ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

← ƏLAVƏLƏR

ŞƏRİ TERMİNLƏRİN İZAHI

A
Adil: Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam.
Axar su: Axar su o suya deyilir ki, yerdən coşub çıxsın və axmaqla hərəkətdə olsun. Yerdən çıxan çeşmə və kəhriz və s. kimi.
Az su: Kürr miqdarında olmayan, yerdən coşmayan və göydən yağmayan sulara (məsələn, kasa, kuzə, aftafa suyuna və bu kimi sulara), az su deyilir.
Amil: Əməl edən, çalışan; zəkatı toplama, bölmə və digər işlər tapşırılmış adam; cualə qərarına əməl edən şəxs.
Ariyə: Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək.
Asi: Üsyan edən, İlahi əmrlərə itaət etməyən.
Ayət namazı: Zəlzələ olduqda, Ay və Günəş tutulduqda və təbii hadisələr baş verərkən əksər camaat qorxarsa vacib olan iki rəkət namaz.

B


Baliğ : Həddi-buluğa çatmış oğlan və ya qız.
Batil: Düzgün olmayan, Allahın istədiyi kimi yerinə yetirilməyən bir əməl.
Bayram namazı: Fitr və Qurban bayramı günü xüsusi bir şəkildə qılınan iki rəkət namaz.
Bidət: Yeni bir şey; Dində olmayan və sonradan İlahi hökmlərə əlavə olunan yeni bir şey.
Birinci fəcr : Sübh azanına yaxın gündoğandan görünən aydınlıq.
Böyük hədəs: Qüslə səbəb olan hər şey, cima və heyz kimi.

V


Vacib: Görülməsi (yerinə yetirilməsi) lazım, tərk olunması isə İlahi əzaba səbəb olan əməldir (namaz, oruc və s. kimi).
Vacibi eyni: Hər bir şəxsin özünə (başqalarını nəzərə almadan) vacib olan əməldir (namaz, oruc, kimi).
Vacibi kifai: Hamıya vacib olan, amma bir, yaxud bir neçə nəfər yerinə yetirdikdə hamının öhdəsindən götürülən əməl (məsələn: meyyit namazı kimi).
Vacibi təxyiri: Bir neçə vacibdən, istədiyini görməkdə ixtiyar sahibidir.
Vacib qüsl: Yerinə yetirilməsi gərəkli olan qüsl.
Vacib qüsllər:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məss meyyit qüsü.
6. Meyyit qüslü.
7. Nəzr, and və başqa yollarla vacib olan qüsl.
Vədiə: Əmanət.
Vəhşət namazı: Ölən şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan iki rəkət namaz.
Vəqf: Malı öz istifadəsindən çıxarıb, onun mənfəətini bəzi fərdlərə və ya xeyir işlərə sərf etmək.
Varis: İrs aparan şəxs, ölən adamın malına şərən sahib olan şəxs.
Vəliyy: Şəri cəhətdən ixtiyar sahibi olan şəxs, ata, baba və şəri hakim kimi.
Vəsiy: Vəsiyyəti icra etməyə məsul olan şəxs, ölünün vəsiyyət etdiyi şəxs.
Vəsiyyət: İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyyələri.
Vətən: İnsanın özünə yaşamaq üçün seçdiyi yer.
Vədi: Bövl etdikdən sonra insandan çıxan su.
Vəkalət: Bir şəxsi, öz tərəfindən bir işi görməyə vəkil etmək.
Vəkil: Başqası üçün bir işi görən adam.
Vəzi: Bəzi vaxtlarda insandan məni gəldikdən sonra çıxan su.
Vitr namazı: Səkkiz rəkət gecə namazı və iki rəkət şəf namazından sonra qılınan bir rəkətlik namaz.

Q


Qəyyum: Başcı, sərpərəst.
Qəsb: Başqasının malını və ya haqqını zülümlə mənimsəmək, zorla almaq.
Qəsr: dörd rəkətli namazların səfərdə iki rəkətqılınması.
Qürbət qəsdi: Yəni bir işi Allah üçün görmək.
Qünut: Namazın 2-ci rəkətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr və dua oxumaq.
Qüsl: Qürbət qəsdilə bədəni xüsusi şəkildə yumaq.
Qiyam: Durmaq, namaz qılmaq
Quranın vacib səcdəsi: Qurani-Kərimdə 15 səcdə ayəsi vardır. Yəni insan o 15 ayəni oxuyarkən və ya eşidərkən dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 ayənin dördünün səcdəsi vacib, qalan on birinin səcdəsi müstəhəbdir.
Səcdəsi vacib olanlar:
1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə.
2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə.
3. 27-ci cüz, «Nəcm» surəsi, son ayə.
4. 30-cu cüz, «Ələq» surəsi, son ayə.
Səcdəsi müstəhəb olanlar:
1. 9-cu cüz, «Ə`raf» surəsi, 256 ayə.
2. 13-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə.
3. 14-cü cüz, «Nəhl» surəsi, 49-cu ayə.
4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə.
5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə.
6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə.
7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə.
8. 19-ci cüz, «Furqan» surəsi, 60-cı ayə.
9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə.
10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə.
11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə.

Ğ


Ğəşş: Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı, dəyəri yüksək olan bir malla məlum olmayacaq bir şəkildə qarışdırmaq.
Ğüsalə: Yaxantı, bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su.
Ğufeylə namazı: Məğrib namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması müstəhəb olan iki rəkətli xüsusi namaz.
Ğait: İfrazat.

D


Dinin zəruriyyəti: Dinin ən mühüm hökmləri (namaz və orucun vacibliyi kimi).
Diyə: Qan və ya insan bədənində aşkar edilən yaranın, üzvlərinin nöqsanlığının əvəzində ödənilən mal.

Ə


Ədalət: İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələkə.
Əhd: Öhdəyə alma, söz vermə. Yaxşı bir iş görmək, pis bir işi tərk etmək üçün xüsusi bir siğə ilə Allah-təala ilə əhd bağlamaq, Allah-təalaya söz vermək.
Əqdi-daim: Ömrünün sonuna kimi həyat yoldaşı ilə bərabər yaşamaq məqsədiylə qurulan evlənmə əlaqəsi.
Əqd: Bağlılıq, evlənmə bağlılığı.
Əcr tutmaq: Müqaviləyə əsasən gördüyü işin qarşısında haqqını alan şəxs.
Ə`ləm: Daha elimli.
Əhvət: Ehtiyata uyğun.
Əhli-kitab: Səmavi kitaba sahib olan peyğəmbərlərin ardıcılları. Yəhudi, Məsihi və Zərdüşti kimi.

E


Ehtiyat: Həqiqətə yetişdiyinə güvənə biləcək şəkildə əməl etmək.
Ehtiyat vacib: Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Ehtiyat-vacib və ehtiyat-lazım deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə bilər.
Ehtiyat lazım: Ehtiyat-vacib, edilməsi lazım olan ehtiyat.
Ehtiyat müstəhəb: Müctəhidin fətvasından kənar bir ehtiyat, yəni fətva ilə birlikdə olan ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir.
Ehtiyat namazı: Gündəlik namazların rəkətlərində şəkk edildiyi namazı tamamladıqdan sonra şəkk edilən rəkətləri kamil etmək üçün surəsiz qılınan namaz.
Ehtiyat tərk edilməsin: Bu termin müctəhidin fətva vermədiyi bir yerdə istifadə edildiyi zaman ehtiyat-vacib mənasındadır. Amma fətva verdiyi bir yerdə ehtiyatın çox yaxşı olduğu bildirilir.
Eyni nəcis: Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir və şərab kimi nəcis olan şeylərin əsli.

İ


İcarə: Bir malın və ya bir şəxsin işin mənfəətlərini müəyyən bir qiymətlə başqasının istifadəsinə vermək barədə bağlanan müqavilə.
İftar: Orucu açmağa deyilir.
İhtilam: İnsandan məni çıxması.
İqamət qəsdi: Yolçünün bir yerdə on gün qalmağa qərar verməsi.
İkinci fəcr: Birinci fəcrdən sonra uzununa görünən ağarma, sübh namazı o vaxtdan olaraq başlayır.
İmsaq: Bir şeydən çəkinmək.
İnşa qəsdi: Nikah, alqı-satqı və s. kimi mühüm işləri, bir sıra xüsusi kəlmələri dilə gətirməklə vücuda gətirməyi qəsd etmək.
İrtimasi-qüsl: Qüsl niyyətilə bir dəfə suya baş vurmaqla yerinə yeirilən qüsl.
İrtimasi dəstəmaz: Üzü və əlləri suya batırıb-çıxararkən dəstəmaz niyyəti edilərək alınan dəstəmaz.
İrs: Ölən bir şəxsdən varisinə qalan mal.
İstibra: Murdardan təmizlənməyə çalışmaq, bu söz üç yerdə istifadə olunur:
1. Bövldən istibra.
2. Mənidən istibra; belə ki, məni çıxdıqdan sonra məcrada məni zərərlərinin qalmadığına əmin olmaq üçün bövl etmək.
3. Nəcis yeməyə alışmış heyvanın istibrası; yəni nəcis yeyən heyvan, öz təbii yeməyinə alışana qədər insan nəcasətinı yeməkdən qorumaq.
İstihalə: Bir şeyin başqa bir şey sayılacaq qədər dəyişməsi; ağacın yanıb kül olması və ya itin bir duzluğa düşüb duza çevrilməsi.
İstihazə: Qadınların gördüyü üç növ qandan birinin adı.
İstimna: Məninin xaric olması üçün özü ilə hər hansı bir işi yerinə gətirmək.
İstisqa namazı: Yağış yağması üçün xüsusi bir şəkildə qılınan namaz.
İstitaət: Vacib həcci yerinə yetirməyə bədən, mal və yol baxımından qüvvəsi çatmaq; şəxsin boynuna həcc gəlməsi.
İbnus-səbil: Səfərdə xərclik pulu və yaşayış üçün lazım olan əşyaları olmayan, yarı yolda qalan musafirə deyilir.
İstifta: Fətva tələb etmə; Bir məsələ barədə onun şəri hökmünü ələ gətirməkdən ötrü müctəhiddən sual etmək.
İşkalı var: Yəni, ehtiyat-lazımın xilafınadır.
İmam cəmaat: Namazda iqtida olunan şəxs.

Z


Z`əf: Qüvvətsizlik, qüdrətsizlik, bir işi görməyə gücü çatmamaq.
Zamin: Təzminə məcbur olan və ya təzmin etməyi qəbul edən, kəfil.
Zərurət: Çarəsizlik, məcburluq.
Zəkat: İnsanın bəzi mallardan nisab həddinə yetişincə xüsusi yerlərdə məsrəf edilmək üçün ayırdığı miqdir.
Zəkat nisabı: Zəkatı vacib olan şeylərin hər birində təyin edilmiş miqdar.
Zimmət şərtləri: Müsəlman ölkəsində yaşayan kitab əhli olan kafirlərin İslam dövləti sayəsində can və mallarının hifz olunması üçün əməl etməli olduqları şərtlər.
Zimmi-kafir, Zimmə əhli: Müəyyən şərtlər daxilində İslam hökmətinin pənahında yaşamağa iltizamlı olan kitab əhli. (Yəhudilər və məsihilər kimi).
Zina: Kəbindənkənar əlaqə, bir-birinə haram olan kişi və qadının cinsi əlaqəyə girməsi.
Zira: Dirsəkdən barmaqların ucuna qədədər olanməsafədir.

Y


Yaisə: Heyz qanı görməyəcək yaşı yetişən qadın.
Yəqin: Doğru bilgi, yanlışlığına heç bir ehtimal olmayan məlumat.

K


Kafir:
1. Allahın varlığını inkar edən şəxs.
2. Allaha şərik qoşan şəxs.
3. Həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) nübüvvətini qəbul etməyən şəxs.
4. Yuxarıda qeyd etdiklərimizdən birində şəkk və şübhə edən şəxs.
5. Müsəlmanların zəruri yəni dinin bir parçası saydığı açıq, aydın hökmlərini inkar edən və İmamlara qarşı düşmənlik izhar edən xəvaric və nəvasib kimi şəxslər.
Kiçik hədəs: Dəstəmazı pozan şərtlər; bövl, ğait, yel xaric etmək, yatmaq, ağıl aparan şeylər, istihazə və qüslü lazım etməyən şeylər.

G


Gecə namazı: Gecə yarısından sonra iki rəkətli qılınan 8 rəkətli namaz.
Gündəlik nafilələr: Gündəlik müstəhəbb namazlar. Cümə günü 38, qalan günlərdə 34 rəkətdir.

L


Ləhv alətləri: Əyyaşlıq və digər əyləncə alətləri (saz, nağara və s.).

M


Mafiz-zimmə: İnsanın öhdəsinə aldığı şey.
Meyyitin malının əsli: Meyyitə məxsus olan üçdə biri çıxılmamış, vərəsələrin payı ayrılmamış mal.
Mutə: Daimi olmayan əqd ilə bağlanan nigah.
Muhtəzər: Can vermə vəziyyətində olan adam.
Mudd: Təqribən 750 qramdır. (Bir “sir” 74 qram, 10 “sir” bir mudd, yəni 750 qramdır.)
Murdar: Öz-özünə ölən və ya qeyri-İslami qaydada öldürülən heyvan.
Muvalat: Fasiləsiz, namazın bölmələrini ara vermədən fasiləsiz qılmaq.
Muzaf su: Müzaf su başqa bir şeydən alınan suya deyilir, məsələn, gülab, qarpız suyu, qora suyu və bu kimi sulara muzaf su deyilir. Habelə əgər şüşə qabda olan adi su əgər torpaq və bu kimi şeylərlə elə qarışsa ki, artıq ona su deyilməsə, o da muzaf sudur.
Mohrim: Həcc və umrə üçün ehram bağlayan şəxs.
Muhtərəm mallar: İslami qaydalar üzrə olub, sahibinin icazəsi olmadan başqalarına haram olan mallar.
Muzariə: Yer sahibi ilə əkinçinin arasında bağlanan anlaşma. Bu anlaşmaya görə məhsulun müəyyən miqdarı əkinçinin, qalanı isə torpaq sahibinin olur.
Müstəhəb: Görülməsi yaxşı, savabı olan, lakin tərk edilməsi İlahi əzaba səbəb olmayan əməldir (salam vermək, sədəqə s. kimi).
Müflis: Borcları mal-dövlətindən çox olduğuna görə cameuş-şərait müctəhid tərəfindən öz malında təsərrüf etməsi qadağan olunan şəxs.
Mürtədd: Əvvəlcə müsəlman olub müsəlmanlıqdan çıxaraq, Allahını, Peyğəmbərini inkar etmək mənasına gələn, zəruri din hökmlərindən birini inkar edən şəxs.
Müctəhid: Allahın hökmlərini anlamaqda ictihad dərəcəsinə yetişən, yəni Kitab (Quran) və sünnətdən İslami hökmləri çıxarmağa elmi gücü olan şəxs.
Müqəllid: Müctəhidə təqlid edən, onun sözlərinə baxan.
Müstəhəb: Yerinə yetirilsə savab, yetirilməsə əzabı olmayan şər`i hökm.
Müməyyiz: Yaxşı və pisi anlayan uşaq.
Mükəlləf : Həddi-buluğa yetişmiş ağıllı insan.
Müvəkkil: Özünə vəkil tutan.
Müşrik: Allaha şərik qoşan.
Mübah: Görülməsi və tərk edilməsi eyni dərəcədə olan əməldir. Onun savabı yoxdur İlahi əzaba da səbəb olmur.
Mübtədiə: İlk dəfə heyz qanı görən qadın.
Mütləq qürbət qəsdi: Şəriət sahibinin əmrini yerinə yetirmək qəsdi-istər vacib olsun, istərsə müstəhəb.
Mütləq su: Meyvə və ona bənzər şeylərdən əldə edilməyən və başqa bir şeylə qarışmayan, əgər qarışarsa su halətindən çıxmayan normal su.
Müstəhazə: İstihazə qanını görməkdə olan qadın.
Mütənəccis: Özlüyündə təmiz olan, lakin nəcis bir şeylə qarışaraq və ya nəcis şeyə dəyərək nəcis olan şey.
Müztəribə: Heyz qanı görməsi zamanı normal olmayan qadın.
Məsh: Bir şeyin üstünə əli sürtmək, dəstəmazda əlləri baş və ayaqların üzərinə çəkmək.
“Mən”: Çəki vahididir. Təqribən 3 kq-dır.
Məmum: Camaat namazında imam camaata iqtida edən şəxs.
Məzalim: İnsanın boynunda olan və sahibini tanımadığı, yaxud sahibini tapa bilmədiyi şeylər.
Məhrəm: Şəri cəhətdən insanın evlənməsi əbədi haram olan şəxslər.
Məzi: Qadınla oynaşarkən kişidən gələn su (bu məni deyil).
Məchulul-malik: Maliki məlum olmayan və itmiş şeyin hökmləri ona aid edilməyən şey.
Məzməzə: Suyu ağızda dolandırmaq.
Məhəlli-işkal: İradı var, onun səhih olması şübhəlidir. (Müqəllid bu kimi məsələlərdə başqa müctəhidə müraciət edə bilər).
Məhəlli təəmmül: Gərək ehtiyat edilsin. (Müqəllid bu kimi məsələlərdə başqa müctəhidə müraciət edə bilər).
Məkruh: Tərk edilməsi yaxşı və savablı, lakin görülməsi İlahi əzaba səbəb olmayan əməldir (yeməyi üfürmək, qaynar xörək yemək və s.kimi).
Milli mürtəd: Kafir ata və anadan dünyaya gələrək sonra İslamı qəbul edərək müsəlman olduqdan sonra İslamdan üz döndərənə deyilir.
Miskin: Fəqir, yoxsul, vəziyyəti fəqirdən də pis olan şəxs.
Misqal: 4,64 qramdır. (24 noxud bir misqaldır, deməli bir noxud misqalın 24-də biri qədərdir.)
Möhtəlim: Yuxu halında məninin insandan xaric olması.

N


Nəvasib:İmamlara (xüsusilə həzrət Əliyə (ələyhis-səlam)) qarşı nalayiq sözləri rəva bilənlər.
Nafilə: Müstəhəb namaz.
Nasiyə: Adət vaxtını unudan qadın.
Nəcis: Təmiz olmayan şey.
Nəfsa: Nifas qanı görməkdə olan qadın.
Nəfsi-muhtərəmə: Şərən qanı muhtərəm olan, halal olmayan şəxs, öldürülməsi caiz olmayan şəxs.
Nəzr: Xüsusi bir niyyətlə yaxşı bir işi görməyi və ya pis bir işi tərk etməyi özünə vacib etmək.
Nifas: Doğumdan sonra qadının bətnindən gələn qan.
Nigah: Evlənmək.
Nisab: Təyin edilmiş miqdar.
Nisa təvafı: (Qadın təvafı) Həcc və ümreyi-müfrədənin son təvafı. Bu təvafı tərk etmək təvaf edən üçün haramdır.

R


Rəbəvi borc: Artığı ilə ödənilməsi şərtilə verilən borc.
Rəcaən: Həqiqətə çatmaq ümidi ilə bir işi görmək.
Rəca qəsdilə: (Rəcaən) bir əməlin həqiqi hökmünü bilmədiyimiz təqdirdə onu həqiqətə oxşatmaq ümidilə etmək.
Rəhn: Borclu şəxsin borc aldığı miqdar əvəzində qoyduğu mal. Təyin edilmiş vaxtda borc qaytarılmasa, borc verən həmin maldan alacağı miqdar əvəzində istifadə edə bilər.
Rükn: Bir şeyin təməl dirəyi, ibadətlərin təməl üzvü.
Rüku: Namazda Allahın əzəməti qarşısında əllər dizə çatacaq qədər əyilmək.

S


Sa: Çəkisi üç kiloqram olan bir ölçü.
Səmən: Əmtəənin qiyməti.
Səcdeye-səhv: Namazda səhvən əmələ gələn yanlışlıqlar üçün namzdan sonra edilən səcdə.

T


Təqib: Namazdan sonra zikr, dua və Quran oxumaqla məşğul olmaq.
Təqlid: Müctəhidin fətvalarına əsasən əməl etmək.
Təlaq: Boşama, evlilik əlaqələrini xüsusi qaydalar üzrə pozmaq.
Təlaqi-bəin: Kişinin yenidən nigah etməmiş öz qadınının almağa haqqı olmayan təlaq.
Təlaqi-xuli: Ərinə meyli olmayan, öz mehrini və ya başqa bir malının ona bağışlayaraq boşanmaq istəyən qadının təlaqı.
Təlaqi-rici: İddəsi çıxmamış qadının ərinin yanına dönməsinə haqq verən təlaq.
Tərəxxüs həddi: Müsafirin öz vətənindən azan səsini eşitməyəcək və divarı görünməyəcək qədər uzaqlaşdığı məsafə.
Təvaf namazı: Həcc və ümrə mərasimlərində Beytullahul-həramı təvaf etdikdən sonra qılınan iki rəkət namaz.
Təharət: Lüğətdə təmizlik mənasını daşıyır, şəriətdə isə dəstəmaz, qüsl və ya təyəmmüm vasitəsi ilə insanda hasil olan mənəvi vəziyyət. İbadətlərin yerinəyetirilməsi üçün təharətin hasil olması lazımdır.
Təkbirətul-ehram: Namaza başlamaq məqsədilə söylənən «Əllahu-əkbər».
Təlqih: Kişinin nütfəsini (spermasını) hər hansı vasitə ilə qadının rəhminə daxil etmək.
Tərtibi qüsl: Qüsl niyyəti ilə əvvəlcə baş və boynunu, sonra sağ tərəfi, daha sonra sol tərəfi yumaq.
Tərtibi dəstəmaz: Dəstəmaz niyyətilə suyu əvvəl üzə sonra sağ qola sonra sol qola töküb yuduqdan sonra başa məsh edib sonra sağ ayaq daha sonra sol ayağa məs etməklə alınan dəstəmaz.
Təsəttür : Özünü örtmək, örtünmək, İslami geyimə əməl etmək.
Təşrih: Ölülərin bədənini tibbi və digər məlumatlar əldə etmək məqsədilə kəsmək.
Təzkiyə edilmiş: Şəri göstərişlərə əsasən kəsilən heyvan.
Təsərrüf etmək: İxtiyarına keçirmək, alıb satmaq, hədiyyə etmək, ümumiyyətlə hər növ istifadə nəzərdə tutulur.

Ü


Ümrə: Allahın evini ziyarət etmək. Beytullahda yerinə yetirilməli olan bəzi əməllər. Ümrə müəyyən şərtlər daxilində hər mükəlləfə ömründə bir dəfə vacib olur. Ümrə, iki qismdir:
1. Təməttö ümrəsi: Təməttö ümrəsi həccindən sonra və ya həccsiz yerinə yetirilir.
2. Mufrədə ümrəsi: Qiran və ifrad həccindən sonra və ya həccsiz yerinə yetirilir.
Bu iki qismin keyfiyyətinə və fərqlərinə «Həcc əhkamları» bölməsində baxın.
Ücrətul-misl: Bir şeyin, yaxud işin camaat arasında mövcud olan haqqı; Bunun icarədə və sairdə müəyyən olunan miqdarından az, yaxud çox və ya bərabər olması mümkündür.

F


Fəqir: Möhtac, ehtiyacı olan, özünün və ailəsinin illik dolanışığına sahib olmayan şəxs.
Fətva: Şəri məsələlərdə müctəhidin nəzəri.
Fəcr: Sübhə yaxın Günəş doğmamışdan əvvəl üfüqün gündoğan tərəfdən görünən ağartı, dan yerinin ağarması.
Fəcri-kazib: Birinci fəcr, sübh azanına yaxın şərqdə, dik şəkildə görünən ağartı.
Fəcri-sədiq: İkinci fəcr, 1-ci fəcrdən sonra üfüq boyu görünən ağartı, sübh azanının vaxtı.
Fərc: Qadının cinsiyyət üzvü.
Füzuli əqd: Malikin icazəsi olmadan baş verən və səhihliyi sonrakı razılıqla şərtlənən muamilə, yaxud əqddir.
Fitr bayramı: Mübarək Ramazan bayramı, Şəvval ayının ilk günü.
Fitrə: Fitrə sədəqəsi; Fitr bayramı günündə bayram münasibətilə fəqirlərə verilməsi və ya zəkatın məsrəf ediləcək yerlərində xərclənməsi lazım olan 3 kq buğda, arpa, xurma, düyü və ya qarğıdalı kimi, yeyiləcək qida və yaxud onlardan birinin miqdarında pul.
Fitri mürtədd: Müsəlman atadan və ya müsəlman anadan yaxud da müsəlman ata-anadan doğulan və sonradan kafir olan şəxs.
Fi səbilillah: Allahı yolunda görülən iş, məscid, körpü, yol tikmək kimi müsəlmanların hamısının faydalanacağı iş.

X


Xatircəmlik: Düzlüyü güclü nəzərə çarpan və əqlən xilaf ehtimalı da verilməyən.
Xüms: Beşdə bir. Xüsusi yerlərdə məsrəf edilməsi lazım olan yeddi şeyin (qazanc, mədən, xəzinə və s…) beşdə biri.
Xovf (qorxu) namazı: Döyüş və buna bənzər hallarda xüsusi bir şəkildə qılınan gündəlik namaz.

H


Hakimi-şəri: İslam hökmlərini icra etmək məqamında olan müctəhid və ya onun naibi, başqa sözlə, İslami ölçülərə görə hökmü keçərli olan müctəhid və ya naibi.
Haram: Tərk edilməsi lazım, görülməsi isə İlahi əzaba səbəb olan əməldir; (məsələn: yalan danışmaq, zülm etmək və s. kimi.)
Hərəc: Adətən dözüləsi mümkün olmayan çətinlik.
Hərbi kafir: Müsəlmanlarla döyüş halında olan kafir.
Həcce-Beytullah: Hərəmi (Kəbəni) ziyarət etmək və bir sıra xüsusi əməlləri yerinə yetirmək.
Həcce-niyabəti: Allah evinin başqası tərəfindən ziyarət olunması və onun əməllərinin yerinə yetirilməsi.
Heyz: Aybaşı olan qadın.
Hisbi şeylər: Adil bir müctəhidin və ya onun naibinin baxması lazım gələn işlər (yetimlərin mallarına baxmaq).
Hənut: Ölünün yeddi əzasına (alnına, əllərinin içinə, dizlərinin gözünə və ayaq baş barmaqlarının ucuna) kafur sürtmək.

C


Cameüş-şərait müctəhid: Mərcəi-təqlid olmaq üçün lazım olan bütün şərtlərə malik olan şəxs.
Cahil: Bilməyən (şəri hökmlərindən xəbərsiz).
Cahili-Qasir (günahsız cahil): Bilmədiyinə görə günahı olmayan cahil, yəni Allahın hökmünü öyrənməyə imkanı olmayan və yaxud özünü cahil bilməyən şəxs.
Cahili-müqəssir: Bilmədiyinə görə günahı olan cahil, yəni məsələləri öyrənməyə imkanı olduğu halda, tənbəllik edib öyrənməyən adam.
Cəbirə: Yara, çiban və bu kimi şeylərin üzərinə sürtülən dərman və ya onların üzərinə bağlanan parça, sarğı.
Cəbirəli qüsl: Bədən üzvlərində yara, çiban və bu kimi şeylər olduğu halda verilən qüsl.
Cəbirəli təyəmmüm: Təyəmmüm üzvlərində yara, çiban və bu kimi şeylər olduğu təqdirdə edilən təyəmmüm.
Cəllal: İnsan ğaitini yeməyə adət edən heyvan.
Cəm kəffarəsi: Üç kəffarənin cəmi (60 gün oruc tutmaq, 60 fəqiri doydurmaq və bir qulu azad etmək).
Cənabət: Cünub olma halı. Bir şəxsdən məni çıxması və ya biri ilə cinsi əlaqədən sonrakı hal.
Cima: Cinsi əlaqə.
Cualə: «Kim mənə filan işi görərsə, ona müəyyən bir şey verəcəyəm» deyə bildirilən qərar. Bu qərarı bildirənə «cail», ona əməl edənə «amil» deyilir.
Cümə namazı: Cümə günü günorta vaxtı günorta namazı əvəzinə ən azı 5 nəfərdən ibarət camaatla qılınan iki rəkət namaz.

Ş


Şaxis: Günorta vaxtını təyin etmək üçün yerə sancılmış ağac və s.
Şərtləri haiz müctəhid: Təqlid mərcəi ola bilmə şərtlərinə sahib olan müctəhid.
Şəri fərsəx: Təqribən 5,5 km.
Şəri hakim: Şəri cəhətdən hökm vermək səlahiyyətinə malik olan müctəhid.
Şəfi namazı: Səkkiz rəkət gecə namazlarından sonra qılınan iki rəkət müstəhəb namaz.
Şəkk: Şübhə, tərəddüd.
Şəri zibh: Heyvanları İslam göstərişlərinə əsasən kəsmək.
Şükr səcdəsi: Allah-təalaya verdiyi nemətlər müqabilində şükr məqsədilə alnı yerə qoymaq.

← ƏLAVƏLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français