ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

CÜALƏNİN HÖKMLƏRİ → ← İCARƏNİN HÖKMLƏRİ

MÜZARİBƏNİN HÖKMLƏRİ


Məsələ 2176: Müzaribə iki nəfər arasında yerinə yetirilən bir sözləşmədir. Onlardan biri sərmayə qoyur (malikdir), amil adlanan digəri isə həmin sərmayə ilə bir işi yerinə yetirir. Onun qazancını öz aralarında bölürlər.
Bu müamilə aşağadakı şərtlərdən ibarətdir.
1. İcab və qəbul; Bunları icra eləyəndə hər bir söz və iş bu məzmunu çatdırsa kifayətdir.
2. Sözləşmədə hər ikisi şəri həddi-büluğa çatmış, aqil, bitkinləşmiş və iki tərəfin öz ixtiyarları ilə olsun. Xüsusi ilə sərmayə qoyan (malik) haqda şərtdir ki, müflis halına düşdüyünə görə şəri hakim tərəfdən malından istifadə etməkdən qadağan olmasın. Amma bu icraçı üçün şərt deyil. O surətdə şərtdir ki, öz malında təsərrüf edə bilsin.
3. Onların hər birinin gəlirdən olan payları müəyyən olunmalıdır. Ələ gəlmiş qazancın yarısı və ya üçdə biri yaxud digər bir ölçüdə müəyyən olunmalıdır. Əgər camaat arsında hər birinin payı müəyyən olsa və camaat arasında bu şərti deməyə ehtiyac olmasa həmin şərtə ehtiyac yoxdur. Hər birinin payını məbləğlə yüz min manat kimi təyin etmək kifayət deyil. Amma onlardan biri qazanc ələ gəldikdən sonra öz payını bir miqdar malla razılaşa bilər.
4. Qazanc gərək təkcə sərmayə qoyan və icraçının olsun. Əgər qazancın bir miqdarını başqa bir şəxsə verməyi şərt etsələr müzaribə batildir. Əgər ticarətə aid olan bir işin qarşısında olarsa, müzaribə batil deyil.
5. Əgər icraçının bir başa ticarətdə olması şərt olunsa, gərək icraçı ticarət edə bilsin. Məsələn, “bu pulu sənə verirəm şəxsən özün ticarət edəsən” deyilərsə və icraçının da qüdrəti olmazsa qərarlaşma batil olur. Əgər icraçının şəxsən ticarətdə olması anlaçmada da qeyd olunarsa, məsələn, bu pulu sənə verirəm şəxsən özün ticarət edəsən deyilərsə, bu fərziyyədə icraçı aciz olsa müamilə batil deyil. Amma sahibin (sərmayə qoyan) ixtilaf olan halda fəsx etmə ixtiyarı var.
Əgər qeyd və şərt olunmasa amma icraçının da ticarət etməyə qüdrəti olmasa, hətta digərini öz yerinə təyin etməklə olsa da anlaşma batil olur. Əgər əvvəldə qüdrəti olub sonra aciz olarsa, aciz olduğu müddətdən anlaşma batil olur.
Məsələ 2177: İcraçı əmin hesab olunur. Deməli mal xarab və ya tələf olub aradan gedərsə, anlaşmada olan şərtlərdən kənara çıxmazsa və ya saxlamaqda səhlənkarlıq etməzsə zamin deyil. Həmçinin xəsarət dəyərsə zamin deyil. Hətta mala xəsarət dəyərsə, xəsarət mal sahibinindir. Əgər sahib şərt etmək istəsə ki, bu xəsarət təkcə ona aid olmasın, bu şərt üç şəkildə həyata keçə bilər.
1. Əgər müamilədə icraçının qazanca şərik olduğu kimi, dəymiş zərərə də şərik olması şərt olunsa, bu şərt batildir. Amma müamilə səhihdir.
2. Dəymiş xəsarətin hamısının icraçının olması şərt olunsa. Bu surətdə şərt səhihdir, amma qazancında hamısı icraçının olacaq. Sərmayə qoyana bir şey çatmır.
3. Sərmayəyə xəsarət dəyəcəyi surətdə icraçı onun hamısını və ya bir miqdarını öz malından ödəməyi şərt edərsə, bu şərt səhihdir və icraçı şərtə əməl etməlidir.
Məsələ 2178: Müzaribədə izn əqdi lazım deyil. Deməli malik, icraçıya verdiyi mallarında təsərrüf izninə müraciət edə bilər və icraçının da onun sərmayəsi ilə işi davam etməsi lazımlı deyil. Hər zaman istəsə işdən çəkinə bilər, istər işə başlamazdan qabaq olsun, istərsə də sonra və ya qazanc ələ gəldikdən qabaq olsun və ya sonra, istər anlaşma zaman cəhətdən mütləq olsun istərsə də vaxt təyin olunsun. Amma müəyyən bir zamana qədər anlaşmanın pozulmamasını şərt etsələr şərt səhihdir və o şərtə əməl etmək vacibdir. Buna baxmayaraq onlardan biri fəsx etsə fəsx olunur. Amma öz əhdinə əməl etmədiyinə görə günah edir.
Məsələ 2179: Əgər müzaribə əqdi mütləq şəkildə olsa və heç bir xüsusi qeyd olmasa, icraçı satıcının kimliyi və malın hansı cins olması haqda öz məsləhətinə uyğun müəyyən edə bilər. Amma cinsi o şəhərdən başqa şəhərə apara bilməz. Əgər bu iş (başqa şəhərə aparmaq) camaat arasında çox məlum olarsa və əqd camaat arasında ona aid olarsa və ya sahib özü icazə verərsə (bu halda aparmaq olar). Əgər sahibinin (sərmayə qoyanın) icazəsi olmadan başqa yerə aparsa və mal tələf olsa və ya xəsarət dəysə zamindir.
Məsələ 2180: İzinli müzaribə müqaviləsi sahib və ya icraçının dünyadan köçməsi ilə batil olur. Çünki sahibin ölməsi ilə onun malları vərəsələrə çatır və malın icraçının əlində qalması yeni müzaribəyə ehtiyacı var. İcraçının da ölməsi ilə izn aradan gedir, çünki sahibin izni ona məxsus idi.
Məsələ 2181: Sahib və icraçı hər birinin digəri üçün bir iş görməsini və ya bir malı ona ödəməsini müzaribə əqdində şərt edə bilər. Əqd tamam olmayana qədər istər qazanc ələ gəlsin və ya gəlməsin, o şərtə əməl etmək vacibdir.
Məsələ 2182: Yanğın və ya oğurluq kimi mala dəyən xəsarət və ya malın tələf olması kimi ziyanlar əldə olunan qazancla aradan qaldırılmalıdır, qazanc istər xəsarətdən qabaq olsun, istərsə də sonra. Deməli icraçının malikiyyəti öz payına xəsarət və tələf olmayan haldadır. Malikiyyətinin yəqini olması müzaribə müqaviləsi sona çatdıqdan və ya fəsx olduqdan sonradır. Amma icraçı müqavilədə sərmayə qoyan ilə qabaqcadan və ya sonradan əldə olunan qazanc ilə xəsarəti aradan qaldırmağı şərt etsə, şərt səhihdir və gərək ona əməl olunsun.
Məsələ 2183: Sahib (sərmayə qoyan) cüalə şəkildə şəri yerlərdə sərmayə qoya bilər ki, nəticəsi müzaribə olsun. Belə ki, bir malı bir şəxsə verər və məsələn, onu ticarət və ya hər bir gəlirli işdə işlət, qazancı yarı olsun deyərsə.

CÜALƏNİN HÖKMLƏRİ → ← İCARƏNİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français