Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
VƏSİYYƏTİN HÖKMLƏRİ →
← AND İÇMƏYİN HÖKMLƏRİ
VƏQFİN HÖKMLƏRİ
Məsələ 2641: Əgər bir şəxs bir şeyi vəqf edərsə, onun mülkündən çıxmış olur. Özü və başqaları onu bağışlaya və ya sata bilməzlər. Heç kəs o mülkdən irs apara bilməz. Amma bəzi yerlərdə 2052 və 2053-cü məsələdə deyildiyi kimi onu satmağın eybi yoxdur.
Məsələ 2642: Vəqfin siğəsini ərəbcə oxumaq lazım deyil, hətta məsələn, “bu kitabı tələbələrə vəqf etdim” deyərsə, vəqf səhihdir. Hətta vəqf əməllə də gerçəkləşir, məsələn, bir həsiri vəqf niyyətilə məscidə sərərsə və ya bir binanı məscid şəklində, məscid niyyəti ilə tikərsə, vəqf olmağı gerçəkləşər. Lakin təkcə niyyətlə vəqf olmağı gerçəkləşmir. Vəqfin səhih olması üçün bir şəxsin qəbul etməsi lazım deyil, istər ümumi vəqf olsun, istərsə xüsusi. Həmçinin qürbət qəsdi də lazım deyil.
Məsələ 2643: Əgər bir mülkü vəqf üçün müəyyən etsə və vəqf siğəsi oxunmazdan qabaq peşman olsa ya ölsə, vəqf gerçəkləşmir. Xüsusi vəqfdə də kimə vəqf edilibsə, o, vəqfi ixtiyarına keçirməzdən qabaq ölərsə eyni hökmü daşıyır.
Məsələ 2644: Bir malı vəqf edən şəxs gərək vəqf etdiyi vaxtdan malı daimi vəqf etsin. Əgər desə ki, “bu mal mən öləndən sonra vəqf olsun”, siğə oxunan zamandan o ölənə qədər vəqf olmadığına görə səhih deyil, yaxud desə ki, 10 ilə kimi vəqf olunsun və ondan sonra vəqf olunmasın, ya desə ki, 10 il vəqf olub, sonra 5 il vəqf olmasın və ondan sonra yenə də vəqf olsun, vəqf səhih deyil. Amma bu halda o yeri həbs etmək (istifadədən saxlamaq) qəsdi olsa, həbsi gerçəkləşir.
Məsələ 2645: Xüsusi vəqf o halda düz olar ki, vəqf etdiyi malı vəqf olunan kəslərin, ya onların vəkil və ya vəlisinin istifadəsinə buraxsın. Birinci təbəqədən olanların təsərrüf etməsi kifayətdir. Əgər onların bəzisi təsərrüf etsə, yalnız onların nisbətində səhihdir. Amma bir şeyi öz səğir övladı üçün vəqf etsə malın eyni onun əlində olsa kifayətdir və vəqf səhihdir.
Məsələ 2646: Məscid, mədrəsə və s. bu kimi ümumi vəqflərdə qəbz şərt deyil və vəqf sadəcə vəqf etməklə gerçəkləşər.
Məsələ 2647: Vəqf edən, gərək aqil, baliğ olsun, öz qəsdi və ixtiyarı ilə vəqf etsin və həmçinin şərən öz malında istifadə edə bilsin. Buna görə də səfehin (yəni malını bihudə yerdə xərcləyən) öz malından istifadə etməyə haqqı olmadığına görə əgər bir şeyi vəqf etsə, səhih deyildir.
Məsələ 2648: Əgər bir malı ana bətnində olan və dünyaya gəlməmiş bir uşağa vəqf etsə, o vəqfin səhihliyi işkallıdır və lazımdır ki, ehtiyata riayət olunsun. Amma hal-hazırda mövcud olan şəxslərə və onlardan sonra dünyaya gələn şəxslərə vəqf edərsə, vəqf gerçəkləşən zamanda onlar ana bətnində olmasalar da, vəqf mühəqqəq olar. Məsələn, bir şeyi uşaqlarından sonra nəvələrinə aid olub, hər bir dəstə əvvəlki dəstədən sonra ondan istifadə etməsilə uşaqlarına vəqf edərsə səhihdir.
Məsələ 2649: Bir şeyi özü üçün vəqf edərsə, məsələn, dükanının gəlirini öz borclarını ödəməyə, ibadətləri üçün əcir tutulmasına xərcləməyi vəqf edərsə səhih deyildir. Amma bir malı fəqirlərə vəqf edərsə və özü də fəqir olsa, orada sakin ola bilər. Əgər icarə pulu fəqirlərin arasında bölüşdürülsün deyə vəqf etsə və özü də fəqir olsa, o maldan özünün götürməsi işkallıdır.
Məsələ 2650: Əgər vəqf etdiyi şey üçün nəzarətçi müəyyən etsə, gərək onun qərar qoyduğuna mütabiq əməl etsin. Əgər müəyyən etməsə, belə ki, məxsusi şəxslərə, məsələn; öz övladına vəqf etsə, ondan istifadə etmək ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa çatmamış olsalar, ixtiyar onların vəlisinindir və vəqfdən istifadə etmək üçün şəriət hakiminin icazəsi lazım deyil. Amma vəqfi təmir etmək və gələcək nəsillərin mənfəətinə olaraq onu kirayə vermək kimi, vəqfin və ya gələcək nəsillərin məsləhəti olan məsələlərdə ixtiyarı şəriət hakiminin əlindədir.
Məsələ 2651: Bir mülkü, məsələn, fəqirlərə, yaxud seyidlərə və ya qazancı xeyir işlərə sərf edilmək üçün vəqf edərsə, o mülk üçün bir nəzarətçi təyin etməyibsə, onun ixtiyarı şəriət hakiminin əlindədir.
Məsələ 2652: Əgər bir mülkü xüsusi şəxslərə, məsələn; öz övladına vəqf etsə ki, hər bir nəsil öz növbəsində ardıcıl ondan istifadə etsin, belə ki, nəzarətçi onu icarəyə versə və ölsə, icarə batil olmaz. Amma əgər nəzarətçisi olmasa və onlara mülk vəqf etmiş şəxslərin bir təbəqəsi onu icarə versələr və icarənin müddəti əsnasında ölsələr, belə ki, onlardan sonrakı təbəqə icarəyə imza qoymasalar, icarə batil olar. Belə halda icarə edən, bütün müddətin icarəsinin haqqını veribsə, icarənin haqqını onların öldüyü zamandan icarənin müddətinin axırına qədər onların malından götürəcək.
Məsələ 2653: Əgər vəqf olunan malın özü xarab olarsa, vəqfliyindən çıxmır. Lakin vəqf olunan şey məxsusi bir ünvana qəsd olunmuşsa və o ünvan aradan gedərsə, vəqf batil olur. Məsələn, bir bağçanı bağça olaraq vəqf etmişlərsə, xarab olduğu təqdirdə vəqf batil olur. O mülk isə vəqf edənin varislərinə qayıdır.
Məsələ 2654: Bir qismi vəqf olub, digər bir qismi vəqf olunmayan bir mülk bölünməyibsə, vəqfin nəzarətçisi və vəqf olmayan hissənin maliki vəqf malını ayıra bilər.
Məsələ 2655: Əgər vəqfin nəzarətçisi xəyanət etsə, məsələn, vəqfin gəlirini müəyyən olunmuş məsrəflərə çatdırmasa, şəriət hakimi inanılmış bir adamı ona qoşmalıdır ki, xəyanət etməyə mane olsun. Mümkün olmayan halda isə, onu işindən uzaqlaşdırıb yerinə inanılmış bir şəxsi nəzarətçi təyin edə bilər.
Məsələ 2656: Hüseyniyyə üçün vəqf olunan xalçanı namaz qılmaq üçün məscidə, hətta məscid hüseyniyyəyə yaxın olsa belə apara bilməzlər. Amma Hüseyniyyənin mülkü olsa, nəzarətçinin icazəsi ilə başqa yerə aparmaq olar.
Məsələ 2657: Müəyyən mülkü bir məscidin təmiri üçün vəqf edərlərsə, əgər o məscidin təmirə ehtiyacı olmayıb, yaxın bir zamanda da təmir ehtiyacı olmayacaqsa, o mülkün gəlirlərini sonradan həmin məscidin təmirlərinə istifadə etmək üçün toplayıb saxlamaq mümkün olmasa, ehtiyat-lazım budur ki, o mülkün gəlirləri vəqf edən şəxsin niyyətinə ən yaxın olan işlərə xərclənsin. Məsələn, ondan həmin məscidin digər ehtiyaclarında və ya başqa bir məscidin təmirində istifadə olunmalıdır.
Məsələ 2658: Əgər bir mülkün gəlirinin məscidin təmirinə, imam-camaata və məsciddə azan deyən şəxsə xərclənməsi üçün vəqf etsə, əgər hər biri üçün bir miqdar müəyyən etmiş olsa, gərək həmin cür xərcləsinlər. Əgər təyin etməyibsə, gərək əvvəl məscidi təmir etsinlər, əgər bir şey artıq qalarsa, mütəvəlli (nəzarətçi) onu məsləhət bildiyi şəkildə imam-camaatla, azan deyənin arasında bölər. Yaxşısı budur ki, bu iki nəfər öz aralarında bölən zaman sülh etsinlər.