Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
HƏVALƏ VERMƏYİN HÖKMLƏRİ →
← VƏKALƏTİN HÖKMLƏRİ
BORCUN HÖKMLƏRİ
Möminlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəb işlərdəndir. Həzrət Rəsuli-əkrəmdən (s) rəvayət olunur: “Hər kəs öz müsəlman qardaşına borc versə, qaytarmağa imkanı olan vaxta qədər möhlət verə, onun malı artar, məlaikələr ona borcunu aldığı vaxta qədər rəhmət göndərərlər”. İmam Sadiqdən (ə) rəvayət olunur: “Hər mömin başqa möminə qürbət qəsdi ilə borc versə malını aldığı vaxta qədər Allah onun üçün sədəqə vermək savabını
yazar”.
Məsələ 2239: Borcda siğənin oxunması lazım deyil, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə alarsa səhihdir.
Məsələ 2240: Borcun ödənilməsi üçün tələbkarın və ya hər iki tərəfin də istədiyi ilə müəyyən bir vaxt təyin etməmişlərsə, hər vaxt borclu borcunu ödəsə, tələbkar qəbul etməlidir. Müəyyən bir vaxt təyin etmişlərsə, o vaxt bitməzdən öncə tələbkar öz borcunu almaqdan imtina edə bilər.
Məsələ 2241: Borc əqdini oxuyarkən, onun ödənməsi üçün müəyyən bir vaxt təyin etmişlərsə, əgər bu vaxtın təyin etmə işi borclunun və ya hər iki tərəfin istəyi ilə olmuşsa, bu vaxt bitməzdən öncə tələbkar tələbini istəyə bilməz. Əgər vaxtın təyin edilməsi tələbkarın öz istəyi ilə olsa və ya borcun ödənməsi üçün ümumiyyətlə bir vaxt təyin etməmişlərsə, tələbkar istədiyi vaxt borcunu tələb edə bilər.
Məsələ 2242: Əgər vaxt təyin olunmayan, yaxud vaxtı çatan zaman tələbkar öz tələbini istəsə və borclu öz borcunu verə bilsə, gərək dərhal onu qaytarsın. Əgər təxirə salarsa günahkardır.
Məsələ 2243: Əgər borclu şəxsin öz şəxsiyyətinə layiq olan və içində oturduğu ev, mənzil avadanlıqları və ehtiyacı olan sair şeylərdən başqa heç nəyi olmasa, borc sahibi öz borcunu ondan tələb edə bilməz; öz borcunu verməyə qadir olduğu vaxta qədər gözləməlidir.
Məsələ 2244: Borclu olub borcunu ödəyə bilməyən şəxs, ticarətdə işləməsi onun üçün asandırsa və ya sənəti ticarətdirsə, o işləyib borcunu ödəməsi vacibdir. Hətta bu haldan başqa da şəninə layiq olan bir iş görə bilərsə, ehtiyat-vacib budur ki, işləyib borcunu ödəsin.
Məsələ 2245: Tələbkarına əli çatmayan şəxsin, əgər gələcəkdə onu və ya varislərini tapacağına ümidi yoxdursa, ona verəcəyi borcu sahibinin tərəfindən fəqirlərə verməsi lazımdır. Ehtiyat-vacibə əsasən bu iş üçün şəriət hakimindən icazə də almalıdır. Əgər onun sahibini və ya varislərini tapacağına ümidi vardırsa, səbr edib onu axtarmalı, əgər onu tapmazsa, öldüyü təqdirdə onun malından ondan alacaqlı olan şəxsə və ya varisi tapılarsa, alacağını vermələrinə dair vəsiyyət etməlidir.
Məsələ 2246: Əgər ölən şəxsin malı, kəfən və dəfnin vacibatının xərclərindən və borclarından artıq olmasa, həmin işlərə sərf edilməlidir. Varislərinə heç nə çatmır.
Məsələ 2247: Əgər bir kəs müəyyən qədər “misli” olan pul, buğda, ya arpa və bu kimi şeylər borc etsə və onun qiyməti artsa, yaxud azalsa, aldığı həmin miqdarı o malın keyfiyyətində, mövcud şəraiti və xüsusiyyətlərI nəzərə almaqla geri qaytarmalıdır və bu kifayətdir. Amma borclu və tələbkar ondan başqasına razı olsalar, eybi yoxdur. Əgər borc aldığı mal qoyun kimi “qiyməti” olan maldırsa, borc aldığı qoyunun qiyməti ilə pulunu verməlidir.
Məsələ 2248: Əgər borc olunmuş mal itməsə və mal sahibi onu tələb etsə, borclunun həmin malı ona qaytarması vacib deyil. Əgər borclu onu qaytarmaq istəsə, tələbkar onu qəbul etməyə bilər.
Məsələ 2249: Borc verən şəxs borc verdiyi miqdardan daha artıq alacağını şərt qoymuşdursa, məsələn, bir kiloqram buğda borc verib, bir kiloqram yüz qram alacağını və ya on yumurta borc verib, on bir yumurta alacağını şərt edərsə riba və haramdır. Hətta borclunun onun üçün bir iş görməsini və ya borc verdiyinə, bir miqdar da başqa bir şey əlavə edərək verməsini şərt edibsə, məsələn, borc verdiyi bir manatı, bir kibrit də əlavə olaraq geri qaytarmasını şərt qoymuşdursa, riba və haramdır. Habelə, əgər borc verdiyi şeyi xüsusi formada geri qaytarmasını, məsələn, bir miqdar işlənməmiş qızıl verib, onu işlənmiş olaraq geri qaytaracağına şərt qoymuşdursa, yenə riba və haramdır. Amma bir şərt qoymamışdırsa və borclu özü borc aldığını artıqlaması ilə ödəyirsə, işkalı oxdur. Hətta belə etməsi müstəhəbdir.
Məsələ 2250: Riba vermək riba almaq kimi haramdır, amma borcun əsli səhihdir və ribalı borc edən şəxs aldığına malik olur. Amma borc
verən aldığı artıq miqdara sahib olmur, onda təsərrüf etməsi haramdır. Əgər onun eyni ilə bir şey alsa, o şeyə də malik olmur. Əgər riba almayacağını qərara almış olsaydılar belə, borc alan borc verənin o puldan istifadə etməsinə razı olarmışsa, ondan istifadə etməsi caizdir. Həmçinin məsələni bilmədiyinə görə riba alsa, başa düşdükdən sonra tövbə etsə, bu halda cahil olduğu (bilmədiyi) zaman aldığı pul ona halal olur.
Məsələ 2251: Əgər buğda və ya onun kimi bir şeyi ribalı borc alıb və onun ilə əkinçilik etsə, məhsuluna malik olur.
Məsələ 2252: Əgər bir paltar alıb sonradan pulunu faiz olaraq aldığı puldan və ya faiz pul ilə qarışmış puldan verərsə, o paltara sahib olur və onu geyməyin, o paltarla namaz qılmağın eybi yoxdur. Amma paltarı satana “bu paltarı bu pul ilə alıram” deyərsə, o paltarın geyilməsi haramdır.
Məsələ 2253: Əgər insan birinə bir qədər pul versə ki, başqa şəhərdə onun tərəfindən az alsın eybi yoxdur və buna “sərfi-bərat” deyirlər.
Məsələ 2254: Əgər insan başqa bir şəhərdə artıq almaq üçün şəxsə cinsi qızıl və ya gümüşdən olan, yaxud buğda və arpa kimi ölçülən və çəkilən bir şey verərsə riba və haramdır. Amma artıq alan şəxs aldığı artıq miqdarın müqabilində bir şey verərsə və ya bir iş görərsə işkalı yoxdur. İndiki eskinaslarda artıq almaq icazəli deyil. Əgər onu satsa və nəqd olsa, yaxud nisyə olsa, amma iki cinsdən olsalar , məsələn biri tümən, digəri dinar olsa, artıq almağın işkalı yoxdur. Əgər nisyə və bir cinsdən olsa, artıq almaq məhəlli işkaldır.
Məsələ 2255: Əgər bir insanın digərindən ölçülən və ya çəkilən şeylərdən olmayan bir alacağı olsa, onu borclu olana və başqa bir şəxsə, daha ucuz satıb əvəzini nəqd ala bilər. Buna görə indiki zamanlarda tələbkarın borcludan aldığı çek və etibarnaməni (səftəni) öz alacağından daha ucuz şəkildə (ki, ona xalq arasında qiyməti endirmək deyərlər) banka və ya başqa birinə satıb əvəzini nəqd ala bilər.