ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

MUSAQAT (SUVARMAQ) VƏ MUĞARİSƏNİN (AĞAC ƏKMƏK) HÖKMLƏRİ → ← CÜALƏNİN HÖKMLƏRİ

MÜZARİƏNİN HÖKMLƏRİ


Məsələ 2194: Müzariə, mülk sahibinin əkinçi ilə onun tarlasında əkin əkib məhsulunun bir hissəsini mülk sahibinə verməsi ittifaqının bağlanması deməkdir.
Məsələ 2195: Müzariənin bir neçə şərti var:
1. Gərək o iki şəxsin arasında əqd və qərar bağlansın. Məsələn, əkin sahibi “tarlanı əkinçilik üçün sənə tapşırdım” və əkinçi də “qəbul etdim” desin. Ya da heç bir söz demədən yer sahibi tarlanı əkinçilik etmək niyyəti ilə əkinçiyə versin və əkinçi də (o niyyət ilə) qəbul etsin.
2. Yer sahibi və əkinçi hər ikisi həddi-büluğa çatmış və ağıllı olsun, öz qəsd və ixtiyarı ilə müzariə etsinlər və səfeh, yəni öz malını bihudə işlərə istifadə edən olmasınlar, həmçinin gərək malik, müflis olmasın. Əgər əkinçi müflis olsa, o surətdə ki, muzariədə istifadə olunması qadağan olunmuş mallardan istifadə etməyi lazım tutmazsa, eybi yoxdur.
3. Yer sahibi və əkinçi hər biri yarı, üçdə biri və ya bunun kimi yerin məhsulundan bir pay almalıdırlar. Əgər heç biri üçün pay təyin etməsələr və ya malik «bu tarlada əkin ək və hər nə qədər istəsən mənə ver» desə, səhih deyildir. Məhsuldan müəyyən bir hissənin, məsələn, on batmanı yalnız sahib və ya əkinçi üçün təyin etsələr, hökm eynidir.
4. Tarlanın əkinçinin ixtiyarında olacaq müddətini təyin etsinlər və bu müddətin məhsulu ələ gətirmək mümkün olacağı qədər olması gərəkdir. Əgər müddətin əvvəlini müəyyən bir gün və müddətin sonunu məhsul yetişən vaxta qədər təyin etsələr kifayətdir.
5. Torpaq gərək əkin üçün yararlı olsun. Əgər hal-hazırda əkinçiliyə münasib olmasa, amma bir işi görüb onda əkinçilik etmək mümkün olarsa, muzariə səhihdir.
6. Əkinçinin əkəcəyini müəyyən etsinlər, məsələn, düyü və ya buğda əkəcəyini, əgər düyü əkəcəksə, onun hansı növünü əkəcəyini müəyyən etsinlər. Lakin müəyyən bir əkənəyi nəzərdə tutmasalar, onu təyin etmək lazım deyildir. Həmçinin əgər nəzərdə tutulan əkənək müəyyən olsa, onu dilə gətirmək lazım deyildir.
7. Malik yeri müəyyən etməlidir. Bu hökm əkinçilik cəhətindən bir-birindən fərqli olan bir neçə hissə yeri olduğu təqdirdədir. Amma fərqli olmasalar, müəyyən etmək lazım deyil. Deməli, əgər əkinçiyə desə ki, bu yerlərin birində əkin ək və onu müəyyən etməsə, muzariə səhihdir. Əqddən sonra təyin etmək malikin ixtiyarıdır.
8. Hər biri toxum, gübrə, əkinçilik vəsaitləri və s. kimi lazım olan işlərə çəkəcəkləri xərcləri müəyyən etməlidir. Amma hər birinin çəkəcəkləri xərc məlum olsa, dilə gətirmək lazım deyil.
Məsələ 2196: Əgər tarla sahibi əkinçi ilə məhsulun bir hissəsinin birinə aid olmasını və qalan hissəsini öz aralarında bölünməsini şərt qoymuşdursa, o hissəsini götürdükdən sonra yerdə bir şey qalacağını bilsələr də müzariə batildir. Bəli, əgər əkiləcək toxumun miqdarını və ya dövlətin alacağı vergini məhsuldan çıxdıqdan sonra yerdə qalan hissəni öz aralarında bölmələrini qərara alsalar, müzariə səhihdir.
Məsələ 2197: Əgər müzariə üçün müddət təyin etsələr, adətən məhsul o müddətdə ələ gəlir, amma təsadüfən müddət tamam olsa və məhsul ələ gəlməsə, belə ki, müddətin təyin olunması bu hala da şamil olsa, yəni iki tərəf nəzərdə tutsa ki, məhsul ələ gəlməsə də müddətin tamam olmasıyla muzariə tamam olur, bu surətdə malik razı olsa ki, əkin icarə ilə, ya icarəsiz onun yerində qalsın və əkinçi də razı olsa, maneəsi yoxdur. Amma malik razı olmasa, əkinçini vadar edə bilər ki, əkini biçsin. Əgər əkini biçməkdə əkinçiyə zərər yetişsə, malikin onun əvəzini əkinçiyə verməsi lazım deyil. Hərçənd malikə bir şey vermək istəsə də, maliki məcbur edə bilməz ki, əkin onun yerində qalsın.
Məsələ 2198: Əgər bir hadisənin baş verməsi ilə o torpaqda əkinçilik mümkün olmazsa, məsələn, tarlanın suyu kəsilərsə, müzariə müqaviləsi pozulur. Amma əkinçi bir üzr olmadan əkinçilik etməzsə, tarla da onun ixtiyarında olub və malik də ondan istifadə etməyibsə, gərək adi miqdarda o müddətin icarəsini malikə versin.
Məsələ 2199: Tarla sahibi və əkinçi bir-birinin razılığı olmadan muzariəni poza bilməzlər. Əgər muzariə müqaviləsində hər ikisinin və ya onlardan birinin müqaviləni pozmaqda ixtiyarlı olmasını şərt qoysalar, bu şərtə uyğun olaraq müqaviləni poza bilərlər. Həmçinin əgər tərəflərdən biri ona qoyulan şərtlərin əksinə əməl edərsə, digər tərəf müqaviləni poza bilər.
Məsələ 2200: Müzariə qərarından sonra mülk sahibi və ya əkinçi ölərsə, müzariə pozulmaz və varislər onların yerinə keçər. Amma əkinçi ölərsə və əkini şəxsən əkinçi yerinə yetirməyi qərar alsalar, müzariə pozular. Əgər əkinçi öhdəsində olan işləri tamamlamış olsa, muzariə pozulmaz və gərək onun payını varislərinə versinlər. Habelə əkinçinin digər haqları da varislərinə irs keçir. Varislər mülk sahibini əkinçilik tamam olana qədər əkinin onun torpağında qalmasına məcbur edə bilərlər.
Məsələ 2201: Əgər əkinçilikdən sonra muzariənin batil olduğunu anlasalar, bu halda toxum mülk sahibinin malı olarsa, əldə edilən məhsul da onundur. Mülk sahibi əkinçinin muzdunu, etdiyi xərcləri və o tarlada işlədilən əkinçiyə əkəcəyə aid inək və digər heyvanlarının kirayəsini verməlidir. Amma toxum əkinçinin malı idisə, məhsul da onun malı olur. O yerin kirayəsini, mülk sahibinin etdiyi xərcləri və həmin yerdə əkin üçün işlədilən və mülk sahibinə aid olan və digər heyvanların kirayələrini ona vermək lazımdır. Hər iki halda, adətən haqqı olan miqdar razılaşılan miqdardan çox olarsa, tərəfin ondan xəbəri varsa, artıq miqdarı vermək vacib deyil.
Məsələ 2202: Toxum əkinçinin malı olsa və əkindən sonra müzariənin batil olduğunu bilərlərsə, mülk sahibi ilə əkin sahibi ücrətli və ya ücrətsiz olaraq əkinin tarlada qalmasına razı olsalar eybi yoxdur. Əgər tarla sahibi razı olmazsa, ehtiyat-vacibə görə mülk sahibi əkinçini əkin yetişməmişdən qabaq əkini biçməyə məcbur etməməlidir. Həmçinin malik, hərçənd yerin icarəsini ondan tələb etməsə belə, icarə verib əkini onun sahəsində saxlamağa əkinçini məcbur edə bilməz.
Məsələ 2203: Əgər məhsulu topladıqdan və muzariənin müddəti bitdikdən sonra əkinin kökləri yerdə qalsa və gələn il ikinci dəfə yenə yaşıllaşıb məhsul verirsə, tarla sahibi ilə əkinçi əkinin kökündə də şərik olmağı şərt qoymamışlarsa, ikinci ilin məhsulu toxum sahibinindir.
MUSAQAT (SUVARMAQ) VƏ MUĞARİSƏNİN (AĞAC ƏKMƏK) HÖKMLƏRİ → ← CÜALƏNİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français