Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ
Axtarış:
NƏCASƏTLƏR →
← TƏQLİDİN HÖKMLƏRİ
TƏHARƏTİN HÖKMLƏRİ
Mütləq və muzaf su:
Məsələ 13: Su mütləq (saf) və ya muzaf (qarışıq) olur. Muzaf su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi bir şeylə qarışan su və «su» deyilməyəcək şəkildə palçıq, ya ona bənzər bir şeylə qarışmış olan suya müzaf su deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır:
1. Kürr suyu;
2. Az su;
3. Axar su;
4. Yağış suyu;
5. Quyu suyu;
1 - Kürr suyu
Məsələ 14: Otuz altı qarış olan bir qabı dolduran miqdarda suya kürr suyu deyilir və təqribən 384 litrdir.
Məsələ 15: Əgər sidik, qan kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və hər hansı bir şey kürr suya dəyərsə, o suyun iyi, rəngi, ya dadı nəcasətin təsirindən dəyişərsə, kürr suyu nəcis olur. Əgər dəyişməzsə nəcis olmaz.
Məsələ 16: Əgər kürr suyun iyi, rəngi və ya dadı nəcasətdən başqa bir şeylə dəyişərsə nəcis olmaz.
Məsələ 17: Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin iyi, rəngi və ya dadı qan kimi nəcisin dəyməsi ilə dəyişərsə və dəyişməyən hissəsi kürr miqdarından az olsa, o suyun hamısı nəcisdir. Amma dəyişməyən hissə kürr miqdarında və ya daha artıq olsa, yalnız iyi, rəngi və ya dadı dəyişən hissə nəcis, qalan hissə isə pakdır.
Məsələ 18: Fəvvarənin suyu kürr suya birləşik olsa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülərsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir şey tutsalar və su damla-damla
olmazdan əvvəl nəcis suya qovuşarsa onu pak edər. Amma fəvvarə suyunun nəcis su ilə qarışması lazımdır.
Məsələ 19: Kürr suya birləşən krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya birləşmiş olsa və nəcasətən iyi, rəngi və ya dadını almamışdırsa və nəcasətin özü də onda olmazsa pakdır.
Məsələ 20: Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa, ona nəcasət dəydiyi təqdirdə nəcis olur. Buzdan əriyib su olan hissə də nəcisdir.
Məsələ 21: Kürr suyu miqdarında olan suyun, bu miqdardan azalıb-azalmadığına şəkk edilərsə kürr su hökmündədir. Yəni nəcasəti pak edər və ona nəcasət dəydiyi vaxt (rəngi, dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan suyun da kürr miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır.
Məsələ 22: Suyun kürr olması iki yolla sübut olunur:
1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.
2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Lakin bir adil, yaxud etimadlı şəxs və ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə etibar etmək işkallıdır.
2 - Az su
Məsələ 23: Yerdən qaynamayan və kürr su miqdarından az olan suya az su deyilir.
Məsələ 24: Az su nəcis bir şeyin üzərinə tökülərsə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma yuxarıdan nəcis bir şeyin üzərinə tökülərsə, nəcis şeyə çatan hissəsi nəcis, qalan hissəsi isə pakdır.
Məsələ 25: Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün nəcis şeyin üzərinə tökülərək ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin ehtiyat-lazıma görə eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan su da nəcisdir.
Məsələ 26: Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis etməz:
1. Nəcasətin iyi, rəng və ya dadını almasın.
2. Kənardan başqa bir nəcis ona çatmasın.
3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasət gəlməsin.
4. Suyun içərisində ğait zərrələri olmasın.
5. Nəcasət məxrəc yerinin ətrafına adi qaydadan artıq yayılmamış olsun.
3 - Axar su
Aşağıdakı şərtləri olan suya axar su deyilir;
1-Təbii mənbəyi olsun.
2-Hətta müəyyən vasitə ilə cari (axar) etsələr belə axar olsun;
3-Müəyyən qədər axımı davamlı olsun və təbii mənbəyə birləşik olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar şəkildə tökülüb, yerin üstündə axarsa cari su hesab edilir. Əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn suyun axmasına, coşmasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su hətta cərəyan etsə belə axar su hökmündə deyil.
Məsələ 27: Axar su kürr su miqdarından az olsa belə, ona nəcasət dəydiyi zaman iyi, rəngi və ya dadı nəcasət vasitəsilə dəyişməyincə pakdır.
Məsələ 28: Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin iyi, dadı və ya rəngi nəcasət dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə birləşən hissəsi kürr sudan az olsa belə pakdır. Çayın digər tərəfinin suları əgər kürr miqdarında olsa, yaxud dəyişməmiş su vasitəsi ilə çeşmə tərəfinə birləşsə pak, əks halda nəcisdir.
Məsələ 29: Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar su hökmündə deyil. Yəni əgər kürr miqdarından az olsa, nəcasət dəydikdə nəcis olur.
Məsələ 30: Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su axar su hökmündə deyil.
Məsələ 31: Qışda coşan, yayda isə coşmayan, yaxud əks şəkildə olan su təkcə coşduğu zaman axar su hökmündədir.
Məsələ 32: Suyu kürdən az olan hamamın kiçik hovuzu, bir mənbəyə bağlı olsa əgər hovuzun və mənbənin suyu hər ikisi birlikdə kürr miqdarında olsa, ona nəcis dəydiyi zaman iyi, rəngi və ya dadı dəyişməsə, nəcis olmaz.
Məsələ 33: Hamam və binaların krant və duşlarının borularından tökülən su bağlı olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır.
Məsələ 34: Yer üzərində axan, lakin yerdən qaynamayan su kürr su miqdarından azdırsa, nəcasət dəyərsə nəcis olur. Amma yuxarıdan aşağıya axdığı təqdirdə, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.
4 - Yağış suyu
Məsələ 35: Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa pak olar. Ehtiyat-vacibə sidik ilə nəcis olan bədən və paltara iki dəfə yağması lazımdır. Xalça, paltar və bunun kimi şeyləri sıxmaq lazım deyil. Amma iki-üç damcı yağmasının faydası yoxdur, “yağış yağır” deyiləcək şəkildə yağması gərəkdir.
Məsələ 36: Əgər yağış nəcasətin eyninin üstünə yağıb başqa yerə sıçrasa, bu halda nəcasətin eyni o damcılarla birlikdə olmasa və nəcasətin iyi, rəngi və ya dadını özünə götürməsə pakdır. Deməli, əgər yağış qanın üstünə yağıb başqa yerlərə sıçrasa, bu halda qanın zərrələri sıçrayan suda olarsa, yaxud o su qanın iy, rəng və ya dadını özünə götürərsə nəcisdir.
Məsələ 37: Əgər binanın tavanı və ya damı üzərində nəcisətin eyni varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinərsə nəcisdir.
Məsələ 38: Nəcis olan bir yerə yağış yağarsa pak olar. Əgər yağış suyu yerdə axmağa başlayıb yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişərsə, oranı da pak edər.
Məsələ 39: Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, suyun torpağa yetişməsi səbəbi ilə muzaf olması məlum olmasın.
Məsələ 40: Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasətin iyi, rəngi və ya dadını almazsa, nəcis şey pak olar.
Məsələ 41: Nəcis bir yer üzərində döşənmiş pak bir xalçanın üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.
5 - Quyu suyu
Məsələ 42: Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasət ona dəydiyi zaman onun iyi, rəngi və ya dadı o nəcasət vasitəsi ilə dəyişməyincə həmin su pakdır.
Məsələ 43: Əgər quyuya nəcis tökülsə və onun iyini, rəngini və ya dadını dəyişsə, suda baş verən dəyişiklik aradan getsə pak olur. Amma ehtiyat-vacibə əsasən pak olmağı bu şərtlədir ki, quyudan coşub çixan su ilə qarışsın.
SULARIN HÖKMLƏRİ
Məsələ 44: Mənası on üçüncü məsələdə deyilən muzaf su nəcis şeyi pak etmir, onunla alınan dəstəmaz və qüsl batildir.
Məsələ 45: Muzaf su kürr miqdarında olsa belə, ona bir zərrə nəcasət dəysə nəcis olur. Amma yuxarıdan nəcis bir şeyin üzərinə tökülərsə, nəcis şeyə dəyən hissəsi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır.
Məsələ 46: Əgər nəcis olan muzaf su, kürr yaxud axar su ilə, daha ona muzaf su deyilməyəcək şəkildə qarışsa pak olar.
Məsələ 47: Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə mütləq su kimidir. Yəni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə muzaf su kimidir. Yəni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir.
Məsələ 48: Mütləq və muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu məlum olmazsa, nəcasəti paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Su kürr miqdarından az olduğu təqdirdə ona bir nəcasət dəyərsə nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, ehtiyat-vacibə əsasən nəcis olur.
Məsələ 49: Qan və sidik kimi nəcasətin dəyməsi ilə suyun iyi, rəngi, ya dadı dəyişərsə, kürr və ya axar su olsa belə nəcis olur. Hətta suyun iyi, rəngi və ya dadı onun xaricində olan bir nəcasət vasitəsilə dəyişərsə, məsələn, suyun kənarında olan murdar olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, ehtiyat-lazıma görə nəcis olur.
Məsələ 50: Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində iyi, rəngi, ya dadı dəyişən su, əgər kürr və ya axar suya bitişərsə, üzərinə yağış yağarsa, külək yağışı ona çiləyərsə və yaxud yağış yağa-yağa navalçadan onun üzərinə tökülərsə, bu halların hamısında onun dəyişikliyi yox olarsa həmin su pak olar. Amma gərək yağış suyu kürr və ya axar su ilə qarışsın.
Məsələ 51: Nəcis bir şeyi kürr və ya axar su içərisində yusalar, onun pak olduğu halda yuyulmadan sonra ondan tökülən su pakdır.
Məsələ 52: Pak olan suyun sonra nəcis olub-olmadığı bilinməzsə pakdır. Nəcis olan suyun da pak olub-olmadığı bilinməzsə nəcisdir.
TƏXƏLLİNİN HÖKMLƏRİ
(ayaq yoluna getməyin)
Məsələ 53: Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış adamlardan, ona məhrəm olan ana və bacısından, dəlidən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək lazım deyil.
Məsələ 54: İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir.
Məsələ 55: Ehtiyat-lazıma əsasən təxəlli zamanı bədənin ön tərəfi, yəni qarın, sinə yaxud arxası qibləyə olmasın.
Məsələ 56: Təxəlli vaxtında bədənin ön və ya arxa tərəfi qibləyə tərəf olan şəxs, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Ehtiyat-vacib budur ki, təxəlli vaxtında övrətini də qibləyə və ya əks istiqamətə doğru çevirməsin.
Məsələ 57: Ehtiyat-müstəhəb budur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) istibrada, həmçinin sidik və ğaitin məxrəci yuyularkən üz və arxa qibləyə tərəf olmasın.
Məsələ 58: Əgər insan naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa, ehtiyat-lazıma əsasən arxası qibləyə oturmalıdır.
Məsələ 59: Ehtiyat-müstəhəb budur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə tərəf oturtmasınlar.
Məsələ 60: Dörd yerdə təxəlli etmək haramdır:
1. Sahibi icazə verməyən bağlı küçələrdə (dalanlarda) və bundan başqa, camaatın əziyyətinə səbəb olacaq küçələrdə və yollarda;
2. Təxəlliyə icazə verilməyən mülkdə.
3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bəzi mədrəsələrdə.
4. Möminin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da haramdır. Amma yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və məzhəb müqəddəslərinin hörmətinin aradan getməsinə səbəb olsa haramdır.
Məsələ 61: Üç halda ğaitin çıxış yeri yalnız su ilə pak edilir:
1- Qaitlə birlikdə başqa nəcasət (qan kimi) çölə gələrsə.
2-Kənardan bir nəcasət ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə yetişməsi istisnadır.
3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa.
Bu üç haldan başqa qalan hallarda məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər. Amma su ilə yuyulması daha yaxşıdır.
Məsələ 62: Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz. Bir dəfə yumaq kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, iki dəfə yuyulsun. Daha yaxşı olar üç dəfə yuyulsun.
Məsələ 63: Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə orada ğait qalmamalıdır. Amma rənginin və iyinin qalmasında heç bir maneə yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur.
Məsələ 64: Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə paklana bilər. Hətta məxrəcə təsir etməyəcək şəkildə azacıq rütubətli olsa belə, heç bir maneəsi yoxdur.
Məsələ 65: Ğaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə paklanırsa kifayətdir. Amma daha yaxşı olar üç dəfə silinsin. Hətta üç ayrı parça olması daha yaxşıdır. Əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya qədər davam edilməlidir. Amma adətən yuyulmadan aradan getməyən zərrələrin qalmasının eybi yoxdur.
Məsələ 66: Allahın və peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi vacib olan şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait məxrəcinin paklamağın eybi yoxdur.
Məsələ 67: Məxrəcini paklayıb paklamadığında şəkk edən şəxs adətən sidik və ğaitdən sonra dərhal özünü pak edirsə də, yenidən paklaması lazımdır.
Məsələ 68: Əgər namazdan sonra bir şəxs namazdan əvvəl övrətinin məxrəcini paklayıb-paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklaması lazımdır.
İstibra
Məsələ 69: İstibra kişilərin sidikdən sonra, sidiyin sidik kanalında qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəb əməldir. İstibra bir neçə növdür. Onlardan ən yaxşısı aşağıdakıdır. Əgər sidik kəsildikdən sonra ğaitin məxrəci nəcis olmuşdursa, əvvəlcə onu pak edilməlidir. Sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin dibinə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti sünnət olunan yerə qədər üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır.
Məsələ 70: Bəzən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn məzi adlanan su pakdır. Həmçinin, mənidən sonra gələn vəzi və bəzən sidikdən sonra gəlib vədi adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman sidik və ya bu üç sudan biri olmasında şəkk edərsə pakdır.
Məsələ 71: Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric olursa, onun pak və ya nəcis olmasını bilmirsə nəcisdir və dəstəmaz alıbsa batildir. Amma etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə, bu zaman ondan nəm gəlirsə və bunun pak olub-olmadığını bilmirsə pak sayılır və dəstəmazı batil deyil.
Məsələ 72: İstibra etməyən şəxs bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra məcrada sidiyin qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-olmamasında şəkk edərsə o nəm pakdır, dəstəmazı da batil etmir.
Məsələ 73: Əgər insan sidikdən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra özündə sidik, ya məni olması məlum olan nəmlik müşahidə edərsə, bu halda ehtiyata əsasən qüsl edib dəstəmaz alması vacibdir. Amma dəstəmaz almamışdırsa, yalnız dəstəmaz alması kifayətdir.
Məsələ 74: Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görərsə və bu nəmliyin sidik olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da batil etməz.
Təxəllinin müstəhəbatı və məkruhatı
Məsələ 75: İnsanın təxəlli zamanı kimsənin onu görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda sağ ayağını atması, təxəlli halında ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbdir.
Məsələ 76: Təxəlli zamanı Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma övrətini bir şeylə örtsə məkruh deyil. Habelə küləyə əks istiqamətdə, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə yemək, çox oturmaq, sağ əl ilə yumaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq da məkruhdur, amma məcbur qalarsa və ya zikr edərsə eybi yoxdur.
Məsələ 77: Ayaq üstə, bərk yerə, heyvanların yuvasına, suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.
Məsələ 78: Bövl və ğaitin qarşısını almaq məkruhdur. Əgər qarşısını almaqla bədənə böyük ziyanı olarsa haramdır.
Məsələ 79: İnsanın namazdan, yatmazdan, cinsi əlaqədən əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbdir.
NƏCASƏTLƏR
Məsələ 80: Nəcasət on şeydən ibarətdir.
1. Sidik.
2. Ğait.
3. Məni.
4. Murdar olmuş heyvan.
5. Qan.
6. İt.
7. Donuz.
8. Kafir.
9. Şərab.
10. Nəcis yeyən heyvanın təri.
1 - 2 Bövl və Ğait (ifrazat)
Məsələ 81: İnsanın və atıcı qanı olan (yəni, damarını kəsdikdə qanı sıçrayışla gələn) haram ətli heyvanların sidik və ğaiti nəcisdir. Atıcı qanı olmayan heyvanların, məsələn, əti haram olan balığın sidik və ğaiti, həmçinin kiçik canlıların, məsələn, əti olmayan ağcaqanad və milçək kimi həşəratın fəzləsi pakdır. Lakin ehtiyat-lazım budur ki, gərək qanı sıçramayan əti haram heyvanların sidiyindən çəkinilsin.
Məsələ 82: Əti haram olan quşların sidik və ğaitləri pakdır, amma daha yaxşı olar ki, onlardan çəkinilsin.
Məsələ 83: Nəcasət yeyən heyvanın bövl və ğaiti nəcisdir. Yeməlilərin və içməlilərin hökmlərində aydınlaşdırılacağı kimi donuz südü əmən keçi balasının, həmçinin (nəuzu billah) insanın cinsi əlaqədə olduğu heyvanın sidik və ğaiti də eyni hökmü daşıyır.
3 - Məni
Məsələ 84: Kişinin və sıçrayan qanı olan hər bir heyvanın mənisi nəcisdir. Qadından şəhvətlə xaric olan və onun cənabətli olmasına səbəb olan rütubət, 345-ci məsələdə qeyd olunacağı kimi, məni hökmündədir. Ehtiyat-vacibə görə, sıçrayıcı qanı olan əti halal erkək heyvanın da mənisindən çəkinmək lazımdır.
4 - Murdar
Məsələ 85: İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şəri qaydalara görə kəsilməmiş olsun, sıçrayan qanı olan heyvanın ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, suyun içində də ölsə pakdır.
Məsələ 86: Murdar olmuş heyvanın yun, tük, sümük və diş kimi ruhu olmayan hissələri pakdır.
Məsələ 87: İnsanın və ya sıçrayan qanı olan bir heyvanın bədənindən diri ikən ət və ya ruhu olan başqa bir şey qoparılsa, o şey nəcisdir.
Məsələ 88: Dodaqdan və bədənin ayrı yerlərindən qoparılan azacıq dərilər ruhu olmasa və asanlıqla qoparılmış olsa pakdır.
Məsələ 89: Toyuğun qarnından çıxarılan yumurta qabığı bərkiməmiş olsa da, pakdır. Amma gərək zahiri suya çəkilsin.
Məsələ 90: Ot yeməyə başlamadan ölən quzu və çəpişin qursağından tutulan pendir mayası pakdır, amma maye olması sübut olmasa gərək murdarın bədəninə toxunan hissə yuyulsun.
Məsələ 91: İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, ətir, krem, yağ və sabunun nəcis olduğuna əmin olmazsa pakdır.
Məsələ 92: Şəriət qaydalarına əsasən kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və dəri pakdır. Əgər kafirin əlindən alınarsa və ya kafirdən şəri üsullara görə kəsilmiş olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olarsa, bu ət və piyin yeyilməsi haramdır. Amma belə bir dəridə namaz qılmaq icazəlidir. Bununla belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən halda bir müsəlmandan alsa, yaxud kafirdən alınmışsa da təhqiq edildiyi ehtimal verilərək alınan ət və piyin yeyilməsi icazəlidir. Bu şərtlə ki, o müsəlman onda halal ətə məxsus olan bir təsərrüf etsin, məsələn, yeyilmək üçün satsın.
5 - Qan
Məsələ 93: İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və
ağcaqanad kimi sıçrayan qanı olmayan heyvanların qanı pakdır.
Məsələ 94: Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda axdıqdan sonra bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının yuxarıda olması səbəbi ilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir.
Məsələ 95: Ehtiyat-müstəhəb budur ki, toyuq yumurtasının sarısında qan zərrəsi olarsa çəkinilsin.
Məsələ 96: Bəzən süd sağılarkən görünən qan nəcisdir və südü də nəcis edir.
Məsələ 97: Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan gedirsə, ağızın suyundan çəkinmək lazım deyil.
Məsələ 98: Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, qan deyilməyəcək bir formaya çevrilərsə pakdır. Amma, ona qan deyilər və xaricə çıxarsa, nəcisdir. Bu halda dırnaq və ya dəri deşilmişdirsə, qan bədənin zahirindən bir hissə hesab olunursa, dəstəmaz və ya qüsl almaq üçün o qanı xaricə çıxararaq həmin yeri paklamaq əziyyətlidirsə, təyəmmüm etməlidir.
Məsələ 99: Əgər insan dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala gəldiyini bilməzsə pakdır.
Məsələ 100: Ehtiyat-lazıma əsasən əgər xörək qaynayan zaman içinə bir zərrə qan düşsə, xörək və onun qabı nəcis olur. Qaynamaq, hərarət və od paklayıcı deyil.
Məsələ 101: Sağalmaqda olan yaranın ətrafında olan sarı rəngli suyun qanla qarışması məlum olmasa pakdır.
6 - 7 - İt və Donuz
Məsələ 102: İt və donuz, hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir.
8 - Kafir
Məsələ 103: Kafir, yəni Allaha və Onun vahidliyinə inanmayan şəxs, ğulat, (yəni İmamlardan hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən şəxs), həmçinin xəvaric və nəvasib, (yəni İmamlara düşmənlik elan edənlər) nəcisdirlər. Eləcə də nübuvvəti (Allah tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, bu iş hətta ümumi şəkildə olsa belə Peyğəmbəri (s.ə) təkzib edərsə, nəcisdir. Amma kitab əhlinin (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur.
Məsələ 104: Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir.
Məsələ 105: Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa nəcisdir. Amma o, ağlıkəsən olub müsəlman olduğunu izhar etsə pakdır. Əgər öz ata-anasından üz döndərib müsəlmanlara meyl etsə, yaxud təhqiqat və araşdırma halında olsa, onun nəcis olmasına hökm etmək müşküldür. Əgər ata, ana, baba və nənəsindən biri müsəlman olarsa, 217-ci məsələdə aydınlaşdırıldığına əsasən o uşaq pakdır.
Məsələ 106: Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir nişanə də olmayan şəxs pakdır. Lakin müsəlmanların sair hökmləri ona aid edilmir. Məsələn, müsəlman qadınla evlənə, yaxud müsəlmanların qəbiristanlığında dəfn oluna bilməz.
Məsələ 107: Əgər müsəlman şəxs on iki İmamlardan (ə) birinə düşmənçilik üzündən nalayiq söz desə nəcisdir.
9 - Şərab
Məsələ 108: Şərab nəcisdir. Amma insanı məst edən (sərxoş edən) sair şeylər nəcis deyil.
Məsələ 109: Texniki və tibbi spirtin bütün növləri pakdır.
Məsələ 110: Üzüm suyu öz-özünə və ya bişirmək vasitəsi ilə qaynayarsa pakdır, amma içilməsi haramdır. Həmçinin ehtiyat-vacibə əsasən qaynadılmış üzümün də içilməsi haramdır, amma nəcis deyil.
Məsələ 111: Xurma, mövüc, kişmiş və onların suyu qaynasa da, pak və yeyilməsi halaldır.
Məsələ 112: Əksər hallarda arpadan çəkilən yüngülvari sərxoşluq gətirən pivə deyilən şeyin içilməsi haram və ehtiyat-vacibə görə nəcisdir. Amma heç bir məstliyə səbəb olmayan arpa suyu pak və halaldır.
10 - Nəcasət yeyən dəvənin təri
Məsələ 113: İnsan nəcisini yeməyə adət etmiş dəvənin təri nəcisdir. Həmçinin, ehtiyat-vacibə görə, insan nəcisini yeməyə adət etmiş sair heyvanlar da bu hökmdədirlər.
Məsələ 114: Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir.
Nəcasətin sübut olunma yolları
Məsələ 115: Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar:
1- Bir şeyin nəcis olduğuna insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu güman edərsə, ondan çəkinməsi lazım deyil. Buna görə murdar və paklığa riayət etməyən, bu kimi məsələlərə laqeyd olan adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur.
2- Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, insanın həyat yoldaşı, nökəri, yaxud qulluqçusu öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) nəcis olduğunu söyləsə, o şey nəcisdir.
3- İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan və ya sidiyə dəyməsi nəticəsində nəcis olmasını desələr. Əgər bir adil, yaxud etibarlı sayılan bir kişi xəbər versə və onun sözündən xatircəmlik hasil olmasa, ehtiyat-vacib budur ki, o şeydən çəkinsinlər.
Məsələ 116: Əgər məsələni bilmədiyi üçün bir şeyin, məsələn, siçan fəzləsinin nəcis olub-olmadığını bilməzsə, gərək məsələni soruşub öyrənsin. Amma məsələni bildiyi halda, bir şeyin nəcis və ya pak olduğunda şəkk edərsə, məsələn, bir şeyin qan olub olmadığında və ya insan, yoxsa ağcaqanad qanı olduğuna şəkk edərsə, o şey pakdır. Axtarış aparmaq və soruşmaq lazım deyil.
Məsələ 117: İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak olub-olmamasında şəkk edərsə nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub-olmaması barədə şəkk edərsə pakdır. Onun nəcis və ya pak olmamasını başa düşmək imkanı olsa da, axtarış lazım deyil.
Məsələ 118: Hər ikisindən istifadə etdiyi iki qab, yaxud iki paltardan birinin nəcis olmasını bilsə, amma hansının nəcis olmasını bilməsə, gərək hər ikisindən çəkinsin. Amma öz libasının, yaxud ümumiyyətlə istifadə etmədiyi və başqasına məxsus olan paltarın nəcis olması barədə şəkk etsə, öz paltarından çəkinməsi lazım deyil.
Pak şeylərin nəcis olma yolları
Məsələ 119: Əgər pak bir şey nəcis şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr çoxaldığı halda nəcis olmur. Məsələn, sağ əlsidikdəyməsinəticəsində nəcisolarsavə təzə birrütubətlə sol ələ dəyərsə, sol əldə nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir paltara dəyərsə, o paltar da nəcis olur. Amma o paltar ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə də, nəcis olmaz.
Məsələ 120: Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin rütubətli olub-olmadığında şəkk edərsə, pak olan şey nəcis olmaz.
Məsələ 121: İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki şeydən birinə, yaş olan pak bir şey sonradan toxunarsa, ondan çəkinmək lazım deyil. Amma bəzi hallarda, məsələn, hər iki şeyin əvvəl nəcis olduğu halda, yaxud başqa bir vasitə ilə digər pak bir şeyə rütubətlə toxunmuş olduqda çəkinmək lazımdır.
Məsələ 122:Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman bunların yalnız nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər şeylər də eyni hökmü daşıyır.
Məsələ 123: Şirə, yağ və buna bənzər şeylərdən biraz götürüldükdə, yeri boş qalmayacaq qədər axıcıdırsa onun bir nöqtəsi nəcis olduğu halda hamısı nəcis olur. Əgər ondan biraz götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolarsa, bu halda yalnız nəcisin dəydiyi yer nəcis olur. Buna görə əgər siçanın fəzləsi ona düşərsə, sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır.
Məsələ 124: Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan sonra uçub yenə yaş olan pak bir şeyin üzərinə
qonarsa, insan da onun özü ilə birlikdə nəcasət daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə pakdır.
Məsələ 125: Bədənin tərləmiş hissəsi nəcis olduğu halda tər oradan bədənin ayrı hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, bədənin digər hissələri pakdır.
Məsələ 126: Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən yerlər isə pakdır.
Məsələ 127: Altı deşik olan aftafanı nəcis bir yerə qoysalar, əgər onun suyu sızıb altındakı su ilə bir sayılacaq şəkildə toplanarsa, aftafanın suyu nəcis olur. Lakin aftafanın suyu təzyiqlə axmaya davam edərsə nəcis olmaz.
Məsələ 128: Bədənə daxil olaraq nəcasətə dəyən bir şey bayıra çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti, onun suyu, yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər xaricə çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa nəcis deyildir. Həmçinin içəridə qana dəyən ağız və burun suyu bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda eyni hökmü daşıyır.