kəffarəsi:
Məsələ 351.Əgər muhrim geyinilməsi haram olan paltarı əyninə keçirərsə, bir qoyun kəffarə verməlidir.
Məsələ 352. Əgər muhrim şəxs çarəsizlik üzündən geyinilməsi haram olan paltarı əyninə keçirərsə, ehtiyat-vacibə əsasən bir qoyun kəffarə verməlidir.
Məsələ 353. Əgər muhrim şəxs geyinilməsi haram olan paltarı bir neçı dəfə əyninə keçirərsə, hər dəfəyə görə həmin sayda kəffarə verməlidir. Həmçinin bir dəfədə bir neçə paltarı geyinərsə (məs...bir neçə paltarı bir-birinin içinə keçirib bir dəfədə əyninə geyinsə) və bu libasların növü fərqli olarsa, hər paltara görə kəffarə verməlidir. Paltarların növü eyni olduğu halda da ehtiyat-vacibə əsasən onların sayı qədər kəffarə verməlidir.
Qadınların üzünü örtməsi:
Məsələ 354. Muhrim qadının çadra, niqab, yelpik və bu kimi şeylərlə üzünü örtməsi caiz deyildir və ehtiyat-vacib budur ki,heç bir vasitə ilə üzünü örtməsin.
Məsələ 355. Ehtiyata əsasən qadının üzünün bir hissəsini örtməsi də caiz deyildir.
Məsələ 356. Aşağıdakı hallarda üzü örtmənin muhrim qadınlar üçün işkalı yoxdur:
* Əli ilə, lakin günəş işığından əli ilə üzünü örtməmək ehtiyat-müstəhəbdir.
* Yatdığı zaman
* Namaz zamanı başını kamil bağladığına əmin olmaq üçün üzünün kənarlarını örtmək icazəlidir. Lakin bu halda başında olan örtüyün üz tərəfini açmağın mümkün olmaması şərtdir. Əgər o miqdarı açmağı bacararsa, bu işi etməlidir.
* Naməhrəmdən üzünü bağlamaq qəsdi ilə bu cür örtərsə: başında olan çadra və ya başqa bir şeyi burnunun altına kimi örtən şəkildə üzünə atsın. Hətta boynuna kimi atarsa da işkalı yoxdur və ehtiyat-müstəhəb olmasına baxmayaraq bu örtüyü əli ilə və ya başqa bir vasitə ilə üzündən bir az aralıda saxlaması lazım deyildir.
Məsələ 357. Ehtiyat-vacibə əsasən muhrim olan qadın, üzü bütünlüklə və ya onun bir hissəsini örtdüyü üçün dəsmal və bu kimi şeylərdən üzünü qurutmaq zamanı istifadə etməməlidir.
Məsələ 358. Yatmaq üçün üzü balışa və bu kimi şeylərə qoymağın işkalı yoxdur.
Maskadan istifadə:
Məsələ 359. Üzün bir hissəsini örtdüyünə görə ağız və buruna maska taxmaq, ehtiyat-vacibə əsasən qadın muhrimlərə caiz deyildir. Üzün bəzi hissəsinin örtülməsi, ehtiyat-vacibə əsasən üzün bütünlüklə örtülməsi kimidir. Çarəsizlik halı isə istisnadır.
Məsələ 360. Muhrim kişinin maska taxması pis iydən burnunu tutmağa səbəb olmazsa və ya müəyyən qoxu ilə rastlaşdığı zaman onu çıxarmaq mümkün olmasa, işkalı yoxdur.
Eynəkdən istifadə:
Məsələ 361. Gözü və onun ətrafını örtdüyünə görə böyük tüstü eynəklərindən istifadə etmək, ehtiyat-vacibə əsasən qadın muhrimlərə caiz deyildir.
Məsələ 362. Ehtiyat-müstəhəbbə əsasən üzü örtmənin kəffarəsi bir qoyundur.
Məsələ 363. Əgər muhrim qadın bir ehramda (ümrə və ya həcdə) bir neçə dəfə üzünü örtərsə, bir kəffarə kifayətdir.
Məkkə Hərəminin haramları:
Məsələ 364. Məkkə şəhəri və onun ətrafında müəyyən olunmuş hüdudlara qədər əhatə olunan ərazi “Hərəm” adlanır. Hərəmin özünə məxsus hökmləri və ehtiramı vardır.
Məsələ 365. Hərəmin şimal tərəfdən sərhədi “Tənim” adlanan məkandır və qərb tərəfdən isə “Hudeybiyyə” və ya Şumeysi” adlanan ərazidir. Şərq tərəfdən “Ərəfatın” müqabilində yerləşən “Nəmirə” adlı yerdir və cənub-şərq tərəfdən də “Cəərane” adlanan məkandır. Cənub-qərb tərəfdən isə “Əzaəhu ləbən” isimli ərazidir.
Məsələ 366. İndiyə kimi sadalanmış və hökmləri bəyan olunmuş haramlar muhrimə məxsus işlər idi, lakin Hərəmə aid olan və “Hərəmin muhərramatı” adlanan bir neçə əməl də vardır ki, onları həyata keçirmək həm muhrimə, həm də muhrim olmayan şəxsə haramdır. Onlar aşağıdakılardan ibarətdir:
1) Səhra heyvanını ovlamaq
2) Hərəm ərazisində bitmiş ağac və ya başqa bir şeyi kəsmək (qoparmaq)və ya biçmək.
3) Hərəmdən kənarda cinayət törədib Hərəmə pənah gətirmiş şəxsə orada şəri hədd kəsmək və ya qisas almaq və ya təzir etmək (cəzalandırmaq).
Məsələ 367. Hərəmin ağac və ya bitkilərini kəsmək və ya qoparmağın haram olması bir neçə yerdə istisnadır və onlar aşağıdakılardır:
1) “İzxir” adlı bitkini kəsmək.
2) Xurma və ya meyvə ağacı.
3) İnsanın özünün əkdiyi ağacı və ya otu kəsməsi. İstər başqasının mülkündə əkmiş olsun, istərsə də öz mülkündə əksin, hökm eynidir.
4) İnsanın evində və mənzilində olan ot və ya ağacları kəsməsi, həmçinin insan həmin evdə məskunlaşandan sonra bitmiş şeyləri kəsməsi. Lakin orada məskunlaşmamışdan qabaq bitmiş olarsa, onları kəsmək və ya qoparmaq caiz deyildir.
Hərəmin bitki və ağacını kəsmək və ya qoparmaq kəffarəsi:
Məsələ 368. Hər ağacı qoparmağın kəffarəsi o ağacın qiyməti qədərdir və ondan bir hissəsini kəsməyin kəffarəsi isə o hissənin qiyməti miqdarındadır.
Məsələ 369. Hərəmin bitkisini qoparmaq və ya kəsməyin kəffarəsi yoxdur.
Günahkarı hərəmdə cəzalandırmaq:
Məsələ 370. Əgər bir şəxs Hərəmdən kənarda cinayət törədib Hərəmə pənah gətirərsə, ona hədd, qisas və ya təzir icra olunmur. Lakin ona su və ya xörək vermək caiz deyildir. Onu çarəsiz hala gətirib Hərəmdən çıxarmaq və cəzalandırmaq üçün onunla söhbət və alış-veriş olunmalıdır və yaxud da ona pənah və bir yer verilməlidir.
Hərəmdə tapılmış əşya:
Məsələ 371. Hərəmdə tapılmış əşyanı götürmək şiddətli məkruhdur və əgər bir kəs onu taparsa, vəzifəsi aşağıdakı qaydaya uyğundur:
a) Əgər sahibini tapıb ona çatdırmaq üçün bir əlaməti olmazsa: onun qiymətinin bir dirhəmdən çox və ya az olmasına baxmayaraq onu özünə götürə bilər.
b) Əgər sahibini tapıb ona çatdırmaq üçün bir əlaməti olarsa: məsələnin iki forması vardır:
1) Onun qiyməti bir dirhəmdən aşağı olsa: sahibini tapmaq üçün xalqa elan etməsi vacib deyildir, əksinə ehtiyat-vacibə əsasən onu sahibi tərəfindən sədəqə versin.
2) Onun qiyməti bir dirhəm ətrafı və ya ondan daha çoxdur: sahibini tapmaq üçün tam bir il boyunca elan etməsi vacibdir və əgər sahibi tapılmazsa, ehtiyat-vacibə əsasən onu sahibi tərəfindən sədəqə verin.
Mədinə Hərəminin haramları:
Məsələ 372. Məkkə Hərəmində qeyd olunan izahlara uyğun olaraq Mədinə Hərəmində də olan ağacları kəsmək caiz deyildir.
Məsələ 373. Ehtiyat-vacibə əsasən Mədinə Hərəmində də ov etmək hər bir halda caiz deyildir.
Məsələ 374. Mədinə Hərəminin sərhədləri Air dağlarından Vəir dağlarına kimi və Hirrə sənglaxasından (Vaqim) Hirrəyə (Leyli) qədərdir.
Hərəm və ehramın haramlarındakı kəffarənin əhkamı:
Məsələ 375. Əgər muhrim bir şəxs ehramın muhərramatından birini məsələni bilmədiyinə görə və ya unutqanlıq üzündən həyata keçirərsə, kəffarəsi yoxdur. Lakin aşağıdakı hallar istisnadır:
1) Ovu öldürmək və onun ətini yemək.
2) Səbəbi olmadan əlini başına və ya saqqalına çəkməklə bir və ya bir neçə tükün düşməsinə səbəb olsa.
3) Həccin və ya ümrənin təvafını unudub öz vətəninə qayıtsa və öz zövcəsi ilə yaxınlıq etdikdən sonra xəbərdar olsa (yadına düşsə).
4) Təməttö ümrəsində səyin bir miqdarını unutsa və əməlləri tamam etdiyi zənni ilə ehramdan çıxsa.
Kəffarə heyvanını kəsməyin yeri:
Məsələ 376. Müfrəd ümrənin ehramında vacib olmuş kəffarə heyvanını kəsməyin məkanı Məkkəyi-mükərrəmədir.
Məsələ 377. Həcdə və təməttö ümrəsinin ehramında ov etmək səbəbi ilə kəffarə heyvan vacib olarsa, onu kəsməyin məkanı Mina torpağıdır və ehtiyat-vacibə əsasən ehramın digər haramlarını da (kəffarələrini) Minada kəsməlidir.
Məsələ 378. Muhrim şəxs boynuna vacib olmuş kəffarəni (üzrlü və ya üzrsüz səbəbdən) qayıtdığı zamana kimi Məkkə və ya Minada kəsməzsə, sonradan istədiyi yerdə kəsməsi caizdir.
Kəffarələrin məsrəfi:
Məsələ 379. Muhrim şəxs boynuna vacib olmuş kəffarələri fəqirlərə və yoxsullara sədəqə verməlidir. Ehtiyat-vacibə əsasən kəffarə verən şəxs, o şeydən yeməməlidir və əgər yesə, ehtiyat-vacibə əsasən yediyi şeyin miqdarında fəqirlərə sədəqə versin.
Məsələ 380. Kəffarə kimi fəqirə verdiyi şeyin nə olduğunu ona bildirmək vacib deyildir, lakin başqa bir şey olduğunu demək də caiz deyildir.
Məsələ 381. Başqasının naibi kimi həcc və ümrə edən şəxsə kəffarə vacib olarsa, kəffarəni verdiyi zaman onun naibliyi niyyətini etməsi lazım deyildir, əksinə öz niyyəti ilə həyata keçirəcəkdir.
Məsələ 382. Həccin qurbanlığı[8]
üçün lazım olan şərtlər kəffarə kimi kəsilən heyvanda şərt deyildir, lakin o şərtlərə riayət etmək kəffarədə də ehtiyat-müstəhəbdir.
Hərəmə daxil olmanın müstəhəbləri:
Məsələ 383. Hərəmə daxil olan zaman bir neçə əməl müstəhəbdir:
1) Hərəmə çatdığı zaman piyada olsun və Hərəmə daxil olmaq üçün qusl etsin.
2) Hərəmə daxil olduğu zaman Allah qarşısında təvazö və bəndəlik üçün ayaqlarını çılpaq etsin və ayaqqablarını əlində tutaraq Hərəmə daxil olsun.
3) Hərəmə daxil olduğu zaman bu duanı oxusun: “Allahummə innəkə qultə fi kitabikə və qovlukəl-həqq: “ Və əzzin fin-nasi bil-həcci yətukə ricalən və əla kulli zamirin yətinə min kulli fəccin əmiq. Allahummə inni ərcu ən əkunə mimmən əcabə dəvətək, və qəd citu min şuqqətin bəidətin və fəccin əmiqin samiən linidaikə və mustəcibən ləkə mutiən liəmrikə və kulu zalikə bifəzlikə aləyyə və ihsanikə iləyyə, fələkəl-həmdu əla ma vəffəqtəni ləhubtəği bizalikəz-zulfətə indəkə vəl-qurbətə iləykə vəl-mənzilətə lədəyk vəl-məğfirətə lizunubi vət-tovbətə aləyyə minha bimənnik, Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd və hərrim bədəni əlan-nar və aminni min əzabikə və iqabikə birəhmətikə ya ərhəmər-rahimin”.
Məkkəyə daxil olmanın müstəhəbləri:
Məsələ 384. Məkkə şəhərinə daxil olmaq istəyən şəxsə aşağıdakı əməllər müstəhəbdir:
1) Məkkə şəhərinə daxil olmamış qusl etsin.
2) Vüqarla və aram halda daxil olsun.
3) Mədinədən gəldiyi zaman Məkkənin üst tərəfindən daxil olsun və getmək istədiyi zaman Məkkənin aşağı tərəfindən xaric olsun.
Məscidul-hərama daxil olmağın müstəhəbləri:
Məsələ 385. Məscidul-hərama daxil olan zaman aşağıdakı əməllər müstəhəbdir:
1) Ayaqyalın, vüqar və xüşu ilə aram halda daxil olsun.
2) Məscidul-hərama daxil olanda dayansın və desin:
“Əs-səlamu aləykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh, bismillahi və billahi və ma şaəllah, əs-səlamu əla ənbiyaillah və rusulih, əs-səlamu əla rəsulillah, əs-səlamu əla İbrahimə xəlilillah, vəl-həmdu lillahi rəbbil-aləmin”.
3) Məscidul-hərama daxil olub Kəbə ilə üzbəüz dayansın və əllərini göyə qaldırıb belə desin:
“ Allahummə inni əsəlukə fi məqami haza və fi əvvəli mənasiki ən təqbələ tövbəti və ən tətəcavəzə ən xətiəti və ən təzəə ənni vizri, Əl-həmdu lillahilləzi bəlləğəni bəytəhul-həram. Allahummə inni əşhədu ənnə haza bəytukəl-həram, əlləzi cəəltəhu məsabətən linnas və əmnən mubarəkən və hudən lil-aləmin. Allahummə inni əbdukə vəl-bələdə bələdukə vəl-beytu beytukə citu ətlubu rəhmətəkə və əummu taətəkə mutiən liəmrikə raziən biqədərik, əsəlukə məsələtəl-fəqiri iləykəl-xaifi liuqubətik, Allahummə əftəh li əbvabə rəhmətikə vəstəmilni bitaətikə və mərzatik”.
Başqa bir hədisdə gəlmişdir ki, Məscidul-həramın yanında dayansın və desin:
“Bismillahi və billahi və minəllahi və iləllah və ma şaəllah və əla milləti rəsulillah sallallahu aleyhi və alih, və xeyrul-əsmai lillah, vəl-həmdu lillahi vəs-səlamu əla rəsulillah, əs-səlamu əla Muhəmmədibni Əbdullah, əs-səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh, əs-səlamu əla ənbiyailillahi və rusulih, əs-səlamu əla xəlilillahir-rəhman, əs-səlamu aləl-mursəlin vəl-həmdu lillahi rəbbil-aləmin, əs-səlamu aləyna və əla ibadillahis-salihin. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd və barik əla Muhəmmədin və ali Muhəmməd vərhəm Muhəmmədən və alə Muhəmməd kəma salləytə və barəktə tərəhhəmtə əla İbrahimə və alə İbrahim, innəkə həmidun məcid. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd əbdikə və rəsulik. Allahummə salli əla İbrahimə xəlilikə və əla ənbiyaikə və rusulikə və səllim aləyhim və səlamun aləl-mursəlin vəl-həmdu lillahi rəbbil-aləmin. Allahummə əftəh li əbvabə rəhmətikə vəstəməlni fi taətikə və mərzatik, vəhfəzni bihifzil-imani əbədən məbqəytəni cəllə sənau vəchik, əl-həmdu lillahilləzi cəələni min vəfdihi və zuvvarihi və cəələni mimmən yəmuru məsacidəh, və cəələni mimmən yunacih, Allahummə inni əbdukə və zairukə fi beytikə və əla kulli mətiyyin həqqun limən ətahu vəzarəh, və əntə xəyrun mətiyyin və əkrəmu məzurin fəəsəlukə ya Allah ya Rəhman biənnəkə əntəllah la ilahə illa əntə vəhdəkə la şərikə ləkə biənnəkə vahidun əhədun samədun ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd və ənnə Muhəmmədən əbdukə və rəsulukə sallallahu aləyhi və əla əhli-beytih, ya Cəvadu ya Kərim ya Macidun ya Xəbbar ya Kərim, əsəlukə ən təcələ tuhfətəkə iyyayə biziyarəti iyyakə əvvələ şəyin tutiyəni fəkakə rəqəbəti minən-nar”.
Sonra 3 dəfə desin:
“ Allahummə fukkə rəqəbəti minən-nar”
Sonra deyilir:
“ Və əvsi aləyyə min rizqikəl-həlalət-tayyib vədrə ənni şərrə şəyatinil-cinni vəl-insi və şərrə fəsəqətil-ərəbi vəl-əcəm”
Həcərul-əsvədin müqabilinə çatdığı zaman belə deməsi müstəhəbdir:
“ Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən əbduhu və rəsuluh, Aməntu billahi və kəfərtu bil-cibti vət-tağuti vəl-lati vəl-uzzi və biibadətiş-şeytan və biibadəti kulli niddin yuda min dunillah”.
Sonra Həcərul-əsvədə tərəfə gedib onu istilam etsin və desin:
“ ƏL-həmdu lillahilləzi hədana lihaza və ma kunna linəhtədiyə ləv la ən hədanallahi subhənallah vəl-həmdu lillahi və la ilahə illəllah vəllahu əkbər, Allahu əkbəru min xəlqihi vəllahu əkbəru mimməxşa və əhzər, la ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul-mulku və ləhul-həmd yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun la yumitu biyədihil-xəyr və huvə əla kulli şəyin qadir”.
Peyğəmbər (s) və ailəsinə salavat göndərsin və Peyğımbərə (s) salam versin. Məscidul-hərama daxil olanda da salavat deyib salam versin və o vaxt desin: “ İnni uminnu bivədikə və ufi biəhdik”.
Səhih bir hədisdə İmam Sadiqdən (ə) belə gəlmişdir: “ Həcərul-əsvədə çatdığın zaman əllərini qaldır və həmd və ilahi səna et. Peyğəmbərə (s) salavat göndər və səndən qəbul etməsini aləmin rəbbindən istə. Sonra o daşı istilam et və onu öp, əgər öpmək mümkün olmazsa əlinlə onu istilam et və bu da mümkün olmazsa, ona işarə et və de:
“ Allahummə əmanəti əddəytuha və misaqi təahədtuhu litəşhədəli bil-muvafah, Allahummə təsdiqən bikitabikə və əla sunnəti nəbiyyikə səlavatukə aləyhi və alih, əşhədu ən la ilahə illəllah vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən əbduhu və rəsuluh, Aməntu billahi və kəfərtu bil-cibti vət-tağuti vəl-lati vəl-uzzi və ibadətiş-şeytani və ibadəti kulli niddin yuda min dunillah”
Əgər hamısını oxuya bilməsən, bir hissəsini oxu və de:
“ Allahummə iləykə bəsəttu yədi və fima indəkə əzumət rəğbəti, fəqbəl subhəti vəğfirli vərhəmni, Allahummə inni əuzu bikə minəl-kufri vəl-fəqri və məvaqifil-xizyə fid-dunya vəl-əxirah”.
[8] Həcc qurbanını şərtləri qarşıda gələcək.