ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

TƏLAQIN HÖKMLƏRİ → ← NİKAHIN HÖKMLƏRİ

SÜD VERMƏNİN HÖKMLƏRİ


Məsələ 2430: Əgər qadın bir uşağa 2440-cı məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq oğlan olsa aşağıdakı qadınlara və əgər qız olsa aşağıdakı kişilərə məhrəm olur:
1. O qadının özünə, ona süd anası deyilir;
2. O qadının ərinə ki, süd ona məxsusdur və ona da süd atası deyilir;
3. O qadının atası və anasına hər nə qədər yuxarı getsələr də; (hətta onun süd anası və süd atası da olsa.)
4. O qadından dünyaya gəlmiş, yaxud dünyaya gələcək uşaqlara;
5. O qadının övladlarının uşaqlarına; nə qədər aşağı getsə də; istər onun övladından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlara süd vermiş olsun;
6. O qadının bacı və qardaşına; hətta süd bacısı və qardaşı da olsa; (Yəni, süd əmizdirilməsi səbəbilə o qadınla bacı-qardaş olmuşlar).
7. O qadının əmisi və bibisinə; hətta süd əmisi və ya süd bibisi də olsa;
8. O qadının xalası və dayısına; hətta süd dayısı və süd xalası da olsa;
9. O qadının ərinin övladlarına, (süd o ərin malıdırsa), nə qədər aşağı getsə, hətta onun süd övladları da olsa;
10. O kişinin ata-anası və nə qədər yuxarı getsə.
11. Süd ilə əlaqədar olan ərin bacı-qardaşı, süd bacı-qardaşı olsa da.
12. Süd ilə əlaqədar olan ərin əmisi, bibisi, xalası, dayısı və nə qədər yuxarı getsə də. Süd əmməklə olsalar belə. Süd verməklə məhrəm olan başqa kəslər sonrakı məsələlərdə deyiləcək.
Məsələ 2431: Əgər qadın bir uşağa 2440-cı məsələdə deyilən) şərtlərlə süd versə, o uşağın atası, həmin qadından dünyaya gələn qızlar ilə evlənə bilməz. Belə ki, onlardan biri hal-hazırda onun arvadı olsa, onun əqdi batil olur. Amma o qadının süd qızları ilə evlənməyi caizdir. Hərçənd, ehtiyat-müstəhəb budur ki, onlarla da evlənməsin. Həmçinin ehtiyat-vacibə görə süd onun malı olduğu ərin qızlarını və hətta süd qızları olsalar belə, özü üçün əqd edə bilməz. Əgər onlardan biri arvadı olsa, onun əqdi ehtiyat-vacibə görə batil olar.
Məsələ 2432: Əgər qadın bir uşağa 2440-cı məsələdəki şərtlər ilə süd versə, o qadının əri ki, süd ona məxsusdur, o uşağın bacılarına məhrəm olmaz. Həmçinin ərin qohumları, o uşağın bacı və qardaşlarına məhrəm olmazlar.
Məsələ 2433: Əgər qadın bir uşağa süd versə, o uşağın qardaşlarına məhrəm olmaz. Həmçinin o qadının qohumları süd yemiş uşağın bacı-qardaşlarına məhrəm olmaz.
Məsələ 2434: Əgər insan bir qıza kamil süd vermiş qadın ilə evlənib və onunla yaxınlıq etsə, sonradan o qızı özü üçün əqd edə bilməz.
Məsələ 2435: Əgər insan bir qız ilə evlənsə, sonradan o qıza kamil şəkildə süd vermiş qadın ilə evlənə bilməz.
Məsələ 2436: İnsan anasının, ya nənəsinin kamil süd verdikləri qız ilə evlənə bilməz. Həmçinin əgər insanın atasının arvadı, atasına məxsus olan süd ilə bir qıza süd versə, insan o qız ilə evlənə bilməz. Belə ki, süd əmən qızı özü üçün əqd etsə, sonra anası, nənəsi və ya atasının arvadı o qıza süd versə, əqd batil olar.
Məsələ 2437: İnsan, bacısının və ya qardaşı arvadının qardaşına məxsus olan südündən kamil süd verdiyi bir qız ilə evlənə bilməz. Həmçinin insan bacısı uşağı və ya qardaşı uşağının və ya bacısı, ya qardaşı nəvəsinin süd verdiyi qız ilə evlənə bilməz.
Məsələ 2438: Əgər bir qadın öz qızının uşağına kamil süd versə, o qız öz ərinə haram olur. Həmçinin qızın ərinin başqa qadından olan uşağına süd versə eyni qayda ilə. Amma bir qadın öz oğlunun uşağına süd versə, oğlunun arvadı ki, süd verən uşağın anasıdır, öz ərinə haram
olmaz.
Məsələ 2439: Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına atasına məxsus olan süddən versə, 2432-ci məsələdə deyilən ehtiyata görə o qız öz ərinə haram olar, istər uşaq o qızdan olsun, istərsə başqa qadından.

Məhrəmliyə səbəb olan südvermənin şərtləri

Məsələ 2440: Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var:
1. Uşaq diri qadının südünü əmsin. Deməli, əgər süd vermədə şərt olan südün bir qismini ölmüş qadının döşündən əmsə, faydası yoxdur (məhrəmliyə səbəb olmur).
2. O qadının südü şəri doğumdan olsun, hərçənd vətyi-şübhədən olsa belə; deməli, əgər doğumdan olmayan südü, yaxud zinadan dünyaya gəlmiş uşağın südünü başqa uşağa versələr, o süd ilə uşaq heç kəsə məhrəm olmaz.
3. Uşaq südü döşdən əmsin, deməli, əgər südü onun boğazına töksələr, təsiri yoxdur (məhrəmliyə səbəb olmur.).
4. Süd xalis olsun və başqa şeylə qarışmasın.
5. Məhrəmliyə səbəb olan süd bir ərdən olsun; deməli, süd verən qadına talaq verilsə, sonra başqasına ərə getsə və ondan hamilə olsa, doğana qədər birinci ərdən südü qalsa, məsələn, 8 dəfə doğmamışdan qabaq birinci ərin südündən, yeddi dəfə isə doğandan sonra ikinci ərin südündən bir uşağa versə, o uşaq bir kəsə məhrəm olmaz.
6. Uşaq südü qusmamalıdır, əgər qussa təsiri yoxdur (məhrəmliyə səbəb olmur).
7. Uşağa süd vermək o miqdarda olsun ki, sümükləri o süddən bərkisin və bədəninə ət gəlsin. Əgər məlum olmasa ki, bu həddə yetişib ya yox, belə ki, bir gecə-gündüz, ya on beş dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə, yenə də kifayətdir. Amma uşağın bir gecə-gündüz ya ona on beş dəfə süd əmməsinə baxmayaraq bu südün uşağın sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsinə təsir olmadığı məlum olsa, belə hallarda ehtiyat-vacibə əməl etmək tərk olunmamalıdır. Deməli, qeyd olunan hallarda gərək (onlarla) evlənməsin və məhrəmcəsinə nəzər salmasın.
8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir kəsə məhrəm olmaz. Hətta əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma süd verən qadının, doğmasından iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq deyilən kəslərə məhrəm olar.
Məsələ 2441: Keçən məsələdən məlum oldu ki, südün məhrəmliyə səbəb olmasının üç meyarı var:
1- Südü elə bir həddə əmsin ki, camaat arasında ət əmələ gəlməsinə, sümüyün bərkiməsinə səbəb sayılsın. Onun da şərti budur ki, yalnız südün (bu işdə) rolu olsun, onunla yanaşı yemək yeməsin. Amma bir az yemək yesə və təsiri olduğunu deməsələr, eybi yoxdur. Əgər iki qadından süd əmsə, belə ki, ət-sümüyün əmələ gəlməsinin bir qismi bir qadına,
digər qismi isə ikinci qadına istinad edilərsə, onların hər ikisi süd anası sayılacaq. Əgər ikisinə birlikdə istinad verilsə, haramlığa (məhrəmliyə) səbəb olmaz.
2- Zaman hesabı ilə; onun da şərti budur ki, bir gecə-gündüz əsnasında yemək yeməsin, yaxud başqa bir kəsin südünü əmməsin. Amma su içsə, ya dərman qəbul etsə, ya çox az yemək yesə, belə ki, “arada yemək yeməyib” deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yesin və bunun qarşısı alınmamış olsun. Hətta ehtiyat-vacibə görə gecə-gündüzün əvvəlini o vaxtdan hesablamalıdırlar ki, uşaq acmış olsun, axırı isə onun doyduğu vaxtdır.
3- Sayın hesablanması, yəni on beş dəfəni bir qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin. Amma onların arasında yemək yeməsinin zərəri yoxdur, on beş dəfənin arasındakı zaman fasiləsinin də eybi yoxdur, hər dəfə də kamil süd əmməlidir. Yəni ac olsun və tam doyuncaya qədər süd əmsin. Əgər süd əmən zaman nəfəs çəksə, ya bir az gözləsə, belə ki, döşü ağzına alıb əmdiyi birinci zamandan doyana qədər bir dəfə hesab olsa eybi yoxdur.
Məsələ 2442: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə getsə və ikinci ərinin südündən bir uşağa süd versə, o iki uşaq bir-birinə məhrəm olmaz.
Məsələ 2443: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı bir-birinə, ərə və süd verən qadına məhrəm olarlar.
Məsələ 2444: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olurlar.
Məsələ 2445: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn, uşağa səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz.
Məsələ 2446: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar.
Məsələ 2447: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı, ya qardaşı qızı olan qadınlar ilə evlənə bilməz. Həmçinin əgər nabaliğ bir oğlan ilə ləvat etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yəni süd əmməklə onun qızı, bacısı və anası olub, özü üçün əqd edə bilməz. Bu hökm ehtiyat-vacibə əsasən ləvat edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir.
Məsələ 2448: İnsanın qardaşına süd verən qadın insana məhrəm
olmaz.
Məsələ 2449: İnsan iki bacı ilə, süd əmməklə bir-birinə bacı olsalar da, evlənə bilməz. Belə ki, iki qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacıdırlar, onların əqdi eyni vaxtda olmuşsa, hər ikisi batildir və əgər bir vaxtda olmayıbsa, “birinci” əqd səhih, “ikinci” əqd batildir.
Məsələ 2450: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd versə, əri ona haram olmaz.
1. Öz bacısı və qardaşına.
2. Öz əmi, bibi, dayı və xalasına və onların övladlarına.
3. Öz nəvələrinə, hərçənd qız nəvəsi ilə əlaqədar (südvermədə) qızı öz ərinə haram olur.
4. Öz qardaşı uşağına, ya bacısı uşağına.
5. Öz ərinin qardaşına, ya bacısına.
6. Ərinin qardaşı uşağına və ya bacısı uşağına.
7. Ərinin xala, dayı, əmi və bibisinə.
8. Öz ərinin başqa arvadından olan nəvəsinə.
Məsələ 2451: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm olmaz.
Məsələ 2452: İki arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, öz ərinə haram olmaz.

Süd verməyin qaydası

Məsələ 2453: Uşağa süd vermək ilk növbədə onun anasının haqqıdır. Atanın haqqı yoxdur ki, (süd vermək üçün) uşağı başqa adama versin. Əgər ona muzd istəsə, ata da pulsuz, yaxud az pul alan bir dayə tapsa, bu halda atası uşağı dayəyə verə bilər. Bundan sonra anası qəbul etməzsə və özü süd versə, muzd almağa haqqı yoxdur.
Məsələ 2454: Müstəhəbdir ki, uşaq üçün tutulmuş dayə, ağıllı, habelə əxlaqi, cismi və ruhi baxımdan gözəl sifətlərə malik olsun. Əqli az olan, kafir, çox yaşlı, pis surətli olan qadını dayə tutmaq məkruhdur. Həmçinin məkruhdur ki, südü zinadan dünyaya gəlmiş uşağın südü olan, ya özü
zinadan əmələ gələn dayə tutsunlar.
Süd vermənin müxtəlif məsələləri

Məsələ 2455: Daha yaxşı budur ki, qadınların hər uşağa süd verməsinin qarşısı alınsın. Çünki ola bilsin ki, hansı uşağa süd verməsini unudub sonradan bir-birinə məhrəm olan iki nəfər evlənsinlər.
Məsələ 2456: Müstəhəbdir ki, uşağa iyirmi bir ay tamam süd verilsin və iki ildən çox süd vermək yaxşı deyil.
Məsələ 2457: Əgər süd verməklə ərin haqqı aradan gedərsə, qadın ərinin icazəsi olmadan başqasının uşağına süd verə bilməz.
Məsələ 2458: Əgər bir qadının əri, südəmər qızı özü üçün əqd etsə, belə ki, arvadı qıza süd versə, ehtiyat-vacibə görə qadın əbədi olaraq ona haram olur. Ehtiyatən ona talaq verməlidir və gərək heç vaxt onunla evlənməsin. Əgər süd onun özünə aid olursa, südəmər qız da ona əbədi haram olur. Əgər süd əvvəlki ərinə aid olsa, ehtiyata görə onun əqdi batil olur.
Məsələ 2459: Əgər bir kəs istəsə ki, qardaşı arvadı ona məhrəm olsun, bəziləri buyurublar ki, gərək südəmər bir qızı, məsələn, iki günlük özü üçün siğə etsin və o iki gün müddətində 2441-ci məsələdə deyilən şərtlər ilə qardaşı arvadı o qıza süd versin ki, onun arvadının süd anası olsun. Amma bu hökm qardaşının arvadı onun qardaşının südü ilə o qız uşağına süd verdiyi təqdirdə işkallıdır.
Məsələ 2460: Əgər kişi bir qadını özü üçün əqd etməmişdən qabaq desə ki, o qadın süd əmmə ilə ona haram olub, məsələn, desə ki, onun anasının südünü əmib, belə ki, onu təsdiq etmək mümkün olsa, o qadın ilə evlənə bilməz. Əgər əqddən sonra desə və qadın onun sözünü qəbul etsə, əqd batildir. Əgər kişi onunla yaxınlıq etməyibsə, ya yaxınlıq edibsə, amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilibsə, mehriyyəsi yoxdur, əgər qadın yaxınlıq etdikdən sonra o kişiyə haram olduğunu bilibsə, ər gərək mehriyyəsini, onun mislində olan qadınlara uyğun olaraq versin.
Məsələ 2461: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram olub və onu təsdiq etmək mümkün olsa, o kişi ilə evlənə bilməz. Əgər əqddən sonra desə, kişinin əqddən sonra o qadının ona haram olduğunu deməsi kimidir və bunun hökmü əvvəlki məsələdə deyildi.
Məsələ 2462: Məhrəm olmağa səbəb olan süd vermək iki şeylə sübut olur:
1. Sözlərindən yəqin və ya əminlik hasil olan şəxs və ya şəxslərin xəbər verməsi;
2. İki adil kişinin şəhadəti, amma gərək süd verməyin şəraitini də desinlər; məsələn, desinlər “biz gördük ki, filan uşaq filan qadının döşündən 24 saat süd əmib və bu əsnada başqa şey yeməyib” və həmçinin 2441-ci məsələdə deyilmiş başqa şərtləri də şərh etsinlər. Amma süd verməyin bir adil kişi və iki qadının və ya dörd adil qadının şəhadəti ilə sübut olması işkallıdır. Deməli, ehtiyat olunmalıdır.
Məsələ 2463: Əgər uşağın, məhrəm olmağa səbəb olacaq qədər süd əmib-əmmədiyində şəkk edilərsə, ya da o miqdar süd əmdiyi guman edilərsə, uşaq heç kimə məhrəm olmaz. Amma ehtiyat etmək daha yaxşıdır.
TƏLAQIN HÖKMLƏRİ → ← NİKAHIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français