Aliməqam Mərcəyi-təqlidin dəftərxanası tərəfindən Birləşmiş Ştatların müqəddəs Qüds şəhərini İsrail rejimimim paytaxtı kimi tanıması qərarına münasibət
Bismilləhir-Rahmənir-rahim
Birləşmiş Ştatların Qüds şəhərini İsrail rejimimim paytaxtı kimi tanıması təşəbbüsünün ardınca Seyyid Sistani cənablarının Nəcəf Əşrəfdəki dəftərxanasının məsul bir məqamı bu qərarı pisləyib məhkum etməklə bərabər belə dedi:
Bu təşəbbüs neçə yüz milyon ərəb və müsəlmanın hisslərini sarsıtmağına baxmayaraq heç vaxt bu həqiqəti dəyişməyəcəkdir ki, Qüds işğal edilmiş bir torpaqdır və hər nə qədər uzun müddət keçsə də belə, öz həqiqi sahiblərinə, yəni fələstinlilərə qaytarılmalıdır. Bu məqsədə çatmaq üçün isə, müsəlman ümməti daha artıq cəhd göstərməli və söz birliyinə çatmalıdırlar. Müvəffəqiyyət qazandıran yalnız Allah-taaladır.
Hicri 19 rəbiul-əvvəl 1439