ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

ŞƏRİ TERMİNLƏRİN İZAHI → ← İRSİN HÖKMLƏRİ

ƏLAVƏLƏR

İslami ölkələrdə banklar üç növdür:
1-Xüsusi banklar. Sərmayəsi bir və ya bir neçə şəxsin sərmayə qoyması ilə təşkil olunur.
2-Dövlət bankları. Sərmayəsi dövlət malından təşkil olunur.
3-Müştərək banklar. Sərmayəsi həm dövlət, həm də xüsusi sərmayədən təşkil olunur.
Məsələ 1: Xüsusi banklardan borc edilən məbləğdən artıqlaması ilə verilməsi şərti ilə borc almaq riba və haramdır. Əgər bir şəxs bu qaydada borc alarsa, borcun özü səhih, şərt isə batildir. Şərtə əməl etmək adı ilə əlavə məbləğ almaq, yaxud vermək haramdır.
Ribadan qurtarmaq üçün müəyyən yollar qeyd edilib, onlar aşağıdakılardan ibarətdir:
1-Borc alan şəxs bankdan, yaxud onun vəkilindən müəyyən bir malı həqiqi qiymətindən on, yaxud iyirmi faiz artıqlaması ilə alır, yaxud hər hansı bir malı onun həqiqi qiymətindən az qiymətə banka satır və müamilə əsnasında şərt edilir ki, bank iki tərəfin razılaşdığı məbləği müəyyən bir müddətdə ona borc versin. Belə vəziyyətdə deyirlər ki, bankdan borc götürmək caizdir və riba deyildir.
Lakin bu məsələ işkalsız deyildir və ehtiyat-vacib budur ki, ondan çəkinilsin. Həmin məsələ hibə, icarə və sülhdə də borc vermək şərti ilə caridir.
Əgər bir kəs bir mühabati müamilədə (həqiqi qiymətindən az qiymətə satmaq, yaxud ondan artıq qiymətə almaq) onun borcunu ödəməkdə möhlət verilməsini şərt edərsə də hökm eynidir.
2-Borcu alverə çevirsinlər. Məsələn, bank müəyyən bir məbləği, misal üçün min manatı, min iki yüz manata nisyə olaraq iki aylığa satır. Bu cür hallarda borc verməyin həqiqəti ribalı olmadığına baxmayaraq, müamilənin səhih olması işkallıdır.

Əlbəttə, bank müəyyən bir məbləği, məsələn min manatı, iki aylıq nisyə olaraq borc götürənə sata bilər və onun sonradan əldə edəcəyi
qiymətini də başqa puldan min iki yüz manata, özü də onun bir puldan başqa pula çevrilməsinə sərf etdiyi əmək müqabilində verə bilər. O müddətdən sonra bank ondan borc alan şəxsdən təyin olunmuş pulu, yaxud onun manatla olan əvəzini ala bilər ki, öz cinsindən başqası olsun və haram riba lazım gəlməsin.
3-Bank müəyyən bir malı müəyyən məbləğə, misal üçün, min iki yüz manatı nisyə olaraq müştəriyə satır və sonra həmin məbləği nağd olaraq ondan az qiymətə, məsələn min manata alır.
Bu formada olan müamilə də, birinci müamilədə bank malı yenidən nağd olaraq onun nisyə qiymətindən az qiymətə aldığı halda, yaxud müqavilədən əvvəl şərt etdikləri və müqaviləni onun əsasında qurduqları halda səhih deyildir. Lakin əgər belə bir şərt qoyulmamış olarsa işkalı yoxdur.
Qeyd etmək lazımdır ki, bu kimi yollar düz olsalar da, bank müamilələrində əsaslı bir hədəfi gerçəkləşdirmir. O da bundan ibarətdir ki, bank müəyyən olunmuş vaxtda borcun qaytarılması mümkün olmadıqda daha artıq pulu öz haqqının təxirə salınmasına görə tələb edə bilər. Çünki borclunun öz borcunu ödəməyi təxirə saldığı halda əlavə qazanc alınması haram ribadır. Hətta onu əqd əsnasında şərt kimi qoymuş olsalar belə.
Məsələ 2: Dövlət banklarından əlavə qazanc ödəməklə borc götürmək icazəli deyildir. Çünki bu ribadır və onda rəhn qoyub-qoymamaq arasında heç bir fərq yoxdur. Əgər bir şəxs bu şərtlərlə dövlət banklarından borc götürərsə, onun həm borcu, həm də şərti batildir. Çünki bank öz əlində olan malların sahibi deyildir ki, onu borc alanın mülkiyyətinə keçirə bilsin.
Bu işkaldan xilas olmaq üçün borc alan şəxs nəzərdə tutduğu məbləği bankdan məchulul-malik adı ilə şəriət hakiminin (Mərcəi-təqlid) icazəsi ilə götürə bilər. Onlardan istifadə etməyin ixtiyarı şəriət hakiminin əlindədir. Bu icazəni biz bütün möminlərə vermişik və bu icazəmiz kifayət edər. Möminlərin niyyəti şəriət hakimindən artıq ödəmə şərti olmadan borc almaq olsun. Baxmayaraq ki, qanuna əsasən götürülən pulun miqdarı və onun artıq qazancını banka verilməsinin lazımlığını bilsinlər.
Məsələ 3: Özəl banklara borc vermək mənasını daşıyan əmanət qoymaq əlavə qazanc şərt olunmasa, hətta ona əlavə qazancın veriləcəyini bilsə də caizdir. Şərt etməməkdə məqsəd bu deyil ki, insanın qəlbən niyyəti bankın əlavə qazanc vermədiyi halda qazanc tələb etmək olmasın. Çünki ola bilər ki, insan bir şeyi tələb etməyi nəzərdə tutmasın, amma şərt etsin. Eləcə də tələb etməyi nəzərdə tutmasın, amma şərt də etməsin. Əksinə, şərt etməməkdə məqsəd odur ki, əmanəti bankın əlavə qazanc verməsinə iltizamlı olacağını şərt etməsin.
Məsələ 4: Xüsusi banklarda, onlara borc vermək mənasında olan əmanət qoyuluşu əlavə qazanc şərti ilə icazəli deyildir. Əgər bir kəs belə eləsə əmanət qoymağın özü səhih, lakin şərt batildir. Əgər bank əlavə qazancı ödəyərsə, o, onlara malik olmaz. Amma bank sahiblərinin, hətta şərən malik olmadıqlarını bildiyi halda onun bu qazancda təsərrüf etmələrinə razı olduqlarına xatircəm olsa, onun təsərrüf etməsinin işkalı yoxdur və əksər hallarda da belə olur.
Məsələ 5: Dövlət banklarında onlara borc vermək mənasında olan əmanət qoyuluşu qazanc almağın şərt edilməsi ilə icazəli deyildir və o qazanc ribadır. Hətta bu kimi banklara pul qoymaq, hərçənd qazanc almamaqla olsa belə, şərən malın tələf edilməsi sayılır. Çünki bankdan sonradan alacağı şeylər bankın malı deyil, əksinə məchulul-malikdən sayılır. Buna əsasən, şəxsin il boyu əldə etdiyi qazanc və faydaların dövlət banklarına onun xümsünü vermədən qoyulması müşküldür (işkallıdır). Çünki onun bu mal-dövlətdən öz xərcləri üçün təsərrüf edilməsinin icazəsi vardır və onu tələf etməyə icazə verilmir. Əgər onu tələf edərsə, onun xümsünü sahiblərinə zamindir. Əlbəttə bu o haldadır ki, əmanət qoymaq şərit hakiminin icazəsi olmadan olsun. Amma şəriət hakimi əmanət qoymağı bir şəxsə icazə versə və bank sisteminə, əmanəti bankda mövcud olan əmvaldan ödəməsinə icazə versə, əmanət qoymaq şəri irad tapmır. Necə ki, əmanət qoyanın şərt qoyulmamış sudu alması və onun yarsını öz şəxsi işləri, digərini isə müstəhəq və fəqir şəxslərə sədəqə verməsi caizdir. Bütün möminlərin bizim tərəfdən əmanət qoyub əlavə qazanc alaraq qeyd olunan surətdə istifadə etməyə icazələri var.
Məsələ 6: Qeyd olunan hallarda banklara sabit əmanətlə pul qoymaqda (ki, müddəti vardır və bankın onu daim olaraq pul qoyan şəxsin ixtiyarına qoymasına iltizamlı deyil) cari hesablar arasında (bank onu pul qoyan şəxsin ixtiyarına verməyə iltizamlıdır) heç bir fərq yoxdur.
Məsələ 7: Qeyd olunan hallarda müştərək banklar da dövlət bankları hökmündədir və onda mövcud olan mal-dövlətlər məchulul-malik hökmündədir. Şəriət hakiminə müraciət etmədən onlardan istifadə etmək icazəli deyildir.
Məsələ 8: Xüsusi və dövlət banklarından borc almaq və ora pul qoymaq barəsində qeyd olunanlar İslam dövlət bankları ilə əlaqədar idi. Lakin əlavə qazanc əldə etmək məqsədi ilə sərmayələri, mal-dövlətləri möhtərəm sayılmayan kafirlərə məxsus olan banklarda qoymaq caizdir istər bu banklar xüsusi olsun, istər dövlət, istərsə də müştərək. Çünki onlardan riba almaq caizdir. Lakin onlardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.

2 -
Kreditlər

Kredit iki növdür:
1-İdxalat üçün olan kreditlər.
Xarici malları ölkəyə daxil etmək istəyən şəxs banka müraciət edərək kredit götürmək istəyir (kredit götürməsi üçün sənəd verir). Nəticədə bank ona iltizam verir ki, ölkəyə gətirilən xarici əmtəələrin sənədlərini kredit sahiblərinə təhvil versin və onun məbləğini əmtəəni ixrac edən şəxsin hesabına köçürsün.
Malı ixrac edənlə müamilə yazışma, yaxud ölkədə mövcud olan vəkilə müraciət etməklə tamam olduqdan, eləcə də əmtəələrin keyfiyyət və kəmiyyətini bəyan edən listi aldıqdan, əmtəənin qiymətinin bir hissəsini bankın hesabına köçürdükdən sonra nəhayət bank sənədləri təhvil alır və əmtəələrin məbləğini satıcıya göndərir.
2-İxracat üçün kredit.
Bunun yuxarıdakı kreditlə yalnız adda fərqi vardır. O da bundan ibarətdir ki, əmtəəni ölkədən xaricə ixrac etmək istəyir. Xarici alıcı onunla rabitə yaratmaq üçün bankda kredit götürmək üçün sənəd açır ki, onun əsasında bank əmtəənin sənədlərini alıcıya təhvil versin və onun məbləğini yuxarıdakı mərhələləri keçdikdən sonra malı ixrac edənə verir.
Bu iki növ kreditin nəticəsində həqiqətdə heç bir fərq yoxdur; kredit istər idxal üçün olsun, istərsə də ixrac üçün və bankın müştərinin borcunu ödəmək barəsində verdiyi iltizamdan, yəni alınmış əmtəələrin qiymətini satıcıya və onun sənədlərini isə müştəriyə vermək haqda iltizamından ibarətdir.
Əlbəttə bir növ kredit da mövcuddur. Belə ki, əmtəə ixrac edən şəxs əmtəələrin keyfiyyət və kəmiyyətini göstərən bir siyahını, idxal edən şəxslə heç bir müamilə baş vermədən banka, yaxud onu ölkə daxilindəki şöbəsinə göndərir, bank da öz növbəsində o listi ehtimal verilən alıcılara göndərir. O şəxs listə qeyd olunan əmtəələri almaq istəyirsə, bankdan kredit götürməsi üçün sənəd verir və bank da əmtəələrin sənədlərini təhvil verib pulunu alır.
Məsələ 9: Zahirən yuxarıda qeyd olunan kredit növlərinin hamısının banklarda açılması və bu işlərin banklar tərəfindən köçürülməsi caizdir.
Məsələ 10: Bank kredit sahibindən iki cür qazanc əldə edir:
1-Bankla əlaqədar xidmətlərdən əldə edilən qazanclar. Məsələn, borcun ödənilməsinə dair verdiyi iltizam, əmtəəni ixrac edənlə rabitə yaratmaq və onun sənədlərini alıb alıcıya təhvil verməsi və bu kimi xidmətlər.
Bu cür qazanc əldə etmək caizdir, çünki cüalə əqdi sırasında yerləşir. Yəni kredit sahibi müəyyən bir məbləği etdiyi xidmətlər müqabilində bank üçün təyin edir. Həmçinin onu səhih olma şərtlərinə malik olduqda icarə əqdində də daxil etmək olar.
2-Bank malın qiymətini müştərinin hesabından deyil, öz malından ödəyir və müəyyən müddətə qədər müştərinin onu tələb etməməsi müqabilində ödəmiş olduğu məbləğin cəmindən müəyyən faizi qazanc kimi əldə edir.
Borc əqdi ilə mülkiyyətinə keçib riba hasil olan pulu bank kredit sahibinə borc vermir. Bu cür qazanc əldə etməyi səhih hesab etmək deyilməyib. Əksinə, bank müştərinin istəyi ilə onun borcunu başqasına ödəyir. Buna əsasən itlaf (tələf etmə) qanununa müvafiq olaraq kredit sahibinin zəmanəti qəramət zəmanətidir. Bu, qazanc alınması haram olan borc zəmanəti deyil.
Aydındır ki, kredit sahibi yalnız özünün banka olan borcunun əslinə zamindir. Deməli, bank tərəfindən onun ödənməsi üçün möhlət verilməsi müqabilində müəyyən qədər qazanc alınması haram ribadır.
Əlbəttə, əgər kredit sahibi bank tərəfindən borcun ödənilməsi müqabilində borcun əslini və onun müddətli olan qazancını, misal üçün iki aya, cüalə ünvanı ilə qərar verərsə, bu əqd cüalə müqaviləsinə daxil olacaqdır. Bu surətdə onun səhih olması dəlilsiz (əsassız) deyildir.
Həmçinin bu müamilənin ribalı olmasından qurtarmaq və qazanca səhihlik vermək üçün onu alver əqdinə daxil etmək olar. Çünki bank malın qiymətini xarici pul dəyərində onu ixrac edən şəxsə ödəyir. Həmin miqdar xarici pulu da müştərinin zimməsində ölkədə yayılmış pul məbləğinə sata bilər ki, o pulun müadili (bərabəri) və qazancı nəzərdə tutulmuş olsun. Verilən və alınan cinslərin müxtəlif olduğuna görə heç bir işkalı yoxdur.
Yuxarıda qeyd olunan halların hamısı hesab tərəfi olan bankın xüsusi olduğu yerdədir. Amma dövlət, yaxud müştərək bank olarsa, borc istəyən kredit məchulul-malik malından ödədiyinə görə şəxsən özü banka borclu olmur. Buna görə də borcun əslini onun qazancı ilə yanaşı ödəməyə dair iltizam vermək haram riba qəbilindən sayılmır.

3 -
Əmtəənin saxlanması

Bəzi vaxtlar bank malın ixrac edəndən idxal edənə çatdırılmasında bir vasitə olur və onu idxal edənin hesabına saxlayır. Belə ki, idxal edənlə ixrac edən arasında müqavilə bağlandıqdan, malın qiyməti ödəndikdən və qəbz alındıqdan sonra bank onun sənədlərini idxal edən şəxs üçün göndərir və onu malın çatmasından xəbərdar edir. İdxal edən şəxsin malı təhvil almaqda təxirə yol verdiyi zaman onu həmin şəxsin tərəfindən saxlayır və onun müqabilində müəyyən ücrət alır. Həmçinin malı ixrac edən şəxs də idxal edən şəxslə heç bir müqavilə bağlamadığı halda bank üçün müəyyən mal göndərir. Bank malın göndərildiyi siyahını ehtimal verilən alıcı üçün göndərir. Əgər onlar malı almasalar, onu saxlaması müqabilində ixrac edən şəxsdən müəyyən qədər ücrət ala bilər.
Məsələ 11: Əgər malın saxlanması bankın qazancından ixrac edən, yaxud idxal edən şəxsin istəyi ilə olsa və ya müqavilə əsnasında şərt edilmiş olsa, hətta bu şərt deyilməmiş olsa və zehnlərdə olsa belə bank üçün o malları saxlamaq müqabilində ücrət almaq caizdir, əks halda bir şey tələb etməyə haqqı yoxdur.

4 -
Tərk olunmuş mallarin satılması

Bəzən mal sahibləri bankı malın varlığından xəbərdar etdikdən sonra onu təhvil almaq və banka ücrət verməkdən çəkinirlər. Bank həmin malı satır və onun qiymətindən öz haqqını götürür.
Məsələ 12: Yuxarıda qeyd olunan halda bank üçün malı satmaq, başqaları üçün isə onu almaq caizdir. Çünki aşkar şəkildə deyilmiş, yaxud zehnlərdə məlum olan şərtin tələbinə görə bu kimi hallarda mal sahibləri öz malını təhvil alaraq bankın haqqını verməklə əlaqədar şərti pozduqda bank onların tərəfindən həmin malı satmağa vəkildir. Əgər onun satışı icazəlidirsə, alınması da icazəlidir.

5 -
Bank zəmanəti

Bəzən bir, ya bir neçə şəxs müştərək olaraq dövlət, ya qeyri-dövlət mərcəyi müqabilində razılaşırlar ki, müəyyən bir layihəni işləsinlər. Məsələn, müəyyən bir mədrəsə, yaxud poliklinika, yaxud körpü tiksinlər. Belə hallarda bəzən elə olur ki, kimin üçün iltizam verilibsə, iltizam verən şəxsdən istəyir ki, bu layihənin icra olunmasına müəyyən zəmanət versin. Onun təyin olunmuş zamanda icra olunmadığı təqdirdə dəyən xəsarətləri ödəsin. Öz verdiyi iltizama riayət edəcəyinə əmin olmaq üçün iltizam verən şəxsdən bu barədə bir zamin də istəyir. Belə olan hallarda iltizam verən şəxs banka müraciət edir ki, zamin olmaq barəsində sənəd versin və onun əsnasında zamin olsun ki, iltizam verən şəxsin qərara alınmış möhlət zamanında icra etmədiyi və təyin olunan xəsarəti ödəmədiyi təqdirdə, bank o xəsarətləri ödəməyə zamin olur.
Məsələ 13: Bankın iltizam verən şəxsin layihəni icra etməkdən, yaxud dəyən xəsarəti ödəməkdən boyun qaçırdığı surətdə layihə sahibinə istədiyi müəyyən bir məbləği verməsi əsasında olan iltizamı bir növ mali kəfalətdir (bu, müamilə bölmələrində deyilən terminoloji-zəmanətin müqabilindədir; belə ki, bir şəxs üzərində haqqı olan başqa şəxsi çağırmaqla əlaqədar iltizam verir).
Zəmanətin zamin olmaqla fərqi bundan ibarətdir ki, zəmanətdə zamin duran şəxsin zimməsi zəmanət verilən malın zamin olunmuş şəxsin xeyrinə təhvil verilməsi əsasında məşğul olur. Əgər ona əməl etmədən ölərsə, ondan qalan mal bölüşdürülməmişdən əvvəl ondan götürülür və ödənilir. Amma bu cür zəmanətdə zamin borclu deyil. Bəlkə vacibdir onu ödəsin. Əksinə onu ödəməsə və vəsiyyət də etməsə, ondan qalan maldan götürə bilməzlər.
Bu zəmanət müqaviləsində “təklif” və “qəbul” olmalıdır və onun “təklif”i iltizamı göstərən hər bir sözlə olsa, icra olunur və qəbul da razılığı bildirən hər bir sözlə olsa düzgündür. Bu müqavilə iltizama dəlalət edən hər bir yazı və ya əməllə olsa da yerinə yetirilər.
Məsələ 14: Bank üçün layihənin icra olunması əsasındakı kəfalət müqabilində verdiyi iltizamdan müəyyən muzd alması caizdir və bu müqaviləni cüalə qəbilindən hesab etmək olar. Belə ki, iltizam verən şəxs bankın kəfil olması müqabilində onun üçün bir cüalə təyin edir və bu halda bank üçün həmin məbləği alması halaldır.
Məsələ 15: Əgər iltizam verən şəxs təyin olunmuş müddət ərzində layihənin icra olunmasına xilaf çıxarsa, sahibkara qəbul etdiyi xəsarətin ödənilməsindən imtina edərsə və onun kəfili olan bank istənilən məbləği sahibkara versə, bank iltizam verən şəxsə müraciət edə bilər. Çünki bankın kəfalət və iltizamı məhz iltizam verən şəxsin istəyi ilə olmuşdur. O, öz verdiyi iltizamın nəticəsində banka dəyən xəsarətlərə zamindir. Buna görə də bank ona müraciət edib xəsarətləri ondan tələb edə bilər.

6 -
Səhmiyyənin (vauçer) satılması

Bəzən səhmdar şirkətlər bankları öz səhmlərinin satılmasında bir vasitə qərar verirlər, banklar da müəyyən bir ücrət almaq müqabilində qeyd olunan şirkətlərin tərəfindən bir nümayəndə kimi onların səhmlərini satmağa başlayır.
Məsələ 16: Bankla edilən bu cür müamilə caizdir. Çünki həqiqətdə ya icarəyə daxildir, belə olan halda şirkət bankı müəyyən etdiyi muzd müqabilində bu işi görməyə əcir edir, yaxud da cüalə qismindən hesab etmək olar. Hər iki halda müamilə səhihdir və bank bu işi yerinə yetirdiyinə görə əmək haqqı (muzd) almağa haqlıdır.
Məsələ 17: Bu səhmlərin alınıb satılması səhihdir. Əlbəttə, əgər səhmdar şirkətlərin müamiləsi haram olsa, məsələn, şərab alverinə, yaxud ribalı müamilələrə girişsələr, onun səhmlərini almaq və bu müamilədə iştirak etmək icazəli deyildir.

7 -
İstiqraz vərəqlərinin satışı

Qərzə (istiqraz) vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə və müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min manat olan bir şeyi doqquz yüz əlli manata nağd olaraq satır, bu şərtlə ki, onu sonrakı il min manata alsın. Bəzən bank müəyyən muzd almaq müqabilində bu vərəqələrin satışını öhdəsinə götürür.
Məsələ 18: Bu müamilə iki yolla baş tuta bilər:
1-Sənədi çıxaran şəxs həqiqətdə onun alıcısından doqquz yüz əlli manatı (yuxarıdakı misaldakı kimi) borc alıb müəyyən müddət başa çatdıqdan sonra sənədi alan şəxsə min manat qaytarır. Doqquz yüz əlli manat malın əsli, əlli manat isə ona əlavə olunan. Bu iş riba və haramdır.
2-Sənədi çıxaran şəxs min manatlıq bir sənədi (müəyyən müddətdən sonra ödənilə bilər) nağd olaraq doqquz yüz əlli manata satır.
Bu hal baxmayaraq ki, həqiqətdə ribalı borc deyil, lakin qeyd olunduğu kimi, müamilənin səhihliyi işkallıdır.
Nəticə alınır ki rəsmi mərkəzlərin müamilə etdiyi bu kimi vərəqlərin satışını səhih hesab etmək olmaz.
Məsələ 19: Bankların bu kimi vərəqləri alıb-satması icazəli deyildir. Həmçinin bu iş üçün əmək haqqı almaq da icazəli deyildir.

8 -
Daxili və xarici həvalələr

Məsələ 20: Şəriət fiqhi istilahında həvalə bu mənayadır ki, həvalə verən şəxsin boynunda olan borclar, o şəxs ki, ona həvalə olunan şəxsin boynuna keçir. Lakin burada daha ümumi mənada işlənir. Bank həvalələrinin nümunələri aşağıdakılardan ibarətdir:
1-Bank öz müştərisinə həvalə çıxarmaq əvəzində qəbul edir ki, onun ölkənin daxilində, yaxud xaricdə olan vəkilindən müəyyən bir məbləği müştərinin hesabına əgər bankda hesab nömrəsi olsa köçürsün və onun müqabilində müəyyən qədər əmək haqqı alsın. Zahirən bu cür əmək haqqını almaq caizdir. Çünki bankın haqqı vardır ki, bankdan qeyri yerlərdə öz borcunu müştəriyə verməsin. Buna əsasən öz haqqından keçmək və başqa bir yerdə borcu ödəmək müqabilində əmək haqqı almaq caizdir.
2-Bank elə bir şəxs üçün bir həvalə verir ki, onun əsasında şəxs müəyyən məbləği başqa bir bankdan daxildə ya xaricdə müştərinin onda hesab nömrəsi olmadığı bir vaxt borc adı ilə götürsün. Bank da bu işi görməsi müqabilində müəyyən qədər muzd alır.
Zahirən bankın bu cür həvalə vermə müqabilində muzd alması caizdir. Çünki birinci bank ikinci bankı birinci bankın ikinci bankın hesabında olan mal-dövlətindən, ya hesabından şəxsə borc vermə işi müqabilində vəkil etmək üçün zəhmət haqqı əldə edir. Bu da məhz borc verməyin müqabilində zəhmət haqqı almaq deyil ki, haram olsun. Əksinə, borc verməkdə başqasını vəkil etmək müqabilində müəyyən bir məbləğ almaqdır. Buna görə də borc vermək müqabilində əmək haqqı vermək və onunla əlaqədar deyil, əksinə, borcda vəkil tutmaq üçündür, buna görə də heç bir işkalı yoxdur.
Əgər həvalədə qeyd olunan məbləğ xarici pul olsa, bank üçün başqa haqq da yaranır. Belə ki, borclu şəxsin zimməsi həvalədə qeyd olunan xarici pulun dəyərini ödəməyə məşğul olur və onu ödəməyə iltizamlı olur. Buna görə də əgər bank bu haqdan keçsə və borclunun onun qədərincə olan ölkə daxilindəki pullardan verməyini qəbul etsə, caizdir ki, öz haqqından belə güzəştə getmə müqabilində müəyyən məbləğdə pul alsın. Həmçinin onu artıqlaması ilə ölkə daxilində olan pula çevirə bilər.
3-Şəxs müəyyən bir məbləği, məsələn, Nəcəfi-Əşrəfdəki bir banka təhvil verib və həvalə alır ki, onun əsasında həmin məbləği, yaxud onun dəyərini (bərabərini) Kərbəlada, yaxud Livan kimi xarici bir ölkədə başqa bir bankdan alsın. Bank bu xidmət müqabilində müəyyən qədər zəhmət haqqı alır. Bu fərz iki cür təsəvvür olunur:
1) Şəxs ölkə daxilində işlənən pulun müəyyən məbləğini öz pulunun dəyərində olan xarici pul məbləğinə satır və həvalə almaq və bank xidmətləri üçün müəyyən qədər əmək haqqı da ödəyir. Bu halda işkalı yoxdur və bunun oxşarı yuxarıda qeyd olundu.
2) Şəxs müəyyən bir məbləği banka borc verir və şərt edir ki, daxildə, ya xaricdəki bir banka həvalə çıxarmaq müqabilində müəyyən əmək haqqı ödəsin. Bu halda olan işkal bundan ibarətdir ki, həvalə vermək möhtərəm bir əməldir və maliyyətə malikdir. Onu borc verən şəxs tərəfindən onun borc alan şəxsə icra olunması eynilə o şərt kimidir ki, mali dəyəri olsun və şərən haram olsun. Lakin xüsusi rəvayətlərdən aydın olur ki, borc verən şəxs borc alan şəxsə borcunu başqa bir yerdə ödəməyi şərt qoya bilər.. Deməli, həvalə verməyi də şərt edə bilər. Əgər bu şərt pulsuz olaraq caizdirsə, müəyyən qədər əmək haqqı vermək müqabilində də sözsüz ki, caizdir.
4-Bir şəxs, misal üçün Nəcəfi-Əşrəfdə olan bankdan müəyyən bir məbləğ götürür, onun müqabilində banka həvalə verir ki, ödənəcək pulun bərabərini başqa bir bankdan daxildə, ya ölkə xaricində götürsün bank da bu həvaləni qəbul etmək müqabilində əmək haqqı alır.
Bu fərziyə də iki surətdə təsəvvür olunur:
1-Bank bir şəxsə ölkə daxilində işlənən müəyyən məbləğ pul verir və onun müqabilində olan xarici pulu və əlavə olaraq əmək haqqı satır. Müştəri də bankı o pulu almaq üçün başqa bir banka həvalə edir. Bu surətdə caizdir.
2-Bank müəyyən məbləği bir şəxsə borc verir, onun borcunu başqasının zimməsinə nəql etdirmək və başqa yerdə həmin məbləği almaq müqabilində müəyyən qədər əmək haqqı almasını şərt edir. Bu halda ribadır. Çünki hətta həvalə vermə işlərinin müqabilində olsa belə, borcdan artıq almağı şərt etmək qəbilindədir.
Əlbəttə, əgər bu hadisə əvvəldən şərt olmadan olarsa, belə ki, əvvəlcə şəxs bankdan müəyyən qədər borc alsın, sonra öz borcunu ödəmək üçün bank ona əvvəlcədən pul verən şəxsi başqa bir banka həvalə versin və bank bu həvalə vermək müqabilində əmək haqqı tələb etsin. Bu surətdə onun verilməsi caizdir. Çünki bankın borcu başqa bir banka nəql etdirmək və borc alanın şərtini qəbul etməkdən imtina etməyə haqqı vardır. Buna görə də bu haqdan güzəştə getmək müqabilində müəyyən məbləğ ala bilər. Bu tələbkarın öz pulunun təxirə salınması müqabilində aldığı məbləğ qəbilindən deyildir ki, riba olsun. Əksinə, bank bu məbləği (borcu) başqasının zimməsinə nəql etdirmək və onu başqa bir yerdə almaq müqabilində əldə edir, buna görə də işkalı yoxdur.
Məsələ 21: Bəzən bir həvalənin əsnasında iki həvalə olur. Məsələn, borclu şəxs öz tələbkarını onun adına bir çek yazmaqla banka həvalə edir. Bank da həmin çekdə dərc olunan məbləği tələbkarın yaşadığı şəhərdəki şöbəyə, yaxud başqa bir banka göndərir ki, tələbkar qeyd olunan məbləği oradan alsın. Burada həqiqətdə iki həvalə ilə rastlaşırıq:
1- Borclu şəxs öz tələbkarını banka həvalə edir, beləliklə də bank o şəxsə borclu sayılır.
2- Bank qeyd olunan məbləği almaq üçün tələbkarı öz şöbələrindən birinə, yaxud başqa bir banka göndərir.
Birinci həvalədəki bankın rolu həvaləni qəbul etmək, ikincidə isə həvalə çıxarmaqdır. Hər iki həvalə də şərən səhihdir, lakin bankın öz şöbəsinə həvalə verməsi eynilə həvalə verən bankın zimməsi olsa, fiqhi istilahda ona həvalə deyilməz, çünki onda borcun bir yerdən başqa yerə nəql olunması baş verməmiş olur, əksinə, həqiqətdə bank öz vəkilindən istəmişdir ki, şəxsin tələbini nəzərdə tutulan yerdə versin.
Hər halda caizdir ki, bank yuxarıdakı işləri yerinə yetirdiyinə görə hətta bankda hesabı olan şəxsin həvaləsini qəbul etmək qarşısında belə, əmək haqqı tələb etsin. Çünki bu həvalə borcluya həvalə vermək qəbilindəndir ki, onu qəbul edə bilər. Bu halda əmək haqqı almağa icazəlidir.
Məsələ 22: Həvalənin qisimləri və onun şəri hökmlərində qeyd olunanlar eynilə şəxslərə verilən həvalədə də doğrudur. Belə ki, şəxs müəyyən bir məbləği bir şəxsə verib və ondan başqa şəhər üçün həvalə ala bilər. Onun müqabilində də müəyyən qədər əmək haqqı ala bilər. Yaxud müəyyən məbləği bir kəsdən alıb, onu başqa bir şəxsə həvalə verə bilər ki, bunun müqabilində də əmək haqqı alsın.
Məsələ 23: Qeyd olunanlarda həvalənin borclu şəxsə, ya qeyrisinə olması arasında heç bir fərq yoxdur. Birincisi belə ola bilər ki, həvalə edilən şəxsin yanında mali hesabı olsun, ikincisi odur ki, belə olmasın.

9 -
Bank mükafatları

Bəzən banklar ona əmanət olaraq qoyulan pul sahibləri arasında püşk atır və onları banka daha çox pul qoymağa təşviq etmək üçün adları çıxan şəxslərə müəyyən mükafat və hədiyyələr verir.
Məsələ 24: Görəsən bankların bu işi düzdürmü? Bu məsələnin bir qədər izaha ehtiyacı vardır. Belə ki, əmanət qoyan şəxs əmanət qoyma işini püşk atmaya şərtləndirməyibsə və banklar sadəcə olaraq onların təşviq edilməsi, banklara daha çox pul qoyulması və başqalarının hesab açmağa təşviq edilməsi üçün bu işi görmüş olarsa, bu iş icazəlidir. Eləcə də püşkdə adları çıxanların həmin mükafatları alması da icazəlidir. Amma əhvətə əsasən müştərək, yaxud dövlət bankları olarsa, məchulul-malik mal ünvanı ilə onları alıb istifadə etmək üçün şəriət hakimindən icazə almalıdır. Amma bank xüsusi olarsa, hədiyyələri alıb onlardan istifadə etmək caizdir və şəriət hakiminə müraciət etməyə ehtiyac duyulmur.
Lakin banka pul qoyanlar öz pul qoymalarını əqd və başqa şey əsnasında püşk atmaqla şərtləndirmiş olsalar, bank da bu şərti icra etmək məqamında püşk atmış olarsa, bu iş icazəli deyildir. Eləcə də bu halda adına püşk çıxmış şəxsin hədiyyələri alması əgər şərtə əməl etmək ünvanı ilə olsa icazəli deyil, amma bu şərt olmazsa caizdir.
10 - Səftənin (vekselin) köçürülməsi

Bank xidmətlərindən biri də öz müştərisinin nümayəndəsi olaraq səftənin hesaba köçürülməsidir. Belə ki, onun vaxtı çatmazdan qabaq bank, səftəni imza edən şəxsi vaxtın çatmasından və onun miqdarından xəbərdar edir ki, onu ödəmək üçün hazırlaşsın. Bank səftənin məbləğini əldə edəndən sonra onu öz müştərisinin hesabına köçürür, yaxud nəğd olaraq ona verir, əvəzində isə əmək haqqı alır. Həmçinin bank öz müştərisinin nümayəndəsi kimi, çekin də hesaba köçürülməsi ilə əlaqədar onun şəhərində, yaxud başqa şəhərdə bu işi görür, çek əlində olan şəxs onun hesaba köçürülməsini istəmədiyi vaxt onun tərəfindən nümayəndə kimi hesaba tökür və bu xidmətin müqabilində də muzd alır.
Məsələ 25: Səftənin hesaba köçürülməsi və bunun müqabilində əmək haqqı alınmasının bir neçə forması vardır:
1-Səftədən istifadə edən onu həvalə edilmədiyi bir banka verir, müəyyən qədər əmək haqqı vermək müqabilində həmin məbləğin hesaba köçürülməsini istəyir.
Zahirən bu xidmət və onun müqabilində əmək haqqı almaq acizdir, bu şərtlə ki, bank yalnız səftəni hesaba köçürsün. Lakin onun ribalı qazancını hesaba köçürmək icazəli deyildir. Bu iş müqabilindəki əmək haqqını fiqhi nəzərdən cüalə hesab etmək olar ki, bunun əsasında tələbkar öz tələbinin hesaba köçürülməsini bank yolu ilə istəyir.
2-Səftədən istifadə edəni həvalə edildiyi banka təqdim edir, lakin bank onu imza edən şəxs qarşısında borclu deyil və yaxud ona həvalə edilən puldan başqa bir pul borclu olur.
Belə olan halda caizdir ki, bank bu həvaləni qəbul etmə müqabilində (əvvəlki halda qeyd olunan şərtlərlə yanaşı) əmək haqqı alsın. Çünki borclu olmayan şəxsə həvaləni qəbul etmək, yaxud həvalədə qeyd olunan şeydən başqa bir cinsə borclu olsa vacib deyildir. Buna görə də bu haqdan güzəştə getmək və xidmət işlərini yerinə yetirmək üçün bir şey almağın işkalı yoxdur.
3-Səftəni imza eləyən şəxs o pulu bankın nəzdində olan hesabından verməyə işarə edərək onu banka həvalə edir ki, vaxtı çatan zaman onun hesabından çıxılsın və o məbləğ səftəyə malik olan şəxsin hesabına köçürülsün, yaxud nəğd olaraq ona verilsin. Belə olan halda səftəni imzalayan öz tələbkarını, özünün borclu olduğu banka həvalə etmiş olur.
Buna görə də borcluya həvalə etmə qəbilindəndir. Həvalə edilən şəxsin (bankın) bu həvalə ilə razılaşmaması lazım deyildir və bank tərəfindən onun qəbul olunmadığı halda da keçərli deyildir. Buna görə də bank üçün caizdir ki, bu həvalənin, eləcə də həvalə verənin borcunu ödəmək müqabilində müəyyən qədər zəhmət haqqı alsın.

11 -
Valyuta alveri

Bankların işlərindən biri də pul alveri, eləcə də öz müştərilərinin, xüsusilə xarici mal gətirən müştərilərin ehtiyaclarını təmin etmək üçün kifayət qədər pulu dəyişdirmək və pul alveri işlərini yerinə yetirməkdir. Nəticədə pulun alış və veriş qiymətlərinin fərqli olmasından qazanc əldə edir.
Məsələ 26: Pulun bazar qiymətinə yaxud ondan az və ya daha çox qiymətə alveri istər nəqd olsun, istərsə də müddətli səhihdir.

12 -
Artıq götürmək

Hər kəsin banklarda cari hesabı olsa, oraya qoyduğu puldan artıq olmayan bir məbləği oradan götürə bilər.
Bəzən bank etimad etdiyi bəzi hesab sahiblərinə icazə verir ki, malik olduqları puldan artıq götürsün. Bu işə “artıq götürmə” deyilir. Bank bu yolla özü üçün müəyyən məbləğdə qazanc nəzərdə tutur.
Məsələ 27: Artıq götürmək həqiqətdə əlavə qazanc qaytarmaq məqsədi ilə bankdan borc götürməkdir və nəticədə ribalı və haram borcdur. Bankın əlavə məbləğdən götürdüyü qazanc ribalı və haram qazanclardan sayılır.
Əlbəttə, əgər bank dövləti, ya müştərək bank olsa, onların əlavə götürmələri borc ünvanı ilə deyil, əksinə məchulul-malikin malını əldə etmək üçün olsa (əvvəlki məsələdə deyilən yolla) işkalı yoxdur.

13 -
Çek və sənədlərin aşağı qiymətə satılması

Bir neçə müqəddimə:
Birinci; Alverin borc vermə ilə müxtəlif fərqləri vardır. Onlar aşağıdakılardan ibarətdir:
1-Alver bir cins müqabilində malın özünü alıcının mülkiyyətinə keçirməkdir. Halbuki borc misli olduqda malın mislini, qiyməti olduqda isə qiymətini ödəməyə iltizam verməsi müqabilində malı mülkiyyətə keçirməyə deyilir.
2-Ribalı bey ümumiyyətlə batildir, amma ribalı borcda onun əsli səhihdir, lakin artıq alınan hissə batildir.
3-Borcda əlavə alınması şərt olunan hər bir şey riba və haramdır. Amma alver belə deyildir. Ölçü və çəki ilə satılan şeylərdə (peymanə, yaxud çəki ilə müamilə olunan əşyalarda) əgər bir cinsdən olsalar, artıq alınan miqdar mütləq şəkildə haramdır. Amma cinsləri müxtəlif olsa, yaxud ölçü və çəki ilə satılanlardan olmasa, bu halda əgər müamilə nəğd olarsa, artıq alınan riba deyil, müamilə də səhihdir. Lakin əgər müamilə müddətli olsa, məsələn, yüz yumurtanı sonradan təhvil verəcəyi yüz on yumurtaya satsa, yaxud iyirmi kilo düyünü bir aydan sonra təhvil alacağı qırx kilo buğdaya satsa, bu mümilənin ribalı olmamasında işkal vardır, ehtiyat-vacib budur ki, ondan çəkinilsin.
İkincisi; Əskinaslar sayılanlardan hesab olunduğuna görə onların artığına ya əskiyinə satılması, yaxud dəyişdirilməsi bir cinsdən olmazsa və nəğd və nisyə olarsa caizdir. Lakin əgər bir cinsdən olsalar, onların artığına satılması yalnız nəğd olduqda caizdir. Amma onların nisyə satılması yuxarıda da qeyd olunduğu kimi işkalsız deyildir.
Buna əsasən, misal üçün, on İraq dinarı borc verən şəxs öz borcunu ondan az, məsələn, doqquz nəğd dinara sata bilər. Həmçinin caizdir ki, onu öz qiymətindən az başqa pula, məsələn, doqquz İordoniya dinarına nəğd satsın. Amma almaq vaxtı çatmayana qədər nisyə şəkildə icazəli deyil. Çünki alınacaq şeyin vaxtı çatmayana qədər tərəf müqabili borca salmaq caiz deyi.
Üçüncüsü; Bazar tacirləri arasında geniş yayılmış səftələrin (əskinaslar kimi) mali etibarı yoxdur və sadəcə olaraq borcunu isbat etmə sənədi hesab olunur və bunu göstərir. Onda dərc olunan məbləğ onu imza edən şəxsin öhdəsində və o şəxs üçündür ki, səftə onun adına çıxarılmışdır. Buna əsasən müamilələr onların özləri üzərində cərəyan etmir. Əksinə, o malların üzərində cərəyan edir ki, bu vərəqlər onların göstəricisidir. Həmçinin əgər müştəri satıcıya bərat, yaxud səftə verərsə, malın qiymətini də ödəmiş olur. Buna görə də əgər o sənəd itərsə, yaxud satıcının yanında tələf olarsa, onun malından tələf olmayıb və müştərinin zimməsi borcdan xilas olmayıb. Amma əskinas hər bir qiymətə verilmiş olsa, tələf olduqda satıcının malından tələf olur.
Məsələ 28 : Veksellər iki növdür:
1-Həqiqi borcları göstərən səftələr. Belə ki, onu imza eləyən şəxs veksel kimi adına yazılmışsa, o şəxsə borclu olur.
2-Qeyri-həqiqi və zahiri borcun göstəricisi.
Birinci halda tələbkar borclunun öhdəsində olan öz müddətli tələbini nağd olaraq ondan az məbləğə sata bilər. Məsələn, əgər onun alacağı yüz manat olsa və onu doxsan manata nağd olaraq satsa (əlbəttə, onun müdətli satışı icazəli deyildir. Çünki borcun borca satışıdır) və bundan sonra bank, yaxud başqa şəxs borcludan (səftəni imza edəndən) almağa haqlı olduğu zamanda onun qiymətini tələb edə bilər.
Amma ikinci halda qeyri-həqiqi olan tələbkar üçün səftəni satmaq icazəli deyildir. Çünki həqiqətdə heç bir borc mövcud deyil və onu imzalayan şəxsin də öhdəsində deyil, sadəcə olaraq aşağı qiymətə satılmaq üçün çıxarılmışdır. Buna görə də “dostluq səftəsi” adı ilə məhşurdur.
Bununla belə, onun endirilməsini də başqa şəkildə qanuni hesab etmək olar. Belə ki, səftəni imza eləyən şəxs istifadə edən şəxsi vəkil edir ki, səftənin miqdarını imza edənin zimməsində, başqa pula və onun qiymətindən ucuzuna satsın. Məsələn əgər səftə 50 İraq dinarı dəyərində olsa və onun həqiqi dəyəri 1100 manatdırsa, istifadə edən imzalayan şəxsin tərəfindən vəkil olaraq əlli dinarı onun zimməsində 1000 manata satır. Bu müamilədən sonra səftəni imza edən şəxsin zimməsi əlli dinara məşğul olur və imza edənin mülkü olan min manatdan istifadə edən onu alır. Sonra istifadə edən şəxs min manatı imza edənin vəkili olaraq öz boynunda olan əlli dinarın müqabilində onun özünə satır. Nəticədə o, imza edən şəxs üçün, imza edənin banka borclu olduğu əlli dinar miqdarında borclu olur.
Lakin bu yolun az faydası vardır. Çünki yalnız o hallarda faydalı olur ki, aşağı qiymətə satılma xarici pulla baş vermiş olsun. Amma ölkə daxilində işlənən pullara gəldikdə isə heç bir təsiri yoxdur. Çünki onun alver ilə təshih olunması (sayla alverdə artığına satmanın işkalına diqqət yetirməklə) mümkün deyildir.
Amma zahiri səftənin qiymətinin banka borc olaraq qoyulması, belə ki, borc alan və səftədən istifadə edən səftənin rəsmi qiymətindən az olan bir məbləği bankdan borc alsa və bankı səftəni imzalayana (ki, borclu deyildir), onun bütün qiymətinin hamısını köçürmək üçün həvalə etsə, bu haram və ribadır. Çünki bankın səftənin məbləğinin bir miqdarının
azaldılması şərti həqiqətdə artıq qazanc almadır və haramdır. Hətta, bu artıq alınan hissə möhlət verilməsi müqabilində olmasa, əksinə, müəyyən bank əməliyyatları icrası müqabilində olsa, məsələn, borcun qeydə alınması və onun əldə edilməsi olsa belə. Çünki borc verənin haqqı yoxdur ki, borc alan şəxsə, onda onun özü üçün mali bir mənfəət olan şərt qoysun.
Yuxarıdakı hökm xüsusi banklarla əlaqədardır. Amma dövlət, yaxud müştərək banklara gəldikdə isə riba müşkülündən xilas olmaq üçün belə əməl etmək olar ki, istifadə edən səftəni endirim edərkən satmaq və borc etmək məqsədi olmasın. Əksinə, onun məqsədi məchulul malik olan bir malı əldə etmək olsun. Bu halda əhvət nəzərə əsasən şəriət hakiminin icazəsi ilə onu götürmək, sonra onda təsərrüf etmək və islah etmək üçün hakimə müraciət etmək olar. Müddətin axırında bank səftəni imza edənə müraciət etsə və onun qiymətini ödəməyə vadar etsə, imza edən də onun istəyi ilə imza etmiş olsa, ödədiyi şeylərin əvəzini almaq üçün istifadə edənə müraciət edə bilər.

14 -
Bankda işləmək

Bank işləri iki cür olur:
1-Bankda olan haram işlər: Ribalı müamilələrlə əlaqədar olan işlər kimi. Məsələn, onların icra olunmasında nümayəndəlik, qeydə alınması və onlara şəhadət verilməsi, alanın xeyrinə olaraq artıq ribalı qazanc almaq. Həmçinin ribalı müamilələri olan şirkətlərin müamilələri ilə əlaqədar olan işlər, yaxud şərab ticarəti ilə məşğul olanlar, onların səhmlərini satmaq, onlar üçün kredit götürmək haram işlərdən hesab olunur.
Bu işlərin hamısı haramdır, belə bölmələrdə işləmək icazəli deyil və ücrət almağa haqlı olmağa səbəb olmur.
2-Bankın icazəli olan işləri: bu, yuxarıda qeyd olunan işlərdən tamamilə fərqlənir, orada işləmək və əmək haqqı almaq icazəlidir.
Məsələ 29: Əgər ribalı müamilədə artıq verən tərəf malı möhtərəm olmayan kafir olsa, istər xarici bank olsun, istər başqası, bu halda qeyd olunduğu kimi, artıq hissəni almaq müsəlman üçün icazəlidir. Nəticədə belə ribalı müamilələrin icrası ilə əlaqədar bank işləri bölməsində və digər yerlərdə işləmək icazəlidir.
Məsələ 30: İslam ölkələrindəki dövlət banklarında, yaxud müştərək banklarda mövcud olan sərmayə məchulul-malik malındandır ki, şəriət hakiminə müraciət etmədən onlarda təsərrüf etmək icazəli deyildir. Buna əsasən, bu cür banklarda işləmək, eləcə də mallarını (sərmayələrini) islah etmək üçün şəriət hakiminə müraciət etməyib onlarda təsərrüf edən müştərilərə mal (sərmayə) vermək və ya onlardan mal almaq işkallıdır.
Məsələ 31: Cüalənin, icarənin, həvalənin və islam ölkələrinin dövlət banklarında mövcud olan digər müamilələrin səhih olması şəriət hakiminin icazəsinə bağlıdır və onun icazəsi olmadan bu müamilələr səhih
deyildir.

15 -
Sığorta müqaviləsi

Sığorta bir müqavilədir ki, onun əsasında sığorta olunan şəxs iltizam verir ki, aylıq, illik, yaxud birdəfəyə olaraq müəyyən bir məbləği sığorta edənə versin. Bunun müqabilində sığorta edən şəxs də iltizam verir ki, sığortaya üzv olan şəxsə, yaxud adı sığorta müqaviləsində müəyyən olunan və müqavilənin onun xeyrinə olduğu üçüncü bir şəxs müəyyən məbləğdə pulu, sabit bir ödənci və ya hər hansı başqa bir şeyi həmin müqavilədə aşkar şəkildə qeyd olunan hər hansı bir gözlənilməz hadisə baş verdikdə, yaxud zərər çatdıqda ödəsin.
Məsələ 32: Sığortanın bir neçə növü vardır. Onlar aşağıdakılardan ibarətdir:
1-Şəxsin ölüm, xəstəlik və digər hadisələr müqabilində sığortası.
2-Mal-dövlətin, o cümlədən, avtomobil, təyyarə, gəmi kimi şeylərin yanğın, qərq olma, oğurluq və bu kimi işlər müqabilində sığortası.
Sığortanın digər növləri də vardır ki, onun şəri hökmləri qeyd olunan hallarla heç də fərqlənmir. Buna görə onların qeyd olunmasına ehtiyac duyulmur.
Məsələ 33: Sığorta müqaviləsinin bir neçə rüknü vardır:
1-2. Sığorta edən və sığorta olunan şəxslərin qarşılıqlı anlaşması (təklif və qəbul anlaşması); belə ki, orada danışıqları, yazıları, yaxud onlara bildirən hər hansı bir şey kifayətdir.
3. Sığorta hansı barədə olsa, istər şəxs, istərsə də mal-dövlət barəsində, növü təyin edilməlidir.
4-Sığorta müqaviləsinin əvvəli və sona çatma dövrünün qeyd olunması.
Məsələ 34: Sığorta müqaviləsində xətər və ziyanın amili, məsələn, yanğın, oğurluq, suda qərq olmaq, xəstəlik, ölüm və sair kimi şeylər; eləcə də əgər hissə-hissə ödəniləcəksə sığortanın illik, yaxud aylıq ödəniş miqdarı təyin edilməlidir.
Məsələ 35: Sığorta müqaviləsindəki tərəflər həddi-büluğa çatmış, ağıllı olmalı, qəsd və ixtiyar üzərindən bu müqaviləni bağlamalı, onların səfehlik, yaxud müflisləşmə nəticəsində məhcur olmamaları (mal-dövlətindən istifadə etməkdən məhrum edilməmələri) şərtdir. Əgər hər iki tərəf, yaxud onlardan biri həddi-büluğa çatmayan, dəli, bu işə məcbur edilmiş, yaxud mal-dövlətində təsərrüfdən qadağan edilmiş olsalar, yaxud ciddi məqsədləri olmasa, müqavilə səhih deyil.
Məsələ 36: Sığorta müqaviləsi lazım əqdlərdən sayılır və iki tərəfin razılığı olmadan pozula bilməz.
Əlbəttə, əgər müqavilədə şərt edilsə ki, sığorta edən və sığorta olunan, yaxud hər ikisinin müqaviləni pozma hüquqları vardır. Bu şərtə əsasən sığorta müqaviləsini pozmaları caizdir.
Məsələ 37: Əgər sığorta edən öz verdiyi iltizamına əməl etməsə, sığorta olunan şəxs şəriət hakiminə və yaxud ondan başqasına müraciət etməklə onu öz vəzifəsini yerinə yetirməyə vadar edə bilər. Həmçinin müqaviləni poza da bilər və sığorta haqqı adı ilə verdiyi məbləğin geri qaytarılmasını tələb edə bilər.
Məsələ 38: Əgər sığorta müqaviləsində müəyyən olunsa ki, sığorta olunan şəxs müəyyən bir məbləği sığorta haqqı adı altında hissə-hissə ödəsin və bu razılaşmanın icrasında istər miqdar baxımından, istərsə də ödəniş zamanı baxımından vədəsinə xilaf çıxsa, sığorta edənə müəyyən hadisə və ya zərər zahir olduqda müəyyən məbləği ödəməklə əlaqədar verdiyi iltizama əməl etməyi vacib deyil. Sığorta olunan da ödənmiş sığorta haqqının qaytarılmasını tələb edə bilməz.
Məsələ 39: Sığortada xüsusi bir müddətin təyin edilməsi şərt deyildir. Əksinə, müqavilədəki tərəflərin, yəni sığorta edən və sığorta olunanın razılığına tabedir.
Məsələ 40: Əgər bir neçə nəfər öz müştərək mallarından əldə etdikləri sərmayə ilə bir şirkət təsis etsələr və onlardan hər biri şirkət (şəriklik) müqaviləsi əsnasında başqasına şərt etsə ki, onun özünə, yaxud mal-dövlətinə müəyyən bir hadisə baş verdiyi təqdirdə (onun növünü də şərtin
əsnasında müəyyən etsələr) şirkət sərmayəsindən, yaxud qazancından istifadə edərək dəymiş xəsarətləri aradan qaldırmağa vəzifəlidir, bu halda müqavilənin qüvvədə qaldığı dövrdə həmin şərtə əməl edilməsi vacibdir.

16 -
Sərqüfli

Tacir və bazar işçiləri arasında geniş yayılmış müamilələrdən biri də sərqüfli, yəni “irəli olmaq haqqı” adlı müqavilədir. Məqsəd budur ki, icarə edən şəxs özünün icarə etdiyi və ixtiyarında olduğu məhəlli iki tərəfin razılığı əsasında alınmış məbləğ müqabilində başqasına həvalə edir, yaxud malik aldığı müəyyən məbləğ müqabilində icarə müddəti sona çatdıqdan sonra icarəçini, icarə etdiyi yerdən çıxarmaqdan, yaxud icarə haqqını artırmaqdan çəkinsin.
Məsələ 41: Kəsb-ticarət yeri kimi bir yerin icarə edilməsi icarəçi üçün orada heç bir haqq gətirmir və o, icarə müddəti qurtardıqdan sonra oranın malikinin öz mülkündə təsərrüf etməsinə, oranı boşaltmasına, yaxud əvvəlki icarə məbləğinin artırılmasına mane ola bilməz. Həmçinin icarəçinin müəyyən bir məhəldə uzun müddətli olması, həmin məhəllin müəyyən dəyər və yaxşı ticarət mövqeyi qazanması və sair kimi şeylər onun üçün həmin yerdə qalmağa heç bir haqq gətirmir. İcarə müddəti qurtardıqdan sonra həmin yeri boşaldaraq malikinə təhvil verməsi vacibdir.
Əgər icarəçi dövlət qanunundan (belə ki, bu qanun malikin icarəçini zorla icarə etdiyi yeri boşaltmağa vadar etməsinin və yaxud icarə miqdarını artırmasının qarşısını alır) istifadə etsə və həmin yeri boşaltmaqda, yaxud icarə haqqının artırılmasından imtina etsə, bunun işi haramdır və onun həmin yerdə malikinin razılığı olmadan təsərrüf etməsi qəsb sayılır. Əgər həmin yeri boşaltmaq işi müqabilində müəyyən məbləğ alsa haramdır.
Məsələ 42: Əgər malik bir yeri, məsələn, bir il müddətində on min manata icarəyə versə, bundan əlavə əlli min manat məbləğində ondan alsa və müqavilə əsnasında şərt etsə ki, hər il həmin məbləği artırmadan onun icarə müddətini uzatsın, yaxud həmin məbləğə, amma icarəçinin o məhəlli həvalə etdiyi şəxs (ikinci icarəçiyə) icarəyə versin, həmçinin ikinci şəkildə üçüncü icarəçiyə və s... belə olan halda caizdir ki, icarəçi malikə verdiyi məbləğ qədər və ya ondan çox, yaxud ondan az məbləğ alaraq belə bir şərtdən əldə olunan razılaşma əsasında həmin yeri başqasına həvalə etsin.
Məsələ 43: Əgər malik bir yeri müəyyən şəxsə hansısa müddət ərzində icarəyə versə və icarə əqdinin əsnasında özünə şərt etsə ki, müəyyən bir məbləğ almaqla, yaxud almamaq müqabilində müddət sona çatdıqdan sonra onun icarəsini birinci ildə razılaşdıqları həmin surətdə və ya hər il adi qaydada uzatsın və təsadüfən digər bir şəxs icarəçiyə müəyyən məbləğ versə ki, o təkcə icarə yerini boşaltsın, daha onun orada qalmaq haqqı olmasın və malik oranı boşaltdıqdan sonra həmin yeri istədiyi kimi icarə versin, belə olan halda caizdir ki, icarəçi razılaşılan məbləği alsın. Bu sərqüfli icarəçinin təsərrüf etmə haqqının ikinci şəxsə nəql olunması müqabilində deyil, yalnız oranın boşaldılması üçün olacaqdır.
Məsələ 44: Malikə vacibdir ki, müqavilə əsnasında özünə etdiyi şərtlərə vəfa etsin. 42-ci məsələdə fərz olunan halda malikə vacibdir ki, həmin yeri icarəçiyə, yaxud icarəçinin onun xeyrinə olaraq kənara çəkildiyi üçüncü bir şəxsə, icarə haqqını artırmadan icarəyə versin. Həmçinin 43-cü məsələdə fərz olunduğu kimi malikə vacibdir ki, icarə müddətini icarəçinin qalmağa meylli olduğu müddətə qədər həmin əvvəlki icarə miqdarında, yaxud adi qaydada (şərt olunan hər növdə) uzatsın. Malik öz şərtinə əməl etməzsə və icarə müddətini uzatmaq istəməzsə, icarəçi şəriət hakiminə, yaxud başqasına müraciət etməklə onu öz şərtinə əməl etməyə məcbur edə bilər. Lakin hər hansı bir dəlilə görə onu öz şərtinə əməl etməyə vadar edə bilməsə, malikin razılığı olmadan icazəli deyildir ki, icarə olunan yerdə təsərrüf etsin.
Məsələ 45: Əgər şərt 42-ci və 43-cü məsələlərdə fərz olunduğu kimi, icarənin müddətini uzatmaq şərti ilə deyil, nəticənin şərti əsasında icarənin vaxtının uzadılması şərt olunsa və icarəçi də maliklə şərtləşsin ki, o, ya da onun birbaşa, yaxud müəyyən yollarla təyin etdiyi şəxs həmin yerdə istifadə etmək haqqını illik müəyyən məbləğ vermək müqabilində, yaxud hər ildə adi qaydada verilən qiymət müqabilində olsun, bu halda icarəçi və yaxud icarəçinin təyin etdiyi şəxs malikinin razılığı olmadığı məkanda istifadə etmək haqqına malikdir. Malikin yalnız razılıq olan məbləği tələb etməyəhaqqı vardır.

17 -
İqrar və əvəz çıxmaq qaydası haqda
müəyyən məsələlər

Bəzi üqud, iqaat (üqud iki tərəfli, (nikah əqdi kimi), iqaat isə bir tərəfli olan (talaq kimi) əqddir) və hüquq məsələləri ixtilaflıdır. Bu barədə şiə alimlərinin rəyləri sair İslam məzhəbləri ilə bəzi hallarda cüzi, bəzi
hallarda isə külli şəkildə fərqlənir. Buna görə də bu kimi məsələlərlə
əlaqədar şiələrin qeyri şiələrlə rəftarı barəsində sual olunur. Mütəəxxir fəqihlər (Allah onlardan razı olsun) bu məsələnin hökmünü «ilzam qaydası» əsasında bəyan etmişlər. Yəni şiə olmayan şəxsləri öz məzhəblərinin hökmlərinə vadar etmək. Lakin bizim nəzərimizdə bu qayda sübuta yetmədiyindən, həmin məsələni ilzam qaydasının canişini olan müxtəlif qaydalarla, məsələn, “növi təqass” qaydası (yəni onların sünnət və hökmləri əsasında sizdən aldıqları kimi, siz də onlardan alın), yaxud “iqrar qaydası” (şiə olmayan şəxslərlə onların öz məzhəb hökmlərinə əsasən rəftar edərək onları öz məzhəb qanunlarına məcbur etmək) uyğunlaşdırır və onların hökmünü bəyan edirik.
Məsələ 46: İmamiyyə fiqhinin nəzərində nikah əqdi şahid tutmadan da səhihdir. Lakin sünnü məzhəbləri bu məsələdə ixtilafa düçar olmuşlar. Onların bəziləri İmamiyyə ilə müvafiq, bəziləri isə hənəfilər, şafeilər, hənbəlilər kimi şahid tutmadan olan nikahı fəsad (yəni batil) hesab edirlər.
Malikilər də məxfi şəkildə baş verən nikahı fasid (batil) hesab edirlər. Bunun fasid olduğunu iddia edənlər özü də iki dəstəyə ayrılır: Malikilər və Hənbəlilərin çoxu səhih və ya batil olmasında ixtilaf olan bu cür nikahlar barəsində inanırlar ki, heç kəsin şahid tutulmadan əqdi oxunan və əqdi batil olan qadınla izdivac etməyə haqqı yoxdur. Nikah əqdi kimin adına oxunubsa yalnız onun həmin qadına talaq verməsindən, yaxud nikahı fəsx etməsindən sonra o qadının ərə getməyə haqqı vardır. Deməli, əgər ər bu iki məzhəbdən birinin ardıcılı olsa, belə bir qadınla izdivac edə bilməz, yalnız talaq versə, yaxud nikahını fəsx etsə (yenidən onunla öz məzhəbinə uyğunizdivac edə bilər).
Şafeilər və hənəfilər bunun kimi nikah barəsində inanırlar ki, belə qadınla izdivac etmək olar və təlağa, yaxud nikahın fəsx edilməsinə də ehtiyac yoxdur.
Buna görə əgər ər bu iki məzhəb ardıcılı olsa, ilzam qaydasına əsasən ər öz məzhəbinin hökmlərinə məcbur edilməlidir. Əgər qadın onların nəzərində iddə saxlamağa ehtiyaclı olarsa, əzhər nəzərə əsasən iddəsi qurtardıqdan sonra onunla evlənmək olar.
Həmçinin əgər qadın şiə, onun əri isə bu iki məzhəb ardıcılı olduğu üçün onların nəzərində iddə saxlamağa ehtiyac olsa, iddə tamam olduqdan sonra izdivac etməsi caizdir. Amma hər iki halda şübhədən xaric
olmaq və ehtiyata riayət etmək üçün daha yaxşı olar ki, kişinin qadına talaq verməkdən imtina etdiyi halda şəriət hakiminin vasitəsi ilə olsa belə onun talaqını alsınlar.
Məsələ 47: Sünnü alimlərinin nəzərinə əsasən bir qadınla onun qardaşı qızını, yaxud bacısı qızını eyni vaxta əqd etmək icazəli deyil. Əgər hər ikisini eyni zamanda (bir nəfərə) əqd edərlərsə, hər iki əqd batildir. Əgər əqdin biri digərindən sonra olarsa, ikincisi batildir.
Lakin imamiyyə fiqhi nəzərindən bir qadının əqdi, onun qardaşı uşağının əqdindən sonra və eləcə də bir qadının əqdi bacısı qızının əqdindən sonra mütləq şəkildə caizdir. Həmçinin bir qadının əqdindən sonra onun qardaşı qızını əqd etmək və ya bir qadının əqdindən sonra onun bacısı qızını əqd etmək bununla şərtlənir ki, əvvəlcə o qızın bibisi və xalası razılıq vermiş olsunlar və ya sonradan da razılıq versələr caizdir.
Buna əsasən, əgər sünnülər bir qadınla onun qardaşı qızını, yaxud bacısı qızını eyni vaxta əqd etsələr, əgər onların əqdləri eyni zamanda olsa, onların məzhəbinə əsasən hər ikisi batil olduğuna görə imamiyyə ardıcıllarının nəzərinə görə onlardan hər biri ilə və ya qızın bibi, ya xalası razı olduğu surətdə hər ikisini əqd etməsi caizdir. Əgər sünnü kişinin əqdi eyni zamanda olmazsa, qeyd olunan fərzdə ikinci arvadının əqdi onların məzhəbinə görə batildir və şiə bir kişi onunla izdivac edə bilər. Hər ikisi imamiyyə şiəsi olduğu zaman o iki qadının hər biri barəsində bu hökm caridir.
Məsələ 48: İmamiyyə məzhəbinə əsasən talaq verilmiş qadın yaisə və səğirə olsa, yaxınlıq edilmiş olsa da iddəsi yoxdur. Lakin sünnü məzhəblərinin nəzərinə görə (səğirə qız uşağı üçün iddə saxlamağın şərtlərindəki ixtilaflarla yanaşı) onlara da iddə saxlamaq vacibdir. Belə ki, əgər ər sünnü olsa, qadın isə yaisə və səğirə olan qadınına səğirə üçün iddə saxlamağın lazım olmasına etiqad bəsləyərək talaq versə, öz məzhəbinin talaq verilmiş qadının bacısını almaq və iddə dövründə eyni vaxtda əqd edilməsi haram olan qadınların nikahının haram olması kimi qanunlarına riayət etməyə borcludur.
Ehtiyat-vacib budur ki, şiə olan kişi, belə qadınla iddəsi tamam olmamışdan qabaq evlənməsin. O qadın da əgər şiə olsa, yaxud (sonradan) şiəliyi qəbul etsə iddəsinin axırına qədər gərək izdivac etməsin. Həmçinin əhvət nəzər odur ki, iddə dövründə öz ərindən nəfəqə almasın. Baxmayaraq ki, ərinin məzhəbinə görə onun nəfəqəsini yeyəndir. Amma şərtləri mövcud olduğu zaman növ`i təqass qaydalarını icra etmək qəbilindən olsa, o nəfəqəni ala bilər.
Məsələ 49: İmamiyyə fiqhi nəzərindən talaqın səhih olmasının müxtəlif şərtləri vardır ki, sair İslami məzhəblər nəzərindən onun heç biri, yaxud bəziləri talaqın səhihliyində şərt sayılmır. Buna görə də əgər şiə olmayan bir şəxs öz qadınına onun məzhəbində səhih sayılan qaydada talaq versə, amma həmin talaq bizim məzhəb nəzərindən batil olsa, imamiyyə məzhəbi ardıcılı üçün, qarşı tərəfi öz məzhəbinin hökmlərinə əməl etməyə məcbur etmək qanununa əsasən o qadının iddəsi qurtarandan sonra öz məzhəbinə əsasən iddə saxlamalı olan qadınlardan olsa, onunla izdivac etməsi caizdir. Həmçinin talaq verilmiş qadın imamiyyə şiəsi olsa, başqası ilə izdivac edə bilər.
İmamiyyə fiqhinə əsasən talaqın səhih olmasının bəzi şərtləri aşağıdakılardan ibarətdir. Digər məzhəblərin nəzərində onların heç biri, yaxud bəzisi şərt deyil:
1-Qadına yaxınlıq edilməmiş paklıq dövründə talaq verilməlidir.
2-Talaq qəti olmalıdır, heç nə ilə şərtləndirilməməlidir.
3-Talaq deyilməklədir, (ləfzlə) yazılmaqla deyil.
4-Talaq icbar üzündən deyil, ixtiyar əsasında olmalıdır.
5-Talaq iki adil şahidin hüzurunda verilməlidir.
Məsələ 50: Şafei məzhəbinə əsasən bir kəs alınmış əşyanı aldıqdaan sonra görsə, hətta alınan şey qeyd olunan xüsusiyyətlərə müvafiq olsa belə röyət ixtiyarından istifadə edə bilər. Halbuki, İmamiyyə məzhəbinin nəzərinə əsasən müştəri fərz olunan halda röyət ixtiyarından istifadə edə bilməz. Deməli, əgər Şafei məzhəbi İmamiyyə məzhəbinə nifuzlu olsa, belə ki, müştəri Şafei məzhəbli olsa, bu kimi hallarda İmamiyyə məzhəbində olan satıcıya bu ixtiyardan istifadə edə bilər. İmamiyyə şiəsi olan müştəri də bunun əvəzini götürə bilər və “növi təqass” qaydasına əsasən Şafei məzhəbli satıcı barəsində bu qaydadan istifadə edə bilər.
Məsələ 51: Əbu Hənifə və Şafei məğbun üçün ğəbn ixtiyarının olduğuna inanmırlar, halbuki bizim məzhəbimizdə bu ixtiyar sübuta yetmişdir. Zahirən bu ixtiyar haqqının sübut olub-olmaması həmin aldanmış şəxsin qərarı qiymətə diqqətsizlik, malın hər qiymətə satılıb və alınması olduğu hallara şamil olmur. Fərz olunan bu halda zahirən ğəbn ixtiyar haqqı sübuta yetmir. Həmçinin müamilə edən iki tərəfin nəzəri artıq qiymətə deyil, bazar qiymətinə uyğun olaraq nəql-intiqal olmasıdır və aldanmış şəxs də aldadan şəxsin qiymətin yuxarı olmamasına dair sözünə etina etdiyi hallarda şamil olmur. Çünki zahirən hamının nəzərində bu kimi yerdə (alveri pozma) ixtiyarı satıcının aldatması cəhətindən sabitdir. Həmçinin bu haqq xüsusi ürfün nəzərində zehndə olan şərt əsasında fəsx haqqından başqa qiymət fərqini tələb etmək kimi sair haqq mövcud olduğu yerlərə şamil olmur. Hər halda İmamiyyə məzhəbi nəzərindən hər yerdə ğəbn ixtiyarı sübut olsa və sünnü məzhəbləri onu inkar etsələr, imami məzhəbində olan şəxs üçün növ`i təqass qəbilindən caizdir ki, sünnünü ğəbn ixtiyarının olmamasına məcbur etsin. Bu o yerdədir ki, sünnü məzhəbi hamıya, həmçinin İmami məzhəb olan şəxsə də nüfuzlu və cari olsun.
Məsələ 52: Hənəfi məzhəblilərin nəzərində sələm əqdi satılan şeyin əqd zamanında mövcud olması ilə şərtlənir, halbuki İmamiyyə fiqhi nəzərindən belə bir şərt etibarlı deyildir. Deməli, əgər hənəfi məzhəbi İmamiyyə məzhəbinə nüfuzlu olsa, belə ki, müştəri hənəfi məzhəbli olsa və satıcını bu əqdi batil etməyə məcbur etsə, İmamiyyə məzhəbli müştəri üçün də caizdir ki, “növi təqass” qaydasının tələbinə uyğun olaraq hənəfi satıcını bu əqdin batil etməyə məcbur etsin. Halbuki ondan sonra müştəri İmamiyyə məzhəbli olsa, həmin hökm caridir.
Məsələ 53: Sünnülərin nəzərinə əsasən irs aparanların irs payından artıq qalanlarını ölən şəxsin qardaşı kimi olan “əsəbə”sinə verilər. Lakin İmamiyyə məzhəbi bunun əksinədir. Məsələn, əgər bir kişi ölsə və yalnız bir qızı və bir qardaşı olsa, İmamiyyə nəzərindən gərək irsin yarısı qıza irs səhmi adı ilə verilsin, digər yarısı isə ona qaytarılma adı ilə verilsin. Ölənin qardaşına heç bir şey düşmür. Lakin sünnülərin nəzəri budur ki, fərz olunan bu halda ölənin irsinin yarısı onun qardaşına veriləcəkdir. Çünki o, meyitin “əsəbə”sindən (qardaşı kimi) sayılır. Belə ki, əgər sünnü məzhəbli şəxs İmami məzhəbdən olan bir şəxsin varisinə nafiz olarsa və irs paylarından artıq qalan ona verilməzsə, meyitin “əsəbə”si İmami məzhəb olsalar, əvəz çıxmaq qaydasına uyğun olaraq irsdən artıq qalan payları sünnü məzhəb varisindən ala bilərlər.
Məsələ 54: Sünnülərin nəzərində qadın öz ərindən qalan şeylərin hamısından istər mənqul olsun, istərsə torpaq və sair kimi qeyri mənqul irs aparır. Halbuki İmamiyyə məzhəbi nəzərindən qadın yerin əslindən, yaxud onun qiymətindən irs aparmır. Yalnız binanın və ağacların qiymətindən irs aparır onların əslindən yox. Buna əsasən əgər sünnü məzhəbi şiəyə nüfuzlu olarsa, belə ki, sünnü məzhəbli bir qadın yerdən, binanın və ağacların əslindən irs aparsa, əgər başqa vərəsəsi də İmami məzhəb olsa İmami məzhəbdən olan qadın da sair sünnü vərəsələr kimi, torpaqdan bina və ağacların əslindən ona çatan payı ala bilər.

18 -
Bədən yarmağın hökmləri

Məsələ 55: Ölü müsəlmanın bədənini yarmaq icazəli deyildir. Əgər bir kəs bu işi görərsə, diyə kitablarında qeyd olunan təfsilə əsasən ona diyə vermək vacib olur.
Məsələ 56: Ölü kafirin bədənini yarmaq, hansı qrupdan olsa belə, əgər sağlığında qanı möhtərəm deyildirsə caizdir. Lakin zimmi kafir olsa, ehtiyat-vacib budur ki, bədənini yarmaqdan çəkinsinlər. Əlbəttə, əgər onun bədəninin yarılması öz şəriətində caizdirsə, istər mütləq şəkildə, istərsə sağlığında bu işə icazə vermiş olsun və ya ölümündən sonra onun vəlisi icazə versin, bu kimi hallarda onun bədəninin yarılmasının caiz olması uzaq deyildir.
Əgər kafirin qanının həyatında toxunulmaz olmasında şəkk edilsə və bu barədə heç bir nişanə olmasa, onun bədənini yarmaq caizdir.
Məsələ 57: Əgər bir müsəlmanın canının qorunması digər müsəlmanın bədəninin yarılmasına (və ondan müəyyən üzvün götürülməsinə) bağlıdırsa, mümkün olan halda qanı möhtərəm olmayan, yaxud şəkli olan bir kafiri, bu da mümkün olmasa ondan başqa (ölü) bir kafiri yarmalıdırlar. Əgər bu da mümkün olmasa, müsəlman ölüsünü yarmaq caizdir.
Təlim və başqa məqsədlə müsəlman bədənini yarmaq icazəli deyildir. Amma bir müsəlmanın, hətta gələcəkdə belə canının qorunması buna bağlıdırsa, onda caizdir.

19 -
Bədən üzvlərinin köçürülməsi və onun hökmləri

Məsələ 58: Ölmüş müsəlmanın bədən üzvlərini, məsələn, gözünü, əlini və s. diri bir şəxsin bədəninə köçürmək üçün kəsilməsi icazəli deyildir. Əgər bir kəs bu işi görərsə, ona diyə verməsi lazımdır. Kəsilmiş üzvün dəfn edilməsi də vacibdir. Amma köçürmədən sonra həmin üzv diri insanın bədən üzvü sayılarsa, onu yenidən kəsmək vacib deyildir.
Məsələ 59: Əgər bir müsəlmanın həyatının qorunması ölmüş müsəlmanın bədən üzvünün kəsilməsinə bağlıdırsa, onun kəsilməsi caizdir. Lakin onu kəsən şəxsə diyə vacib olur. Hər zaman bu üzv diri insanın bədəninə köçürülsə, onun bir hissəsi sayılır və diri şəxsin bədənində olan hökmlər də ona aid olur.
Məsələ 60: Qeyd olunan məsələlərdə meyit dedikdə, məqsədimiz o şəxsdir ki, ağ ciyəri və ürəyi kamil şəkildə dayansın və yenidən işə düşməsin. Əgər bir nəfərin beyni ölsə, ürək və ağciyəri, hətta aparat vasitəsi ilə işləyib və öz vəzifələrini yerinə yetirsələr, ölü deyil. Onun bədən üzvlərini başqa bir diri şəxsə köçürmək üçün kəsmək heç bir yolla caiz deyil.
Məsələ 61: Diri insanın bədənindən hər hansı bir üzvü köçürmək üçün kəsilməsi insana mühüm bir ziyan yetirərsə, gözün, əlin, ayağın və bu kimi üzvlərin kəsilməsi kimi, icazəli deyil.
Amma çoxlu ziyanı olmasa, məsələn, ətinin, dərisinin və onurğa beynin bir hissəsini, yaxud böyrəyin biri sağlam olarsa, digər böyrəyi, can yiyəsi uşaq və dəli olmazsa, razı olduğu surətdə icazəlidir. Əks halda bir yolla caiz deyil. Onların (üzvlərin) kəsilməsi caiz olduğu yerlərdə bunların müqabilində pul almaq da caizdir.
Məsələ 62: Ehtiyacı olanlara qan hədiyyə eləmək, eləcə də onun müqabilində pul almaq caizdir.
Məsələ 63: Qanı toxunulmaz olmayan, yaxud şəkli olan ölmüş kafirin bədən üzvünü müsəlmana köçürmək üçün kəsmək caizdir. Köçürmədən sonra müsəlmanın bədəninin hökmləri o üzvə də şamil olur. Çünki onun bədənindən bir hissə kimi hesab olunur. Həmçinin it kimi nəcisül-eyn (zatən nəcis olan) heyvanın bədən üzvlərindən birini kəsib müsəlmanın bədəninə köçürməyin işkalı yoxdur. (Köçürüldükdən sonra da) müsəlman bədəninin hökmləri ona şamil olur. Çünki artıq diri şəxsin bədən üzvündən hesab olunur və o hissədə həyat vardır, pakdır və onunla namaz qılmaq caizdir.

20 -
Süni mayalandırma

Məsələ 64: Qadını ərindən başqasının mənisi ilə mayalandırmaq icazəli deyildir, istər ərli olsun, istər ərsiz, istər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə.
Məsələ 65: Əgər bir qadın, öz ərindən başqasının mənisi ilə mayalandırılsa və hamilə olub övlad dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yəni onu ərinin mənisi ilə mayalandırmaq istədikləri halda başqasının mənisi ilə səhv edilibsə, belə olan surətdə şübhəsiz övlad məni sahibinindir. Bu məsəlinin hökmü “vəty be şübhə” kimidir. Lakin belə bir mayalandırma agahlıq üzündən və qəsdən olarsa, yenə də övladın məni sahibinin olması uzaq deyildir və bütün nəsəb hökmləri, hətta irs onların arasında sabitdir. Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. Nütfənin bağlanmasına səbəb olan bir işin haram olmasına baxmayaraq, bu məsələ zina hökmündə deyildir.
Həmçinin bu övlad hər iki surətdə anasınındır və onunla sair övladları arasında heç bir fərqi yoxdur.
Əgər qadın öz ərinin nütfəsini müsahiqə (ləzbiyənlik) və sair yollarla başqa bir qadının bətninə daxil edərsə və o qadın hamilə olub övlad dünyaya gətirərsə, bu əməlin haram olmasına baxmayaraq, övlad nütfənin sahibinə və onu dünyaya gətirən qadına aiddir.
Məsələ 66: Əgər qadının yumurta hüceyrəsi və kişinin sperması götürülüb mayalandırıldıqdan sonra süni bətnə qoyulsa və bu işdən bir övlad dünyaya gəlsə, zahir budur ki, yumurta hüceyrə və spermanın sahiblərinə aid olur və bu övladla o iki şəxsin arasında bütün qohumluq hökmləri, hətta irs hökmü belə cari olur. Əlbəttə, əgər mayalandırılma yerinə yetməzdən öncə o ikisindən biri dünyadan getsə, övlad ondan irs aparmaz.
Məsələ 67: Əgər bir qadının mayalanmış yumurta hüceyrəsini başqa bir qadının bətninə qoysalar və orada inkişaf edib övlad dünyaya gəlsə, onun birinci qadına aid edilməsinin bir əsası vardır. Amma ehtiyat da tərk olunmamalıdır.
Məsələ 68: Qadının öz ərinin mənisi ilə mayalandırılması diri olarsa caizdir. Əlbəttə əgər bu iş baxışı haram olan yerlərə baxmağı, ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım tutursa, bu işin yerinə yetirilməsi ərindən başqasına icazəli deyildir. Amma zərurət halı istisna olunur. Məsələn, (təbii yolla) uşaq sahibi olmaq onun üçün çox çətin olsa, hətta başqalarının danlanması cəhətindən olsa və hamilə olmağı üçün də bundan başqa yol olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad da heç bir fərqi olmadan onların sair övladları kimidir. Amma qadının öz ərinin mənisi ilə mayalandırılması öləndən sonra ehtiyat-vacibə əsasən icazəli deyil. Əgər bu işi tutarlarsa uşağın onun olmasına baxmayaraq, uşaq ondan irs aparmır.

21 -
Əhali artımına nəzarətin hökmləri

Məsələ 69: Qadının ona mühüm bir ziyanı çatmadığı təqdirdə, ərinin bu işə razı olub-olmadığından asılı olmayaraq hamiləliyin qarşısını alan dərmanlardan istifadə etməsi caizdir. Əgər ərin şəri hüquqları ilə zidd olsa bu işi edə bilməz.
Məsələ 70: Qadının ona mühüm bir zərəri olmadığı təqdirdə hamiləliyin qarşısını alan cihazlardan və bu kimi şeylərdən istifadə etməsi caizdir. Amma onun fərcinə bu kimi cihazların qoyulması baxılması haram olan yerlərə nəzər salmağa bağlıdırsa, yaxud ləms etmək halal olmayan yerlərə ləms etməyini lazım tutursa, bu işin ərindən başqası tərəfindən yerinə yetirilməsi icazəli deyildir. Amma zərurət halı bundan istisna olunur. Məsələn, uşaq sahibi olmağın onun üçün zərəri olarsa və ya adətən dözülməz çətinlik yaradarsa, hamiləliyin qarşısını almağa başqa bir yol olmadığı, olarsa da zərər, yaxud çətinliyi olduğu halda istisna olunur. Bu, həmin cihazın nütfəni mayalandıqdan sonra məhv etməsi məlum olmadığı haldadır. Əgər məlum olarsa, ehtiyat-vacibə əsasən gərək hər halda tərk edilsin.
Məsələ 71: Qadının cərahiyyə əməliyyatı ilə rəhim (doğum) turbalıqlarını bağlatdırması, hətta daha heç bir vaxt hamilə olmayacağı təqdirdə də icazəlidir. Amma bu iş bədən örtülməsi vacib olan üzvlərin görünməsi və ya bəzi yerlərə əlcəksiz toxunmaq kimi işlər icazəli deyil. Qeyd etdiyimiz kimi, zərurət halları istisnadır. Amma bu iş uşaqlığın götürülməsi və ya yumurtalıq kimi bir üzvün kəsilməsi nəticəsində ciddi bir ziyana səbəb olarsa da bu işə icazə verilmir. Əgər müəyyən bir xəstəlik həmin zərurəti tələb etsə, bu istisnadır. Bu hökmün oxşarı kişilər haqda da cari olur. Əlbəttə əgər bu cərrahiyyə əməliyyatı ərindən başqasının əli ilə görülərsə və baxışı haram olan yerlərə baxmağa səbəb olarsa, ləms edilməsi haram olan bədənin üzvlərinə ləms edilməsini lazım tutarsa, bu halda bu iş icazəli deyildir. Yalnız zərurət halında caiz ola bilər, məsələn uşaq sahibi olmaq onun üçün zərərli olsa. Bu məsələnin hökmü tamamilə kişilərin barəsində də keçərlidir.
Məsələ 72: Nütfə bağlandıqdan sonra bətndə olan rüşeymi saldırmaq icazəli deyildir. Amma bətndə olan rüşeymin davam etməsi anaya çox
ziyan çatdırarsa və ya adətən dözülməz çətinlik yaradarsa, bu halda ruh daxil olmayıbsa, saldırması caizdir. Ruh daxil olduqdan sonra rüşeymi saldırmaq mütləq şəkildə icazəli deyildir. Əgər ana öz bətnində olanı saldırsa, miqdarı diyə kitablarında deyilən qədər diyə vermək ona vacib olur və onu uşağın atasına, yaxud bətnindəki uşağın vərəsələrinə verməlidir. Əgər ata uşağı saldırsa, diyə vermək ona vacib olur və onu anasına verməlidir. Əgər birbaşa həkimin vasitəsi ilə saldırılarsa, ata və ananın istəyi ilə olmasına baxmayaraq diyə ona vacib olur. Amma vərəsələr ona güzəştə getsələr onda vacib olmaz. Rüşeymi saldırdıqlarına görə beş min iki yüz əlli misqal gümüş versələr kifayətdir. Əgər rüşeym oğlan uşağı olsa, beş min iki yüz əlli misqal gümüş, qız uşağı olduqda isə bunun yarsını (öldürdükdən sonra) diyə versə kifayətdir. Ehtiyat-vacibə əsasən ana bətnində ölən rüşeymin də diyəsi bu qədərdir. Əgər rüşeym canlı olmayıb nütfə halında olsa, yüz əlli misqal gümüş, qan bağlasa (qan halında olsa) iki yüz on misqal gümüş, ət halında olsa üç yüz on beş misqal gümüş, sümük bağlayıbsa dörd yüz iyirmi misqal gümüş, bədən üzvləri kamil olsa beş yüz iyirmi beş misqal gümüş diyə verilməlidir. Ehtiyat-vacibə əsasən nə qədər ki, ruh bədənə daxil olmayıb, oğlanla qızın arasında fərq yoxdur.
Məsələ 73: Bəzi vacib əməlləri tamamlamaq üçün qadının adət günlərini təxirə salan dərmanlardan istifadə etməsi caizdir. Məsələn, oruc, həcc əməlləri və başqa hallarda. Bu şərtlə ki, bu iş ona mühüm bir ziyan çatdırmasın. Əgər bu dərmanlardan istifadə etdiyi halda ardıcıl olmayan qan görsə, adəti dövründə olsa belə, heyz hökmləri ona aid olmayacaqdır.

22 -
Dövlətin saldırdığı xiyaban və küçələrin hökmləri

Məsələ 74: Əvvəllər camaatın şəxsi əmlakı, evləri olan, sonradan dövlətin öz mülkiyyətinə keçirərək yol saldırdığı səkilərdə və xiyabanlarda hərəkət etmək caizdir. Əlbəttə, əgər bir kəs bu yerlərdən xüsusi bir yerinin dövlət tərəfindən zorla, onun sahiblərinə dəyən xəsarəti ödəmədən, yaxud onları razı salmadan istifadə etdiyini bilsə, qəsbi yerlər hökmünü daşıyacaq, orada hər növ təsərrüf, hətta o yerdən keçmək belə caiz olmayacaq. Amma onun malikini, yaxud vəlisini (atası, babası, yaxud o ikisinin tərəfindən təyin edilən qəyyumu) razı salsa, onda eybi yoxdur. Əgər malikini tanımasalar məchulul-malik hökmlərinə malik olacaq və bu barədə şəriət hakiminə müraciət edilməlidir. Həmin məsələdən bu kimi torpaqların yerdə qalan hissələrinin də hökmü aydın olur. Belə ki, malikinin icazəsi olmadan onlardan istifadə etmək icazəli deyildir.
Məsələ 75: Məscid, hüseyniyyə, qəbiristan və yol üzərində salınmış olan ümumi vəqf yerlərində yol getmək, oturmaq və bu kimi istifadələr etmək caizdir. Lakin bu cür təsərrüflər xüsusi vəqf yerlərindən olan mədrəsə və bu kimi şeylərin yerindən, kimə vəqf olunubsa onlardan başqasında caiz olması işkallıdır.
Məsələ 76: Prospekt və küçələrdə yerləşən məscidin torpağı vəqf olmaqdan xaric olmur, lakin məscid ünvanı ilə gələn hökmlərə malik deyildir. O cümlədən onu nəcis etməyin haram, nəcis olduqda paklamağın vacibliyi, cünub, haiz və nəfsa qadınların orada dayanmağının haramlığı kimi hökmlər ona şamil olmur.
Əgər məscidin qalan yerləri məscid olmaq ünvanından xaric olmayıbsa, məscidlə əlaqədar olan bütün hökmlər ona aid olacaq. Lakin məscid olmaq ünvanından xaric olubsa, məsələn hər hansı bir zalım onu dükan, məkan, yaxud başqa bir evə çeviribsə, məscid hökmü ona aid olmaz, ondan bütün halal faydalar caizdir. Amma qəsbin təsdiq olunmasına səbəb olarsa icazəli deyildir.
Məsələ 77: Məscid uçurulduqdan sonra ondan qalan əsərlər - daşı, taxtaları, dəmirləri və onun vasitələri, o cümlədən çıraqları, istilik və soyuqluq verən şeyləri, əgər həmin məscidə vəqf olunmuşsa, onların başqa məscidə sərf olunması vacibdir. Əgər bu iş mümkün olmazsa, ümumi xalq mənafeyində istifadə edilməlidir. Onları satmaqdan başqa yolla istifadə etmək mümkün olmazsa, gərək mütəvəlli, yaxud onlardan istifadə etmək haqqına malik olan şəxs onları sataraq başqa məscidlərə istifadə etsin.
Məscidin yerdə qalmış əsərləri onun mülkü olarsa, məsələn, məscidə vəqf olunmuş malın eyninin mənfəətindən məscid üçün alınmışsa bunların özünün başqa məscidlərə sərf olunması vacib deyildir. Əksinə, mütəvəlli, yaxud onlarda təsərrüf etmək haqqına malik olan bir şəxsin məsləhət gördüyü təqdirdə onları satıb pulunu başqa məscidə xərcləməsi caizdir.
Bu qeyd olunan hökm ümumi vəqf olunan yerlərin, o cümlədən yol üstündə yerləşən mədrəsələrin və Hüseyniyyələrin üzərinə də gəlir.
Məsələ 78: Yol üzərində yerləşən müsəlman qəbiristanlığının, eləcə də şəxsi, ya ümumi vəqflərdən olan qəbiristanlığın əmlakının hökmü qeyd olunanlardan aydın olur. Bu, qəbiristanın torpağında gediş-gəlişin müsəlman ölülərinin hörmətsizliyinə səbəb olmadığı haldadır. Əks halda orada gediş-gəliş icazəli deyil. Lakin qəbiristan bir şəxsin mülkü, yaxud vəqf olmazsa, hörmətsizlik olmadığı təqdirdə hər növ istifadə etməyin işkalı yoxdur.
Bu məsələdən qəbiristanlığın yola salınmayan hissələrinin hökmləri aydın olur. Belə ki, birinci halda (şəxsi əmlak olduqda) onlardan istifadə etmək və ya satmaq malikinin icazəsi olmadan icazəli deyildir. İkinci halda isə (ümumi vəqflərdən olarsa) mütəvəllinin, yaxud onda təsərrüf etmək haqqına malik olan şəxsin icazəsi olmadan icazəli deyildir. Onun pulu sair müsəlman qəbiristanlıqlarında istifadə edilməlidir. Ehtiyat-vacibə görə yaxında olan qəbiristanlıq bu işə daha üstündür. Üçüncü halda bir kəsin icazəsinə ehtiyac duyulmadan ondan istifadə etmək caizdir. Belə ki, əgər bu iş başqalarının mülkündən xarab olmuş qəbirlərin əsərlərindən istifadə etməyə səbəb olmasın.

23 -
Namaz və oruc haqqında müxtəlif məsələlər

Məsələ 79: Əgər oruc tutan bir şəxs gün batdıqdan sonra öz şəhərində iftarını açmadan təyyarə ilə qərb tərəfə səfər etsə və günəşin hələ batmadığı bir yerə çatsa, həmin yerdə gün batana qədər özünü oruc saxlaması vacib deyildir. Lakin ehtiyat müstəhəb orucunu açmaqdan çəkinməsidir.
Məsələ 80: Əgər mükəlləf öz şəhərində sübh namazını qıldıqdan sonra qərbə tərəf səfər etsə və sübhün açılmadığı bir yerə çatsa və sübh açılana qədər orada qalsa; yaxud zöhr namazını öz yerində qılıb sonra günorta olmadığı bir yerə səfər etsə və günorta daxil olana qədər orada qalsa; yaxud məğrib namazını öz şəhərində qılıb sonradan səfərə getsə və hələ günəşin batmadığı bir yerə çatıb gün batana qədər orada qalsa fərz olunan bu halların hamısında namazı yenidən qılmaq vacib deyil. Amma ehtiyat-müstəhəb budur ki, onu yenidən qılsın.
Məsələ 81: Əgər bir şəxs namaz qılmasa, nəticədə onun vaxtı keçsə, sonradan təyyarə ilə hələ namaz qılmağa vaxt olan bir yerə getsə ehtiyat-vacibə görə gərək namazını mafiz-zimmə niyyəti ilə, yəni əda və qəza niyyəti etmədən yerinə yetirsin.
Məsələ 82: Əgər mükəlləf təyyarə ilə səfər etsə və orada namaz qılmaq istəsə, namaz vaxtı üzü qibləyə olmaq, bədənin aramlaşması və sair şərtlərə riayət etməklə namazını qılsa namazı səhihdir. Əks halda əgər vaxtı olsa, onda təyyarədən çıxandan sonra şərtlərə malik olan namazı qılmağa imkanı olsa, ehtiyata əsasən təyyarədə qıldığı namaz səhih deyil. Lakin vaxt dar olsa vacibdir ki, namazı təyyarənin içində qılsın. Belə olan halda əgər qiblənin istiqamətini bilsə həmin istiqamətə qılmalıdır. Zərurət halı istisna olmaqla qiblənin şərtlərinə riayət etmədən namazı səhih olmaz. Bu halda gərək təyyarə hər vaxt qiblə səmtindən dönsə o qibləyə tərəf dönsün və döndüyü zaman zikr və qiraəti deməsin. Qiblənin özünə diqqət yetirə bilməsə sağ əli ilə sol əli arasında olan istiqamətlərə diqqət yetirməlidir. Əgər qiblənin istiqamətini bilməsə onu təyin etmək üçün çalışmalı və öz gümanına əsasən əməl etməlidir. Əgər güman əldə edə bilməsə, namazını qiblə olmasına ehtimal verdiyi hər tərəfə qıla bilər. Amma müstəhəb-ehtiyata əsasən namazı dörd istiqamətdə qılsın. Bu, qibləni tanıyıb üzü qibləyə dayana bildiyi haldadır. Əgər təkbirətül-ehramdan başqa bunu yerinə yetirə bilməsə, onunla kifayətlənsin əgər ümumiyyətlə bacara bilməsə üzü qibləyə dayanmaq şərti qüvvədən düşür.
İnsanın namazın vaxtından əvvəl ixtiyari halda təyyarə ilə səfər etməsi caizdir. Hərçənd bilsə ki, təyyarənin içərisində namazın bədənin aramlaşması və qiblə kimi şərtlərinə malik olmayacaq.
Məsələ 83: Əgər bir şəxs sürəti yerin fırlanma sürəti ilə bir olan bir təyyarəyə minsə və yerin şərqindən qərbinə doğru hərəkət edib bir müddət yerin ətrafına fırlansa, ehtiyat-vacib budur ki, hər iyirmi dörd saatda beşlik təşkil edən namazları mütləq qürbət niyyəti ilə yerinə yetirsin. Lakin orucun qəzasını etməlidir.
Əgər təyyarənin sürəti yerin fırlanma sürətindən iki qat artıq olsa, təbiidir ki, hər on iki saatda bir dəfə yerin ətrafına fırlanacaqdır və iyirmi dörd saatda iki dəfə sübhün açılışını, iki dəfə günortanı və iki dəfə qürubu görəcəkdir. Ehtiyat-vacib budur ki, hər sübh açılanda sübh namazını, hər günorta zamanı zöhr və əsr namazını və hər qürubdan sonra məğrib və işa namazını qılsın.
Əgər daha yüksək sürətlə yerin ətrafına fırlansa, məsələn, hər üç saat, yaxud daha az bir zamanda yerin ətrafına fırlansa, hər sübh açılanda günorta və qürubda namaz vacib deyil. Ehtiyat-vacib budur ki, hər iyirmi dörd saatda mütləq qürbət qəsdi ilə beşlik namazları yerinə yetirsin. Bunu da nəzərə alsın ki, sübh namazını fəcr açılanla günəş doğan vaxt
arasında, zöhr və əsr namazını günorta ilə qürub arasında, məğrib və işa namazını qürubla gecə yarısı arasında qılsın.
Bu məsələdən aydın olur ki, əgər onun sürəti yerin hərəkət sürətinə bərabər olsa və məğribdən məşriğə doğru getsə, gərək beşlik namazları öz vaxtlarında qılsın. Həmçinin əgər onun sürəti yerin sürətindən az olsa da, hökm eynidir. Amma onun sürəti yerin sürətindən daha artıq olsa, məsələn hər üç saatda, yaxud ondan az vaxtda yerin ətrafına dolansa, onun məsələsi qeyd olunanlardan aydın olur.
Məsələ 84: Əgər səfərdə vəzifəsi oruc tutmaq olan bir şəxs sübh açılandan sonra öz şəhərində oruc niyyəti edib hava yolu ilə səfər etsə və hələ sübh açılmadığı bir şəhərə çatsa, sübh açılana qədər yeyib içə bilər.
Məsələ 85: Əgər bir şəxs Ramazan ayında günortadan sonra öz şəhərindən səfər edib hələ günorta olmamış bir şəhərə çatsa ehtiyat-vacibə görə orucunu açmamalı və onu sona çatdırmalıdır.
Məsələ 86: Əgər bir şəxsin vəzifəsi səfərdə oruc tutmaq olsa və öz yerində Ramazan ayının hilalını gördükdən sonra üfüqün fərqli olmasına görə hələ hilalın görünmədiyi bir yerə getsə, həmin günün orucu ona vacib deyildir. Əgər Şəvval ayının hilalını gördüyü bir ölkədə bayram keçirib sonra bir yerə getsə ki, üfüqün fərqli oluğuna görə hələlik hilal orada görünməyib, ehtiyat-vacibə görə gərək o günün qalanını orucunu açmasın və onun qəzasını da yerinə yetirsin.
Məsələ 87: Əgər mükəlləf ilin altı ayının gecə, altı ayının gündüz olduğu yerdə olsa, ehtiyat-vacibə görə namazında hər iyirmi dörd saatda bir gecə-gündüz olan ora ən yaxın məkanı nəzərə almalıdır. Mütləq qürbət niyyəti ilə beşlik namazlarını həmin yerin üfüqünə uyğun yerinə yetirməlidir. Oruc barəsində də vacibdir ki, Ramazan ayında oruc tuta biləcəyi bir şəhərə getsin, yaxud ondan sonra gedib qəzasını etsin. Əgər bunu edə bilməsə, oruc əvəzinə fidyə verməlidir. Lakin hər iyirmi dörd saatında gecə-gündüz olan bir şəhərdə olsa, hətta gündüzü iyirmi üç saat, gecəsi isə bir saat, ya əksinə olsa onun namazının vaxtı xüsusi vaxtlara tabedir.
Amma oruca gəldikdə isə mümkün olduğu qədər Ramazan ayının orucunu tutması vacibdir. Mümkün olmadığı təqdirdə ondan götürülür. Əgər onun qəzasını yerinə yetirə bilərsə, qəzası ona vacib olur, əks halda fidyə verməsi lazımdır.

24 -
Lotoreya biletləri

Bəxt yoxlama biletləri bir vərəqədir ki, bəzi şirkətlər onu müəyyən məbləğə satır. Onlar iltizam verirlər ki, bu vərəqələri alanların içərisində püşk ataraq püşk kimin adına çıxsa, ona müəyyən məbləğdə mükafat versin. Bu iş bir neçə vəch ilə təsəvvür olunur:
1-Pulu həmin vərəqin müqabilində püşk atmada udmaq və mükafatı əldə etmək ehtimalı ilə versin. Bu halda müamilə şəksiz haram və batildir. Əgər bir kəs bu haram işə mürtəkib olub püşk atanda udsa, püşk atan şirkət dövlətin olsa, hədiyyə ünvanı ilə aldığı məbləğ məchulul-malikdir. Onda təsərrüf etmək şəriət hakiminə müraciət etməklə şərtlənir. Əgər o özəl şirkət olsa, o halda təsərrüf etmək caizdir ki, hətta malı olmadığını bilsə belə sahibinin onun təsərrüf etməsinə razı olmasını bilsin.
2- Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək deyil, mədrəsə, məktəb, körpü saldırmaq kimi xeyriyyə işlərində iştirak edib maddi kömək etmək olsa, bu halda işkalı yoxdur. Bu halda əgər püşk bir adamın adına çıxsa, belə ki, şirkət dövlətin olsa da, mükafatı almaq ehtiyat-vacibə görə şəriət hakiminin icazəsi ilə və ona müraciət etməklə ondan istifadə etməyin işkalı yoxdur. Əgər dövlət şirkəti olmazsa, verilən hədiyyədən istifadə etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur.
3- Pul verməkdə məqsəd şirkətə borc vermək olsun. Belə ki, vərəqəni alan müəyyən məbləği, misal üçün, altı aylıq şirkətə borc verir. Şirkətin də vəzifəsi bu olur ki, qeyd olunan məbləği qaytarmaqdan əlavə, püşk atmaqla adı çıxan şəxsə müəyyən məbləği mükafat adı ilə versin. Bu müamilə haramdır. Çünki ribalı borcdan hesab olunur.

Vəlhəmdu lillahi əvvələn və axirən
ŞƏRİ TERMİNLƏRİN İZAHI → ← İRSİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français