ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

VƏDİƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ → ← ZAMİN OLMAĞIN HÖKMLƏRİ

KƏFALƏTİN HÖKMLƏRİ


Məsələ 2289: Kəfalət tələbkar borclunu istədiyində, tapıb ona təhvil verəcəyini insanın öhdəsinə götürməyidir. Bu işə öhdəsinə götürən şəxsə “kəfil” deyilir.
Məsələ 2290: Kəfil, hətta ərəbcə olmayan hər hansı bir kəlmə və ya hər bir əməllə borc verənə “hər vaxt borclu olan şəxsi istəsən, onu sənə təhvil verəcəyimə zaminəm” anlatsa, borc verən də qəbul etsə kəfalət səhihdir. Ehtiyat-vacibə əsasən, kəfalətin səhih olmasında borclunun da buna razı olması şərtdir. Hətta ehtiyat-vacib budur ki, o da əqd tərəfində olsun, yəni borclu və tələbkar hər ikisi bunu qəbul etsin.
Məsələ 2291: Kəfil gərək həddi-büluğa çatmış və ağıllı olsun, onu kəfalətə məcbur etməsinlər. Gərək kəfili olduğu adamı hazır edə bilsin. Həmçinin borclunu hazır etmək, malından istifadə etməyi lazım gətirdiyi təqdirdə, səfeh və müflis olmaması lazımdır.
Məsələ 2292: Kəfalət beş şeydən biri ilə pozulur.
1) Kəfil olan şəxs borclu şəxsi haqq sahibinə qaytarsa və ya onun özü haqq sahibinə təslim olarsa;
2) Haqq sahibinin haqqı ödənmiş olsa;
3) Haqq sahibi öz haqqından keçsə və ya haqqını başqasına verərsə;
4) Borclu və ya kəfil ölərsə;
5) Haqq sahibi kəfili kəfalətdən azad edərsə;
Məsələ 2293: Əgər bir şəxs borclu olan şəxsi haqq sahibinin əlindən zorla qaçırsa, haqq sahibi onu tapa bilmirsə, borclunu qaçırdan onu borc sahibinə təhvil verməli yaxud da borc sahibinin haqqını ödəməlidir.
VƏDİƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ → ← ZAMİN OLMAĞIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français