Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
NİKAHIN HÖKMLƏRİ →
← VƏDİƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ
ARİYƏNİN HÖKMLƏRİ
Məsələ 2311: Ariyə odur ki, insan öz malını digərinin istifadə etməsi üçün verib əvəzində heç nə almasın.
Məsələ 2312: Ariyədə əqd oxumaq lazım deyil. Məsələn, paltarını ariyə niyyəti ilə bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür.
Məsələ 2313: Qəsb edilmiş malı və yaxud insanın malı olub, lakin onun mənfəəti başqasınsa aid olan bir malı, məsələn, icarə verdiyi malı başqasına ariyə versə, onun sahibi, yaxud onu icarə edən onun ariyə verilməsinə razı olduğu təqdirdə düzgündür.
Məsələ 2314: İnsan mənfəəti özünə aid olan bir şeyi, məsələn, kirayələdiyi bir şeyi ariyə verə bilər. Əgər icarə əqdində şərt edilsə ki, təkcə özü istifadə etsin, onda ariyə verə bilməz. Birinci halda ehtiyat-vacibə əsasən sahibinin razılığı olmadan onu ariyə etmiş şəxs təhvil verə bilməz.
Məsələ 2315: Əgər uşaq, dəli, müflis və ya səfeh öz malını ariyə verirsə düz deyil. Amma vəlisi məsləhət bildiyi surətdə vilayəti olduğu kəsin malını ariyə versə eybi yoxdur. Həmçinin uşağın malı ariyə edənə çatdırmaqda vasitə olması işkalsızdır.
Məsələ 2316: Əgər ariyə etdiyi bir şeyi qorumaqda səhlənkarlıq etməsə və ondan icazə verilməyən istifadə etməsə təsadüfən o şey xarab olsa zamin deyil. Amma şərt etsələr ki, ariyə edilmiş şey xarab olsa zamin olsun, ya ariyə edilmiş şey qızıl və gümüş olsa, gərək onun əvəzi verilsin.
Məsələ 2317: Əgər qızıl və gümüşü ariyə etsə və şərt etsə ki, əgər tələf olsa zamin deyil, tələf olduğu təqdirdə zamin deyildir.
Məsələ 2318: Əgər ariyə verən ölərsə, ariyə alan şəxs (əmanət bölümünün) 2306-cı məsələdə mal sahibinin ölməsi barəsindəki əmanət hökmünün tərtibi ilə əməl etməlidir.
Məsələ 2319: Əgər ariyə verən, şərən öz malından istifadə edə bilməsə, məsələn, dəli və ya huşsuz olsa, ariyə edən şəxs (əmanət bölümünün) 2308-ci məsələdə açıqlanan hökmünə görə əməl etməlidir.
Məsələ 2320: Bir şeyi ariyə verən adam istədiyi vaxt onu poza bilər və ariyə edən adam da istədiyi vaxt ariyəni poza bilər.
Məsələ 2321: Halal istifadəsi olmayan bir şeyi, məsələn, əyləncə, qumar alətləri, yeməkdə və içməkdə istifadə olunan qızıl və gümüş qabların, hətta ehtiyat-lazıma əsasən bütün istifadələrdə də ariyəyə verilməyi batildir. Amma zinətdən ötrü ariyə verilməsi caizdir.
Məsələ 2322: Süd və dərisindən istifadə etməkdən ötrü qoyunu ariyə vermək və dişi heyvanın mayalanmasından ötrü erkək heyvanı ariyə vermək səhihdir.
Məsələ 2323: Əgər ariyə etdiyi bir şeyi sahibinə, ya onun vəkil və ya vəlisinə versə və sonra o şey tələf olsa, ariyə edən zamin deyildir. Amma malın sahibindən, ya onun vəkil və ya vəlisindən icazəsiz olaraq hətta sahibinin adətən apardığı bir yerə apararsa, məsələn, atı sahibi onun üçün düzəltdiyi tövləyə apararsa və sonra tələf olarsa, ya bir kəs onu tələf edərsə zamindir.
Məsələ 2324: Əgər nəcis bir şeyi ariyə versə, gərək 2014-cü məsələdə deyildiyi vəziyyətdəki kimi, onun nəcis olduğunu ariyə edən şəxsə
deməlidir.
Məsələ 2325: Ariyə etdiyi bir şeyi sahibindən icazəsiz başqasına icarə və ya ariyəyə verə bilməz.
Məsələ 2326: Əgər ariyə etdiyi bir şeyi sahibinin icazəsi ilə başqasına ariyə versə, belə ki, bir şəxs birinci şeyi ariyə etdikdən sonra ölsə və ya dəli olsa, ikinci ariyə batil olmur.
Məsələ 2327: Əgər ariyə etdiyi malın qəsbi olduğunu bilsə, onu sahibinə çatdırması lazımdır; ariyəyə verən şəxsə qaytara bilməz.
Məsələ 2328: Əgər qəsbi olduğunu bildiyi bir malı ariyə edib ondan istifadə etsə və onun əlində tələf olsa, malın sahibi malın əvəzini və ariyə edənin etdiyi istifadənin əvəzini ondan və ya malı qəsb edən adamdan tələb edə bilər və əgər ariyə edəndən alsa, o, sahibə verdiyi şeyi ariyə verəndən tələb edə bilməz.
Məsələ 2329: Əgər ariyə etdiyi malın qəsbi olmasını bilməsə və onun əlində tələf olsa, belə ki, mal sahibi əvəzini ondan alsa, o da mal sahibinə verdiyini ariyə verən şəxsdən tələb edə bilər. Amma ariyə etdiyi şey qızıl və gümüş olsa, ya ariyə verən onun ilə şərt etmiş olsa ki, əgər o şey aradan getsə, onun əvəzini versin, malın sahibinə verdiyinin əvəzini ariyə verəndən tələb edə bilməz. Əgər malik ondan, bu maldan istifadə etmək müqabilində bir şey alsa, ariyəyə verəndən ala bilər.