Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
ZAMİN OLMAĞIN HÖKMLƏRİ →
← HƏVALƏ VERMƏYİN HÖKMLƏRİ
RƏHNİN HÖKMLƏRİ
Məsələ 2267: Rəhn odur ki, insan bir malı borcunun əvəzinə və ya onun zamin olduğu malı başqasının yanında qalmasını qərar versin. Belə ki, o borcu, ya malı hazır etməsə, onun əvəzini həmin maldan götürə
bilsin.
Məsələ 2268: Rəhndə siğə oxumaq lazım deyil. Girov verən öz malını girov qəsdi ilə alana versə və o da həmin qəsd ilə alsa, rəhn səhihdir.
Məsələ 2269: Girov verən və girov alan gərək həddi-büluğa çatmış və ağıllı olsunlar, onları bir kəs məcbur etməsin. Həmçinin girov verən gərək müflis və səfeh olmasın (səfeh və müflisin mənası 2220-ci məsələdə deyildi). Əgər müflis olsa, girov qoyulan mal onun malı olmasa və ya ondan istifadə etməyə qadağan olunmasa eybi yoxdur.
Məsələ 2270: İnsan o malı girov qoya bilər ki, şəri cəhətdən həmin maldan istifadə edə bilsin. Əgər başqa bir adamın malını onun icazəsiylə girov qoysa düzdür.
Məsələ 2271: Girov qoyulan mal gərək alğı-satqısı icazə verilən şey olsun. Əgər şərab və onun kimi şeyi girov qoysalar düzgün deyildir.
Məsələ 2272: Girov qoyulan malın mənfəəti o malın sahibinə aiddir, istər girov qoyan olsun, istər başqası.
Məsələ 2273: Girov alan şəxs mal sahibinin, istər girov verən olsun, istər başqası, icazəsi olmadan girov qoyulan malı, başqasına bağışlaya və sata bilməz. Lakin onu bağışlasa və ya satsa, sonra mal sahibi ona icazə versə, eybi yoxdur.
Məsələ 2274: Əgər girov götürən, girov götürdüyü şeyi sahibinin icazəsiylə satarsa, onun pulu da malın özü kimi girov olmur. Həmçinin ondan icazəsiz satarsa və sonra malın sahibi imza etsə və ya girov verən o şeyi girov alanın icazəsi ilə satıb, onun əvəzini girov qərar verərsə, gərək həmin işi etsin. Amma bu razılaşmaya xilaf əməl edərsə, müamilə batildir. Amma girov götürən icazə verərsə, müamilə batil deyil.
Məsələ 2275: Əgər borcun ödənməsi lazım olduğu vaxtda tələbkar tələbini istəsə və o verməzsə, tələbkar girov aldığı malı satıb tələbini onun pulundan götürməyə dair vəkaləti varsa, girov götürdüyünü sataraq tələbini ondan götürə bilər. Belə bir vəkaləti olmasa, borcludan icazə almalıdır. Əgər borclunu tapa bilməsə, ehtiyat-vacibə görə şəriət hakimindən icazə alması lazımdır. Hər iki halda əgər artıq qalarsa, gərək artığını sahibinə versin.
Məsələ 2276: Əgər borclunun oturduğu evindən və ev əşyaları kimi, ehtiyacı olduğu ləvazimatdan başqa bir şeyi olmazsa, tələbkar öz alacağını ondan tələb edə bilməz. Amma girov qoyduğu mal ev və ləvazimatı olsa, tələbkar əvvəlki məsələdə deyilən şərtlərə riayət etməklə onu satıb, öz tələbini götürə bilər.