ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

RƏHNİN HÖKMLƏRİ → ← BORCUN HÖKMLƏRİ

HƏVALƏ VERMƏYİN HÖKMLƏRİ


Məsələ 2256: Əgər insan öz tələbkarını, alacağını başqasından alması üçün həvalə edərsə və alacaqlı olan da qəbul edərsə, həvalə işi sonradan deyiləcək şərtlərə uyğun olaraq gördüyü təqdirdə, həvalə edilən şəxs borclu olur. Bu halda alacaqlı olan şəxs, alacağını birinci borcludan istəyə bilməz.
Məsələ 2257: Borclu, alacaqlı və həvalə olunmuş şəxslərin mükəlləf, ağıllı olmaları, məcbur olunmamaları və malını lazımsız yerlərə xərcləyən səfeh olmamaları lazımdır. Həmçinin borclu və tələbkarın müflis olmamaları şərtdir. Amma həvalə edənə borclu olmayan şəxsdən başqa, bu halda əgər həvalə edən müflis olsa eybi yoxdur.
Məsələ 2258: Həvalə olunan bütün yerlərdə istər borclu olsun, istərsə də olmasın həvalə olunan şəxs həvaləni qəbul etməlidir.
Məsələ 2259: İnsan həvalə verdiyi zaman borclu olmalıdır. Belə olan halda əgər bir şəxsdən borc almaq istəsə, ondan borc almayınca, həmin şəxsi sonradan borc olaraq verəcəyi şeyi alması üçün başqa bir şəxsə həvalə edə bilməz.
Məsələ 2260: Həvalənin miqdarı və onun cinsi məlum olmalıdır. Deməli, əgər bir kəs məsələn, on batman buğda və on manat pul bir nəfərə borclu olsa və ona desə ki, öz iki tələbindən birini filankəsdən al və onu müəyyən etməsə, həvalə düz deyil.
Məsələ 2261: Əgər borc həqiqətən müəyyən olsa, amma borclu və tələbkar həvalə verən anda onun miqdarını, ya cinsini bilməsələr, həvalə düzdür. Məsələn, əgər bir kəsin tələbi dəftərdə yazılmış olsa və dəftəri görməzdən qabaq həvalə verərsə və sonra dəftəri görər və tələbkar da öz tələbinin miqdarını deyərsə, həvalə düz olur.
Məsələ 2262: Həvalə verilən adam varlı olsa və həvaləni qaytarmaqda səhlənkarlıq etməsə də, tələbkar həvaləni qəbul etməyə bilər.
Məsələ 2263: Əgər həvalə verənə borclu olmayan bir şəxs həvaləni qəbul etsə, onu qaytarmazdan qabaq da həvalənin miqdarını həvalə verəndən istəyə bilər. Amma ona həvalə olunan borc müddətli və onun
vaxtı da hələ tamam olmamış olsa, bu halda onu ödəmiş olsa belə, vaxt tamam olmazdan qabaq həvalə miqdarını hazırlamış olsa belə həvalə edəndən istəyə bilməz. Əgər tələbkar tələbini az bir miqdar üzərindən həvalə olunanla sülh edərsə, o, təkcə həmin qədəri həvalə edən şəxsdən tələb edə bilər.
Məsələ 2264: Həvalə işi tamamlandıqdan sonra, həvalə edən və həvalə olunmuş şəxs onu poza bilməzlər. Əgər həvalə olunmuş şəxs həvalə olunan vaxt fəqir olmazsa, sonradan fəqir olsa belə, alacaqlı da həvaləni poza bilməz. Həmçinin əgər həvalə olunan vaxt fəqir olsa, amma alacaqlı onun fəqir olduğunu bilərsə, yenə də həvaləni poza bilməz. Amma fəqir olduğunu bilmədən sonradan öyrənərsə, o zaman imkanlı olmuşdursa, həvaləni pozub alacağını həvalə verəndən ala bilər. Əgər o zaman imkanlı olmamışdırsa, müamiləni pozmaq haqqına sahib olması işkallıdır.
Məsələ 2265: Əgər borclu, tələbkar və həvalə olunan, ya onlardan biri özü üçün həvaləni pozma haqqı olmasını qərar qoysa, qoyduqları qərara əsasən həvaləni poza bilərlər.
Məsələ 2266: Həvalə verən özü tələbkarın tələbini versə, belə ki, ona həvalə olunmuş şəxsin xahişi ilə olsa və həvalə verənin borclusu olsa, verdiyi şeyi ondan ala bilər. Əgər onun istəyi olmadan ödəyərsə və ya həvalə edənə borclu olmazsa, verdiyi şeyi ondan istəməyə haqqı yoxdur.
RƏHNİN HÖKMLƏRİ → ← BORCUN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français